Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə25/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

75 
 
dəyanətli edir ki, bu da həmin  əmələgəlmələrin fototəsvirlərinin oxşarlığını  
şərtləndirir. Bundan  əlavə,  KFŞ-də  metamorfik qatların quruluşunun  AFŞ-də 
müşahidə olunan bəzi indikatorları (məsələn, layların mikrorelyefinin təzadlıq  
dərəcəsi və aşağı səviyyəli hidroşəbəkənin rəsmi) təzahür  etmir. Bu əlamətlər,  
əsas etibarilə, zəif metamorfizmləşmiş bu və ya digər dərəcədə öz fərdi  xüsu-
siyyətlərini qoruyub saxlayan süxurlar üçün xarakterdir. Dərin metamorfizm-
ləşmiş  süxurlar  sintektonik qranitlərdən az fərqlənir. Xarakter xüsusiyyətlər  
yalnız kvarsit və mərmərə aiddir ki, onlar müəyyən fotoçalar və aşınmaya  qarşı  
davamlılıqla (açıq rəngli sıra  əmələ  gətirərək) aşkarlanır. Həmin süxurlar  
kembriyəqədərki komplekslərin ayrı-ayrı struktur elementləri üçün  fotoqeyd-
edici  horizontlar  keyfiyyətində  istifadə  edilə  bilər. 
KFŞ-də regional metamorfizmin inkişaf etdiyi bəzi rayonlar üçün xarak-
ter olan qranitləşmə prosesi öz əksini tapır. Onlar metamorfik komplekslərin  
ümumi rəngsizləşməsi və struktur səthin qranitə yaxınlaşan müəyyən  dəyişik-
liyi  ilə  ifadə  olunur. 
   
6.4.5.Tektonikanın  öyrənilməsi  məqsədilə deşifrələmə 
 
KŞ-n köməyi ilə alınan bütün geoloji informasiyaların 50%-dən çoxu  
tektonikanın payına düşür. 
Yerin kosmosdan alınan müxtəlif səviyyəyə  məxsus generalizasiyalı  
fotoşəkilləri müxtəlif kateqoriyalı tektonik strukturların bütöv bir sırasını təyin 
etməyə imkan verir: struktur tektonik vilayətlər və zonalar, qalxanlar və plitələr, 
antiklinorium və sinkli noriumlar, sinekliz və anteklizlər, qalxım və enişlər, o  
cümlədən daha xırda strukturlar. KŞ-də qırışıqlıq strukturlar və qırılma pozul-
maları, yarılmalar, sürüşmələr, horizontal yerdəyişmələr, üstəgəlmələr, örtüklər  
və s. çox gözəl görünür, bu zaman şəkillər bu pozulmaların morfoloji və  gene-
tik xarakteristikası üçün informasiyanı daşıyır. 
Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmədə əsas məsələ süxurların  
ardıcıl düzülüşünün və yatım şəraitinin müəyyən edilməsi, qırışıqlıq və  pozul-
ma strukturlarının öyrənilməsi, onların inkişaf tarixinin aydınlaşdırılmasıdır. 
Tektonik deşifrələmənin daha yaxşı  nəticələri aşağıdakı  şəraitlərdə alına 
bilər: 1) strukturların və onların quruluşunda iştirak edən layların izlənilməsi  
zamanı interpolyasiya zərurətinin minimuma endirilməsinə imkan verən yaxşı  
səthə (üzə) çıxma; 2) süxurların maddi tərkibinin müxtəlifliyi və onların  relyef-
də yaxşı  təzahürü, fotoqeydedici layların mövcudluğu və stratiqrafik kəsilişin  
məlumatı; 3) struktur tektonik relyefin formalaşdığı şəraitdə zəif  parçalanma. 
Tektonik deşifrələmə süxurların yatım elementlərinin təyini ilə başlayır. 
Bunun üçün zəruri olan kəmiyyət üsulları yamacın istiqaməti və layın çıxış  
forması arasındakı münasibətin analizinə əsaslanır.   
Kəsilişi müxtəlif süxurların növbələşməsindən ibarət olan dağlıq rayonlar  
üçün yatım elementlərinin təyini məsələsi lay fiqurlarının müşahidə imkanla-


76 
 
rının olduğu hallarda sadələşir: bərk layların çıxışı ilə  əmələ  gələn üçbucaq, 
dairəvi və ya trapesiya şəkilli formaların sahələrinin. Lay fiqurlarının formaları  
düşmə bucağının qiymətindən asılıdır ki, bu da süxurların yatım elementlərinin  
təxmini təyininə imkan verir. Daha bərk (möhkəm) siniflərin çıxışları dairəvi  
və ya şaquli yatımda düzxətli lay baryerləri formasına malik olur ki, onlar da   
laylanma üzrə lay yarımellipslərinə, trapesiyalarına və ya üçbucaqlarına keçir.  
Lay çatları və üçbucaqları nə qədər uzun olarsa, düşmə bucağı bir o qədər kiçik  
olur. Monoklinal yatım sahələrində eninə kəsimdə asimmetrik dərələrlə bölünən  
paralel kuest və  cərgələr inkişaf edir. Parçalanmış relyefə malik rayonlarda  
layların horizontal və ya az maili yatımı bərk süxurlardan təşkil tapmış  hori-
zontal lay qalıqları ilə müəyyən edilir. 
Çöküntülərin litoloji tərkibinin eynicinsliliyi və ya parçalanmasının kifa-
yət qədər olmaması  səbəbindən lay fiqurlarının ifadə olunmadığı sahələrdə  
layların stratiqrafik ardıcıllığını və süxurların yatım istiqamətini bəzən onların  
qonşu sahələrdə izlənilməsinə görə  təyin etmək olar. Xüsusilə  təcrid olunmuş  
çıxışlar üçün mürəkkəb dislokasiya olunmuş qatlarda normal, maili və çevrilmiş 
yatımın fərqləndirilməsi problemi kifayət qədər çətinlik yaradır. 
KŞ-n vizual deşifrələnməsi və stereocihazların köməyi ilə  kəmiyyətcə  
ölçmə göstərir ki, yatım elementlərinin nisbətən dəqiq təyini 1:2000000 miq-
yaslı generalizasiyanın regional səviyyəli şəkillərində mümkündür. Birinci üsu-
lun köməyi ilə süxurların yatım bucaqlarını iti (50-80
0
), orta (20-40
0
) və az  
maili bölgülərlə ayırmaq imkanları vardır. Stereocihazlar (stereomikrometr və  
stereosimpleks) ölçülərin dəqiqliyini ±5
0
–yə qədər artırmağa imkan verir.   
Zəif açılmış rayonlarda strukturların izlənilməsi məqsədilə süxurların  
yatım ardıcıllığının təyini onların maddi tərkibinin öyrənilməsi, sahə üzrə  iz-
lənilməsi və sərhədlərinin aydınlaşdırılmasına əsaslanır. Bu, xüsusilə mürəkkəb 
geoloji quruluşlu geosinklinal vilayətlərdə vacibdir. Müxtəlif  süxurların və lito-
lojıstrariqrafik komplekslərin təmaslarının xarakterinin öyrənilməsi imkanları  
miqyası 1:5 000 000 olan KFŞ-dən başlayaraq aparılır, daha dəqiq  şəkillərdə  
yatımın bucaq uyğunsusluğu və transqressiv xarakteri inamla təyin edilir. 
1:25 000 000 miqyaslı regional KFŞ-n öyrənilməsi zamanı qlobal şəkil-
lərlə müqayisədə informativlikdə kəskin sıçrayış qeydə alınır ki, bu da aşkarla-
nan tektonik elementlərin diapazonunun kifayət qədər genişlənməsi və onların 
daha yüksək həlletmə qabiliyyəti ilə şərtlənən ümumi miqdarında  özünü büruzə 
verir. Dərinlik yarılmalarının müxtəlif, o cümlədən çökmə örtüyün altında uza-
nan tiplərinin, üstəgəlmələrin, sürüşmələrin, horizontal yerdəyişmələrin, halqa-
varı qırılmaların iri antiklinal və sinklinal qırışıqların aşkarlanması mümkündür. 
Dəqiqliyi ilə fərqlənən daha irimiqyaslı KŞ-də yeni tektonik obyektlərin sayının 
az artımı qeyd olunur, lakin onların sayı  kəskin artır. Məsələn, kifayət qədər  
makroçatlılıq diaqnostlaşdırılır. 
Tektonikanın və xüsusilə neotektonikanın öyrəniıməsində geo-morfoloji  
deşifrələmə kifayət rol oynayır ki, bu da bir tərəfdən müxtəlif qırılma pozul-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə