Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə28/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   24   25   26   27   28   29   30   31   ...   128

83 
 
ləşdirən süxurların öyrənilməsində nəzərdən keçirilir. Lakin hazırda süxurların  
heç də bütün tipləri KŞ-də aşkar edilmir. Ona görə də əsas rol filiz nəzarətedici 
strukturlara, filizli intruziyaya və təmasboyu zonalara  məxsusdur.  
Struktur-tektonik amil. Metallogenik tədqiqatlarda strukturtektonik deşif-
rələmə tektonik rayonlaşdırmadan irəli gələn strukrtumetallogenik rayonlaşdır-
manı yeni əsasda aparmağa imkan verir. Hazırda KFŞ-n köməyi ilə  aşağıdakı  
məsələlərin  həlli  mümkündür: 
1) mövcud strukturmetallogenik rayonlaşdırmanın kosmosdan alınan yeni  
məlumatlar əsasında  təftişi; 
2) dərinlik qırılmaları ilə əlaqədar olan məşhur metallogenik zonaların iz-
lənilməsi və bu zonaların davamı, daxili strukturların  kəsişmə düyünləri və  s.  
haqqında əlavə informasiyaların alınması; 
3) müasir struktur planın təşəkkülünün əvvəlində gələn tektonik  hərəkət-
lərin dinamikasının öyrənilməsi və strukturmetallogenik zonaların paleorekon-
struksiyası. 
Məsələn, hazırda Alp qurşağında dərinlik qırılmaları və civə minerallaş-
ması arasındakı birbaşa genetik əlaqənin  olduğu  müəyyənləşmişdir. 
Maqmatik amil. İri regionların və əyalətlərin metallogeniyası, əsas etiba-
rilə,  onların tektonikmaqmatik  fəaliyyəti  ilə  təyin  olunduğu  üçün bu  məsə-
lənin KFŞ-n köməyi ilə  həlli filizləşmənin intruziv kütlələrin forması,  ölçüsü   
və  quruluşundan  müəyyən  dərəcədə  asılılığına  əsaslanır. 
Bu məsələlərin həlli maqmatik əmələgəlmələr zamanı struktur əlaqələri-
nin qurulması ilə  xəritələnməsi və regionunn ümumi strukturunda vəziyyəti, 
intruziv kütlələrin aşkarlanmamış eroziyalarının aşkarı və maqmatik əmələgəl-
mələrlə filizləşmə arasındakı fəzaca qarşılıqlı əlaqənin təyini böyük əhəmiyyət 
kəsb  edir. 
Litoloji-stratiqarafik amil.  Məlumdur ki, bəzi genetik tiplər müəyyən  
litolojistratiqrafik komplekslərlə sıx əlaqədardır. Məsələn, yaşma-diabaz forma-
siyaları ilə mis-kolçedan yataqları  əlaqələndirilir. Kembriyəqədərki kvarsitlər  
tez-tez dəmir filizi, əhəngdaşı və intruziyalar skarn yataqları ilə əlaqəli olur.  Bu 
geoloji əmələgəlmələr kifayət qədər dəqiq təzahür edir ki, bu da digər amillərin 
optimal mövcudluğu halında faydalı qazıntıların bu və ya digər  növlərinin 
axtarışının proqnozlaşdırılması üçün təcrübi olaraq istifadə edilə  bilər. 
 
6.4.7. Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə 
 
Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə KŞ-də yaxşı tanı-
nan  relyef  formalarının  öyrənilməsinə  əsaslanır.   
Geomorfoloji tədqiqatların əsas məsələləri aşağıdakılar hesab olunur: 
1.Relyefin xarici xüsusiyyətlərinin (ərazidə  vəziyyəti, səmti, ölçüləri və  
s.)  öyrənilməsi. 
2.Relyefin ayrı-ayrı forma və tiplərinin  mənşəyinin öyrənilməsi. 


84 
 
3. Relyefin ayrı-ayrı forma  və tiplərinin inkişaf xarakterinin  öyrənilməsi. 
4.Geoloji relyef əmələgətirən amillərin relyefin forma və tiplərinə təsiri-
nin  öyrənilməsi. 
5.Relyefin ayrı-ayrı elementar forma və həmçinin tiplərinin iqlim zonal-
lığı ilə  əlaqədar regional və qlobal miqyaslarda coğrafi yayılmasının öyrənil-
məsi. 
Bu məsələlərin böyük hissəsi bu üsulun şəkillərin müəyyən miqyası  və  
həlletmə qabiliyyəti ilə əlaqədar olan imkanları hüdudunda  KŞ-dən istifadə ilə  
həll edilə bilər. Beləliklə, mikrorelyefin formaları yalnız dəqiq təsvirlərdə  təyin  
edilə bilər. Eyni bir regionu əhatə edən, lakin  müxtəlif şəraitlərdə və müxtəlif  
yüksəkliklərdən, müxtəlif işıqlanma ilə müxtəlif aparatların tətbiqi ilə çəkilmiş  
FŞ-n deşifrələnməsi yaxşı nəticə verir. Geomorfoloji obyektlərin mühüm  deşif-
rələmə əlamətlərinə, birinci növbədə, onların ölçüləri, ərazidə digər obyektlərə  
nəzərən vəziyyəti, forması (xüsusi və enən kölgələrlə görünən), rəngi və    təs-
virin çaları aid edilir. Bu göstəricilər relyefin tiplərinin birbaşa və ya dolayı 
olaraq genezisini, inkişaf tarixini və müəyyən təbii zonaya aid olduğunu gös-
tərən  indikatorları  hesab  olunur. 
KŞ-də  aşağıdakı relyef formalarını ayırmaq imkanları vardır: flüvial, 
sahilboyu-dəniz və sahilboyugöl, sualtı, karstsuffoziya, buzlaq, eol, qravitasion 
və s. 
Relyefin  flyüvial formaları. Çay dərələri KŞ-də özünəməxsus nazik 
“sap” və ya daha enli  “lent”  şəklinə malik olur.  Arid  zonalarda  çay dərələri  
onları əhatə edən səhraya nisbətən daha tünd çalarla ifadə olunur. Bu, yüksək 
nəmlik  və  sıx  bitki  örtüyü  ilə  əlaqədardır. 
Terraslar fototəsvirin çalarının sıxlığına görə çay yatağı ilə köklü sahil  
arasında aralıq mövqe tutur. Terrasın çıxıntıları “kələ-kötür” qırıq xətlər  şək-
lində deşifrələnir. Humid vilayətlərdə çay yataqları bitkilərlə örtülmüş  ətraf  
mühitlə  müqayisədə  daha açıq çalarla təsvir olunur. 
Deltalar özünəməxsus üçbucaq, qanadlı konfiqurasiya və çay yataqlarının 
dolaşıq izlərinin olması ilə  dəqiq oxunur. Arid iqlimdə deltalar həmişə  ətraf  
mühitdən tünd olur və KŞ-də yaxşı deşifrələnir (Nil, Amudərya və s. deltaları  
kimi).   
Müvəqqəti axınlar adətən daha tünd fonda açıq nazik xətlərlə ifadə  
olunur.  V – şəkilli dərə formasının xarakter olduğu əhəngdaşları, mergellər və 
qumdaşlarında müvəqqəti axınlar kölgələnmiş yamacın tünd xətti konturuna 
görə    deşifrələnir. Prolüvial gətirmə konusları  və müvəqqəti axınların quru 
deltaları    fototəsvirlərdə xarakter yelpikşəkilli rəsmə malik olur, dağətəyi 
düzənliklərin  gilli takırları monoton açıq-boz  rənglə xarakterizə olunur. 
Relyefin sahilboyu-dəniz və sahilboyu-göl formaları. Qumlu çöküntülər-
dən təşkil tapmış sahilboyudəniz düzənlikləri FŞ-də açıq-boz çalarlı zolaqlarla  
təsvir olunur. İri sahil təpələri (valları) sahilə paralel olan xətti uzanmış şəkildə  
deşifrələnir. Çay kəsimi boyu yerləşən ensiz açıq rəngli zolaqlar qumlu çimərlik 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə