Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə21/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   17   18   19   20   21   22   23   24   ...   128

64 
 
eyni iqlim şəraitində geoloji əmələgəlmələrin sərhədləri ilə  nəzarət olunur ki,  
bu da onları  şəkillərə görə  xəritələməyə imkan verir. Yerlərdə (rayonlarda)  
şəkillər olmadan bu təmasları təyin etmək qeyrimümkündür. 
Düzən rayonlardan fərqli olaraq, dağlıq rayonlarda iqlim qeyri-müəyyən-
liyi və landşaftın quruluşunda yamacların ekspozisiyasının kifayət qədər rolu-
nun nəticəsi olaraq, sonuncuların morfoloji strukturu ilə geoloji quruluşu  ara-
sındakı  əlaqə mürəkkəb xarakter daşıyır. Dağlıq rayonlar üçün nəzərə almaq  
lazımdır ki, müxtəlif ekspozisiyalı yamaclarda eyni süxurların inkişafı hüdud-
larında müxtəlif yüksəkliklərdə olduğu kimi, müxtəlif tip təbii ərazi  kompleks-
ləri  formalaşır. 
Tektonik qalxım və enmələr də  həmçinin landşaftın bütün komponent-
lərinin yenidən qurulması  və  həmin hərəkətlərlə  əhatə olunmuş sahə hüdudla-
rında onun morfoloji strukturunun dəyişməsi ilə müşayiət olunur və  həmin   
əlamətə  görə  şəkillərdə  tanına  bilər. 
Aydındır ki, deşifrələmə əlamətlərini birbaşa və dolayı kimi tiplərə ayır-
maq  şərtidir və bu deşifrələnmənin məqsədindən, kosmik təsvirlərin forma-
laşmış modellərinin tiplərindən asılıdır. Məsələn, geomorfoloji deşifrələmə 
zamanı relyefin xətti pilləsinin birbaşa əlağməti geoloji struktur deşifrələmədə 
qırılmanın dolayı  əlamətidir; halqavarı strukturların çalar-həndəsi (birbaşa) 
əlaməti maqmatik massivlərin və ya dağılmış vulkan aparatlarının dolayı 
əlamətidir və s. 
Deşifrələmə əlamətlərinin şərti olaraq, birbaşa və dolayı kimi tiplərə bö-
lünməsi bir sıra alimlərin belə bölgüdən imtina etməsinə  və ya onu yeniləş-
dirməsinə səbəb oldu. 
E.Barret və L.Kurtisin fikrincə, təsvirin səciyyəsindən və  məlumatından 
asılı olmayaraq, deşifrələmə üçün obyektin doqquz əlaməti böyük əhəmiyyət 
kəsb edir: 
 
l.  Forma.  Ətraf mühitin əksər komponetlərini onların forması  və görü-
nüşü ilə çox dəqiq seçmək olur. Bu həm təbii, həm də antğropogen (texnogen) 
əmələgəlmələrə aiddir.    
2. Ölçülər. Görünən obyektin uzunluğunu, enini, sahəsini və ya həcmini 
nəzərə almaq çox vacibdir. Adətən şəkildəki obyektlərin təxmini miqyası haq-
qında, onları yerdəki tanış elementlərlə (məsələn yollarla) müqayisə edib, fikir 
yürüdürlər.  
3.  Rəng–çalar. Müxtəlif obyektlər fərqli uzunluğa və enerjiyə malik 
elektromaqnit dalğaları  şüalandırır və ya əks etdirir. Bu müxtəliflik  şəkillərdə 
rəng-çalar və ya görünüş sıxlığının dəyişməsi ilə özünü büruzə verir ki, bu da 
onların deşifrələnməsində açar rolunu oynayır. 
4.  Kölgə. Obyektin səciyyəsini kölgə siluetinə görə  təyin etmək olar. 
Kölgələrin öyrənilməsi əsasən geomorfoloji tədqiqatlarda tətbiq edilir. Mürək-
kəb oroqrafiyaya malik rayonlarda tünd kölgələr  əhəğmiyyətli məlumatları 
gizlədə bilər. Məsələn, dağlıq, çox parçalanmış rayonlar bütöv qara ləkə kimi 


65 
 
görünür. Fotoçaların sıxlığının artmasının relyefin parçalanma səciyyəsi daşıdı-
ğını nəzərə alsaq, onda bu əlaməti də əhəmiyyətli  hesab etmək olar. 
5. Görünüş. Çox vaxt şəkillərdə oxşar görünüşlü təbii və süni kompleks-
lər qeydə alınır ki,  bu da xüsusilə mürəkkəb əmələgəlmələrin təhlili və planının 
alınmasında deşifrələməni asanlaşdırır. 
6.  Tekstura. Fotoşəkillərin bu zəruri keyfiyyəti rəngçalar ilə çox sıx 
əlaqədar olub, mikrorəngçalar fərqlərinə görə şəkillərin eyni görünüşlü sahələ-
rini ayırmağa imkan yaradır. Daha çox yayılmış teksturalara hamar, dalğavarı, 
ləkəli, xətti və qeyri-sabit şəkilli teksturaları aid etmək olar. Teksturaların təhlili 
subyektivdir. Deşifrələmə prosesində tekstura, nadir hallarda qavramada və 
səciyyələrin korrelyasiyasında yeganə amil olur. Bu əlamət,  əksər hallarda, 
daha dəqiqliklə aşkar edilmiş əmələgəlmələrin ayrılmasına ilkin əsas kimi cəlb 
edilir. Məsələn, müxtəlif süxurların  şəkilləri eyni rəngçalara, lakin müxtəlif 
teksturaya malik ola bilər. 
7.  Yerləşmə.  Bəzi obyektlərin intrepretasiyasını  və  təsnifatını, onların 
digər, daha aydın obyektlərə nisbətən yerləşməsinə görə deşifrələmənin son 
mərhələsində dəqiqləşdirmək mümkündür. Məsələn, əgər təbiəti naməlum olan 
qırışıq iki antiklinal arasında yerləşmişdirsə, deməli, o, sinklinaldır; zəncirvarı 
yerləşmiş üstəgəlmələri birləşdirən qırılma adətən sürüşmə yerdəyişməsi olur 
və s.  
8.  Yerində  həlletmə.  Şəkillərin həlletmə qabiliyyəti distansion ölçü 
cihazlarının xüsüsiyyətlərindən, mühitin müşahidə zamanındakı  vəziyyətindən 
və  həmçinin alınmış ilkin məlumatın son işlənməsindən asılıdır.  Şəkillərin 
həlletmə qabiliyyəti həmişə ölçünü limitləndirir, yəni çox zaman təyin ediləcək 
obyektin səciyyə  və ölçüsündən asılıdır. Bəzi obyektlər çox kiçik olduğundan 
şəkildə görünmür, bəzən də o qədər böyük ölçüyə malik olurlar ki, sərhədləri 
aydın təyin  olunmur. 
9.  Stereoeffekt. Kosmik təsvirin stereokosmik modellərinin verdiyi 
məlumatı ayrı-ayrı  şəkillərdən (adətən skaner şəkillərindən) almaq mümkün 
olmur. Bütün seriyalı fotoqrafik kosmik şəkillər horizontal (üfüqi) və  şaquli 
istiqamətdə bir-birini örtməklə alınır ki, bu da təsvirin stereomodelini almağa 
imkan yaradır. 
Göstərilən təsnifatın müəllifləri belə bir nəticəyə gəlirlər ki, fotoşəkillərin 
deşifrələnməsi öz mahiyyətinə görə deduktiv prosesdir və burada hər hansı bir 
əsas obyektin ayrılması  başqa bir obyektin dərk edilməsinə kömək edir. 
Y.Q.Kats və M.L. Koppın təklif etdiyi təsnifatda deşifrələmə  əlamətləri 
iki  əsas qrupa bölünür. Onlardan bircinslifotoqrafiya vasitəsilə  aşkar edilən 
obyektlərin xassələridir (yəni optik və həndəsi xassələr). Bü əlamətlər digərləri 
tətbiq edilmədən, diaqnostika üçün tam ola bilməz. Buna baxmayaraq, onlar 
deşifrələnmənin bütün növlərində  zəruri olan əsas kimi istifadə edilir. Bunu 
nəzərə alaraq, deşifrələmə əlamətlərinin bu qrupunu “ümumi” və ya “fotoqra-
fik” adlandırmaq daha məqsədəuyğundur.  İkinci qrup əlamətlər “xüsusi” 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə