Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə24/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   20   21   22   23   24   25   26   27   ...   128

72 
 
asılı olaraq, geniş diapazonlarda - açıq bozdan  qaraya  qədər   dəyişir,  bəzən  
qarışdığı süxurlardan çox açıq rəngi ilə fərqlənir (şəkil 28 e).  Hər  zaman  tünd 
fotoçalara  malik  olan  əsasi  və  ultraəsasi  süxurlar  istisnalıq  təşkil  edir.  
Şəkillərdə  düzxətli  formaya  malik  və  bir qayda olaraq, qarışdığı  süxurlardan 
öz rənginə görə  kəskin fərqlənən dayka tipli intruziv kütlələr daha dəqiq  
oxunur (şəkil 28, b). 
 
Şəkil 28. KŞ-də  (“Cemini”,  “Apollon”)  intruziv  süxurların  fototəsvirinin  
xarakteri: 
a -  Ərəb  yarımadasının  mezozoy  çöküntülərində  intruziv  süxurların  müxtəlif  tipləri;  b -  Cənub-
Qərbi  Afrikanın  kembriyəqədərki süxurlarında  dayka  kompleksi;  c -  Zaqrosun  Baş  üstəgəlməsi  
zonasında  ultraəsas  kütlələr;  d -  Air  massivinin  (Cənubi  Saxara)  kembriyəqədərki  süxurlarında  
dairəvi  turş  intruziv  kütlələr;  e – alp  qurşağının  (Əfqanıstan)  qırıəşıqlıq  süxurlarında   sintektonik  
qranitlər;  f –Liviya  səhrasının  (Şimali  Saxara)  qumlarında  turş  intruziyalar. 
 
AFŞ-lə müqayisədə, çatlılıq kimi indikatorların rolu azalır, həndəsi  indi-
katorların rolu artır. Bəzi rayonlar üçün KFŞ-də intruziv süxurların nisbətən  
özünəməxsus təzahür və müxtəlif deşifrələmə ilə xarakterizə olunan aşağıdakı  
tiplərini ayırmaq imkanları yaranır: turş  və orta (şəkil 28, f), əsasi ultraəsasi.  
Bəzi hallarda şəkillərdə qranit süxurlarının kənar fasiyaları da aşkarlanır. Turş  
və orta intruziv süxurların daha dəyanətli  əlaməti onların çatlılığının xarakter  
şəkli hesab olunur. Belə  əlamətlərə, məsələn, Qazaxıstanın paleozoy qranito-
idləri, Ərəb-Nuba qalxanının proterozoy və alt paleozoy qranitoidləri malikdir  
(şəkil 28, a).  Onlardan  bəziləri  üçün  fototəsvirin  işıqlanmış  və  kölgələnmiş 
yamacların növbələşməsi ilə  şərtlənən və intensiv parçalanmış relyefi əks  


73 
 
etdirən şaqren tipi xarakterdir. Turş süxurlardan orta süxurlara keçidlə  fotoça-
ların  tündləşməsinin  asılılığı  müəyyən  olunur. 
Turş  və orta tərkibli effuziv süxurlar özlərinin intruziv analoqlarından  
zəif təyin olunur. Onlar fototəsvirin məyyən fotoçaları  və  şəkli ilə  fərqlənir.  
Məsələn, Air platosunda kiçik riolit kütlələri qonşu turş intruziyalardan fərqlən-
mir  (şəkil 28, f). 
Qırışıqlıq vilayətlərin  əsasi və ultraəsasi süxurlarının deşifrələnməsində  
onların ayrılması bir sıra çətinliklərlə müşahidə olunur: bir qayda olaraq, böyük  
ölçülər, geosinklinal çöküntülər kompleksində uyğun yatım, qarışdığı süxurlarla  
təmasların qeyri-dəqiqliyi və relyefdə zəif  təzahürü (şəkil 28,  c).
  
Vulkanogen süxurlar. Bu süxurlar arasında KŞ-də zəif tektonik  dəyişik-
lik hiss olunan cavan kaynozoy vulkanitləri daha dəqiq oxunur. Bir çox şəkillər-
də lava axınları və örtükləri ilə əhatə olunmuş vulkanik qurğular yaxşı  görünür.  
Əlavə əlamət kimi əsasən kölgənin çəkilməsi hesabına deşifrələnən şlak konus-
ları ola bilər. Aşınmaya qarşı kifayət qədər davamlı olmasına görə az meyilli  
yatıma malik vulkanogen süxurlar qaya çıxıntıları  və lava örtüyünün tavanına  
uyğun gələn düz sahələr əmələ gətirir. Cavan, püskürmə süxurlarının müxtəlif  
tipləri arasında Afrikada və  Ərəb yarımadasında geniş yayılmış, olduqca tünd  
fotoçalarla və tez-tez xarakter forma ilə aşkarlanan cavan bazaltlar asan  deşif-
rələnir  (şəkil 29). 
 
Şəkil 29. KŞ-də (“Cemini”, “Apollon”)  vulkanogen  əmələgəlmələrin fototəs-
virinin  xarakteri: 
a – çoxsaylı   kraterlər  ilə  Pinakat  vulkanik  massivi  (Meksika);  b – Syera-de-Pintes  (Kaliforniya)  
vulkanik  massivi;  c – Cənubi  Arizona  və    Şimali  Meksikadaüçüncü  dövr  vulkanogen  süxurların  
inkişaf  sahəsi;  d – Ərəb-Nuba  massivinin  (Sinay) kembriyəqədərki  süxurları  arasında  lava  axınları;  
e – Cebel  Marra  vulkanının  mərkəzi  aparatı    və  onun  yamaclarında  cavan  vulkanogen  
əmələgəlmələr;  f – Tibest  vulkanik  massivi  (Mərkəzi  Saxara),  onun  yamaclarında  lava  axınları  və  
xırda  kraterlər;   g – Emi-Kussi  (Mərkəzi  Saxara)  vulkanının  kraterləri;  h – cavan  vulkanogen  
əmələgəlmələrlə  mürəkkəbləşən  Cebel Qarqaf  vulkanik  massivi  (Şimali  Saxara). 


74 
 
Metamorfizmləşmiş və dislokasiya olunmuş qədim vulkanitlər, bir  qayda  
olaraq, onlarla qarışan çökmə süxurlarla müqayisədə daha tünd rənglə fərqlənir. 
Lakin onların tanınma imkanları cavanlarla müqayisədə kifayət qədər azdır.  
Bəzi parlaq boyanmış vulkanogen qatlar özünü rahat fotoqeydedici horizontlar  
kimi büruzə verir. 
Metamorfik süxurlar.  Bu süxurlar daha zəif deşifrələnməsi ilə xarakte-
rizə olunur, belə ki, güclü termodinamik dəyişikliklər nəticəsində bu  süxurların  
fiziki-mexaniki xassələri arasındakı fərq pozulur ki, bu da fototəsvirin nisbətən 
eyniliyi ilə şərtlənir (şəkil 30). Metamorfik süxurların, onları platforma örtüyü  
çöküntülərindən fərqlənməsinə imkan verən ümumi deşifrələmə  əlamətləri  
tünd fotoçalar, mürəkkəb dislokasiyaya məruzqalma, laylanma ilə  əlaqədar  
olan müxtəlif istiqamətli lineamentlərin çoxluğu,  şistlilik və çatlılıq, relyefin  
alçaq təzadıdır.     
 
 
Şəkil 30. KŞ-də (“Cemini”)  kembriyəqədərki metamorfik qırışıqlıq 
süxurlarının  fototəsvirinin  xarakteri: 
a – Axaqqar  massivi  (Mərkəzi  Saxara);  b – Ərəb-Nuba  massivi  (Ərəb  yarımadası,  Yəmən);  
c – Ərəb-Nuba  massivi  (Sinay). 
 
Belə süxurların tərkibinin KŞ-də  təyini imkanları xüsusilə  məhduddur,  
belə ki, regional metamorfizm prosesləri kifayət dərəcədə ayrı-ayrı süxurların  
xüsusiyyətlərini nivelirləyir və onları ümumi cəhətdən aşınmaya qarşı  bərabər-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə