Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Sementləşməmiş qırıntı süxurları



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə23/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   19   20   21   22   23   24   25   26   ...   128

69 
 
Sementləşməmiş qırıntı süxurları - (qumlar, alevritlər və  çaqıllar)  əksər  
hallarda fototəsvirlərin (nəm sahələrdən başqa) açıq çaları ilə  fərqlənir.  
Sementləşməmiş qırıntı süxurlarda onların yaxşı süzülmə keyfiyyətinin  olması  
baxımından erozion şəbəkə nadirdir və xarakter şəklə malik deyildir, relyefin  
formaları isə dalğavarı dairələnmiş cizgilər və kiçik artımlarla fərqlənir. Hori-
zontal yatımlı qumlu süxurların çıxışı olan sahələrdə onlara müəyyən profilli  
pəncəşəkilli  dərələr  aiddir. 
Sementləşməmiş  qırıntı  və gilli süxurlara dördüncü dövr çöküntülərinin  
genetik tiplərinin böyük hissəsi aiddir. KFŞ-ə görə, dördüncü dövr  çöküntü-
lərinin  deşifrələnməsi,  bəzi  hallarda  onların  müəyyən  bir  landşaft coğrafi  
şəraitə  aid   olması  ilə  asanlaşır,  bu  zaman  birbaşa  əlamətlər  analiz  edilir: 
fotoçalar,  fototəsvirin  şəklinin  strukturu  və  öyrənilən  obyektin  həndəsi  
forması.  Dördüncü  dövr  çöküntülərinin  stereoskopik  təsvirinin  alınması,  bir 
qayda olaraq, məhduddur. Dolayı landşaft  əlamətlərindən  üstünlük  təşkil  
edən  relyefdir. Bitki  qrupları  ayrı-ayrı  hallarda  kifayət  qədər geoindikasion  
rol oynayır, məsələn: arid  zonalarda  çaylaq  çöküntülərinin  ayrılması  zamanı 
-  bu   zaman  onlar  hidrofit  bitkilərin  olması  ilə  şərtlənən  tünd  fotoçalar  ilə  
fərqlənir. 
 
 
Şəkil 25. KŞ-də (“Cemini”) süxurların  müxtəlif litoloji növlərinin  
fototəsvirinin  xarakteri: 
a -  Zaqros  dağlarında  (Cənub-qərbi  İran)  karbonat-gilli  süxurların  çıxışları;  b -  Nyu  
Meksika  və  Texas  ştatlarının  (ABŞ)  perm  hövzəsində  karbonat   və  duzlu  süxurların  çıxış-
ları;  c - Qərbi Texasda (ABŞ) gilli-karbonat süxurlarının çıxışları; d - Murzuk  sineklizində  
(Şimali  Saxara)  alt  təbaşirin  orta sementləşmiş  qumdaşları  və  qravelitlərinin  çıxışları;  e - 
Murzuk  sineklizində    (Şimali  Saxara)  kembri-ordovik  və  devonun  kembriyəqədərki özül   
süxurlarının  və  möhkəm  sementləşmiş qumdaşlarının  çıxışları;  f – Qırmızı  dəniz  rayonunda  
özül  və  örtük  süxurlarının  çıxışları. 


70 
 
Dördüncü dövr çöküntülərinin deşifrələnməsi zamanı litoloji tərkibin 
(relyefin formasına, hidroqrafik  şəbəkənin  xüsusiyyətlərinə, aşınma dərəcəsinə 
s. görə), qalınlığın (altda yatan substratın fotoçalarına və  işıqlanmasına görə)  
və nisbi yaşın (relyefdə  vəziyyətinə, morfologiyasına və  aşınma dərəcəsinə  
görə)  təyini  mümkündür. 
Dördüncü dövr çöküntülərinin ayrı-ayrı genetik tiplərinin foto-təsvir-
lərinin  ötürülmə  imkanları  nəticəsində  onların  aşağıdakı  tiplərini  ayırmaq  
mümkündür: allüvial, elüvial və  elüvial-prolüvial, delüvial-prolüvial, göl, göl-
allüvial, eol,  həmçinin  aralıq  mövqe  tutan  tiplər. 
Allüvial çöküntülər arasında əsasən fototəsvirin tünd fotoçaları və  qədim,  
hazırda  quru çay  yataqlarının  girintili-çıxıntılı  xətlərinin  növbələşməsi  ilə  
şərtlənən nazikşırnaqlı yelpikvarı şəkli ilə xarakterizə olunan  delta  fasiyalarını  
daha çox fərqləndirmək mümkündür. Tünd fotoçalar onları  təşkil edən süxur-
ların (gil, alevrit və narındənəli  qumdaşı) daha zərif  tərkibi, nəmliyi  ilə  izah  
olunur. Bundan əlavə, allüvial çöküntülər çay dərələrinə aiddir (şəkil 26 b). 
Elüvial və elüvial-prolüvial çöküntülər narındənəli sıx strukturla boz  
homogen fotoçalarla aşkarlanır. Prolüvial növlər  əsas etibarilə, yamaclara  
aiddir, fototəsvirin  şırnaqvarı  və yelpik formalı  şəkli ilə  fərqlənir, prolüvial-
allüvial növlər isə bəzi hallarda lent və ya struktursuz xüsusuiyyətə malik olur.  
Delüvial-prolüvial  çöküntülər prolüvial çöküntülərdən o  qədər  də  fərqlənmir  
(şəkil 26). 
 
Şəkil 26. Relyefin fiyüvial  formalarının  KŞ-də  fototəsvirinin  xarakteri: 
a – prolüvial  gətirmə  konusları    və  allüvial  çöküntülərlə    mürəkkəbləşən  dərə; b – Nil  
çayının  deltası. 


71 
 
Göl çöküntüləri düzən  relyef – adətən akkumulyativ düzənlər və ya  
dağarası  dərələr  əmələ  gətirir və  çətinliklə  fərqlənən açıq-boz nöqtəvi çilli,  
homogen boz fotoçalarla xarakterizə olunur. Fototəsvirin eynicinsli çaları  və  
qeyri-dəqiq strukturu onun litoloji tərkibinin eynicinsliyi və nisbətən düzlənmiş  
relyeflə müəyyən olunur. Mərcan riflərində, adalarda toplanan suyun fonunda  
açıq çalarla, izometrik forma və bəzən konsentrik quruluşla seçilən dəniz üzvi  
çöküntülər yaxşı təyin olunur. Relyefdəki müəyyən vəziyyətinə, açıq fotoçalara  
və  bəzən  zolaqvarı quruluşuna  görə  sahilyanıdəniz  çöküntüləri  aşkar  edilir. 
Eol  çöküntüləri  relyefin  özünəməxsus  formasına  və  KFŞ-də  xətasız  
tanınmasına  görə  istənilən  miqyaslı  şəkillərdə  yaxşı  oxunur  (şəkil 27). 
 
Şəkil 27. KŞ-də  (“Cemini”)  eol  əmələgəlmələrinin  fototəsvirinin  xarakteri: 
a – Ued  Saura,  Əlcəzair  Saxarası;  b -  Tiferjinin  (Əlcəzair  Saxarası)  qumlu  massivi;  c – Cənubi  
Ərəbistanda  qumlu  massiv;  d – Livan  massivində    qumlu    massiv;      e  –  Cənub-qərbi  Afrikanın  
sahilyanı  vilayətlərində  eol  əmələgəlmələrinin  formalaşma  xüsusiyyətləri. 
 
Maqmatik süxurlar.  Bu süxurlar çökmə  və vulkanogen süxurlardan  
fərqli olaraq, möhkəmliyi nəticəsində, relyefdə müəyyən təzahürü hidroqrafik  
şəbəkənin makroçatlılıq  və daha  çox  tünd  fotoçalarla  şərtlənən özünəməxsus  
şəkli (şəbəkəli, lələkvarı-dendrit) ilə xarakterizə olunur. İntruziv və effuziv  
növlər hər zaman təyin edilə bilmir. İntruziv massivlərin etibarlı  əlamətləri  
onların dairəvi forması  və  dəqiq sərhədləridir (şəkil 28). İntruziyaların planda  
oval forması bəzi qranitlər üçün olduğu kimi, çox hallarda konsentrik quruluşa  
malik olan vulkan-plutonik komplekslər üçün də xarakterikdir. İntruziv süxurla-
rın fototəsvirlərinin çaları onların tərkibindən və bitki örtüyünün sıxlığından  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə