Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə26/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   22   23   24   25   26   27   28   29   ...   128

77 
 
maları, qırışıqlıq strukturları, digər tərəfdən relyef, hidroqrafiya və regionun 
erozion parçalanmasının ümumi xarakterləri arasındakı qarşılıqlı əlaqəni aşkar  
etməyə  imkan  verir. 
Hazırda istifadə olunan KŞ-n  əksəriyyəti generalizasiyanın regional sə-
viyyəsinə uyğun gəldiyi üçün, onların köməyi ilə regional geotektonikanın  aşa-
ğıdakı  əsas  problemlərini həll etmək mümkündür: 
1.Struktur kompleks və mərtəbələrin ayrılması. 
2.Qırılma pozulmalarının öyrənilməsi. 
3.Qırışıqlıq formaların öyrənilməsi. 
4.Regionun və ya iri strukturların inkişaf xarakterinin təyini (ayrı-ayrı  
hallarda inkişafın neotektonik mərhələsi mümkündür). 
5.Dərinlik  quruluşunun   təyini. 
KŞ-ə görə struktur kompleks və mərtəbələrin ayrılması daha inamla plat-
formaların çökmə örtüyü və  qırışıqlıq vilayətlər üçün aparılır. Qırışıq və me-
tamorfik örtük parçalanmaya hər yerdə məruz qalmır. KŞ-də struktur  kompleks  
və mərtəbələrin tanınması onların müxtəlif dislokasiya dərəcələrinə əsaslanır ki,  
bu da şəkillərdə müxtəlif konturlarla əhatə olunmuş süxurların yatımının uy-
ğunsusluğunu və transqressivliyini əks etdirən müxtəlif parçalanmış relyef tip-
ləri  şəklində ifadə olunur. Mikrorelyefin forması  və süxurların və ya forma-
siyaların müəyyən yığımı nisbətən möhkəm fotoçalar, mezo və makrorelyef isə 
təsvirin xarakter şəklini verə bilər. Bundan əlavə, hər kompleksə və ya  mərtə-
bəyə xarakter tektonik üslub aid ola bilər ki, bu da qırışıq formaların və ya sü-
xurların yatım şəraitinin və qırılma pozulmalarının qanunauyğun paylanması və 
səmtləşməsində özünü büruzə verir. Bu kimi əsas xarakter əlamətlər platforma 
vilayətlərin struktur bölgülərini, hətta qlobal şəkillərdə, geosinklinal vilayətlərin 
struktur bölgülərini isə regional şəkillərdə ayırmağa imkan verir (şəkil 31). 
Qırılma pozulmalarının öyrənilməsi KŞ-dən alınan geoloji informasiyala-
rın bütün növləri arasında üstünlük təşkil edir. Qırılma pozulmalarının əsas əla-
mətləri süxurların və ya relyef formalarının görünən “qarışmasının” mövcudlu-
ğu və şəkillərdə təsvirin müxtəlif şəkli və ya fotoçaları ilə ifadə olunan müxtəlif  
cinsli geoloji əmələgəlmələrin sərhədində toxunma hesab olunur. Planda düz-
xətli formaya malik olan qırılmalar daha yaxşı görünür (şəkil 32). Qırılma və  
çatların əksəriyyəti relyefdə kəskin çıxıntı və şırım şəklində ifadə olunur, tez-
tez hidroqrafik şəbəkənin səmtinə uyğun gəlir və ona çoxlu bitki və bol sululuq 
aid olur. KFŞ-n yaxşı icmallılığı hesabına geoloji quruluşa görə müxtəlif olan 
rayonların hüdudlarında iri qırılma və ya yarılmaları böyük məsafələrdə izlə-
mək  mümkün  olur.  
KFŞ-lər qırılma pozulmalarını kinematik tipə, açıq rayonlarda isə  bəzən  
onların yaşı  və özülün qoyulma dərinliyinə görə  təyin etməyə imkan verir.  
Dizyunktiv pozulmaların geolojikinematik tipinin təyini üçün kəsilişin stratiq-
rafik ardıcıllığını bilmək vacibdir. Qırılmaların xarakterinin təyinində kifayət  
qədər məlumatı onların planda formalarının analizi verir. Horizontal yerdəyiş-


78 
 
mələr çox zaman düzxətli və ya zəif  əyilmiş olur ki, bu da horizontal yerdə-
yişmə zamanı onların hamarlanması, o cümlədən, həmin yerdəyişmələrin  kəs-
kin mailliyi ilə izah olunur. Parçalanmış relyef şəraitində maili üstəgəlmələr  və  
qırılıb-düşmələr  əyilmiş  xətt formasında  əks oluna bilər. Bu qırılmaların səthi  
bəzən relyefdə lay fiqurları  əmələ  gətirir. Belə ki, üstəgəlmələr və horizontal  
yerdəyişmələr boyu qarışma yerdəyişmələrin enməsi və ya qalxımı üzrə baş  
verir, onların əksəriyyəti eninə kəsimdə hamarlanmış, planda isə əksinə qeyri-
bərabər ziqzaq-şəkilli formaya malik olur. 
 
 
Şəkil 31. Şimali  Afrika  ərazisində  “Zond-5” planetlərarası  avtomatik  
stansiya  ilə  alınmış  KFŞ-n  tektonik  deşifrələnmə  sxemi: 
1 – kebriyəqədərki  massivlər;  2 - Anti – Atlas  və  Uqart  hersinki  qırışıqlıq  qurğuları;  3 – platforma  
örtüyünün  alt  struktur mərtəbəsi; 4 - platforma  örtüyünün  orta  və  üst  struktur  mərtəbələri;  5 – Atlas 
qurşağının  alp  qırışıqlıq  qurğusu;  6 – platforma  örtüyünün  qalxımı  (Şimali  Əlcəzair  anteklizi);  7 – 
vulkanik  massivlər;  8 – qırılma  pozulmaları;  9 – platforma  strukturlarının  konturları;  özülün  inkişaf  
edən  qalxımında  almışdır;  10 – Mərkəzi  Saxara  sistemi  qalxımının  kembriyəqədərki  massivləri:  A – 
Regibat,  B – Axaqqar,  C – Tibest,  D – Nuba.  Dairələrin  içərisindəki  rəqəmlərlə    Şimali  Saxara  
düşmə  zonasının  platforma  örtüyünün  strukturları  göstərilmişdir:  1 – Tinduf  sineklizi,  2 – Reqqan,  3 
– Qərbi-, Mərkəzi-  və  Şimali Əlcəzair  sineklizləri,  4 – Murzuk.  5 -  Kufra,  6 – Aşağı  Nil,  7 – Sirt  
çökəkliyi;   Cənubi-Saxara  düşmə  zonasının  strukturları:  8 – Taudeni  sineklizi,  9 – Mali-Nigeriya,  10 
– Çad,  11 – Orta  Nil. 
 


79 
 
 
Şəkil 32. KŞ-də (“Cemini”)  qırılma  pozulmalarının  fototəsvirinin  xarakteri: 
a – alp qurğusunun mezozoy qırışıqlıq kompleksində  (Mərkəzi  İran); b – qırışıq metamorfik kembriyə-
qədərki süxurlarda (Cənub-qərbi Afrika); c – Axaqqar massivinin  (Mərkəzi  Saxara)  qırışıq  metamorfik  
kembriyəqədərki  süxurlarda. 
 
Qırılmalar üzrə yerdəyişmənin istiqaməti ilə onun rayonun ümumi struk-
turundakı vəziyyəti arasında sıx əlaqə olduğu üçün, qırılmaların müxtəlif tiplə-
rinin təyinində onların bir-biri ilə  və  qırışıqlarla fəzavi münasibətinin analizi 
böyük rol oynaya bilər. Beləliklə, üstəgəlmələr adətən qırışıq strukturlara mü-
nasibətdə uzununa, qırılıb-düşmələr, eninə, horizontal yerdəyişmələr, diaqonal 
vəziyyət tutur. Qırılmalarla həmçinin morfologiyanın bəzi xüsusiyyətləri və 
qırışıqların fəzavi yerləşməsi də qarşılıqlı  əlaqədə olur. Məsələn, mürəkkəb  
izoklinal qırışıqlıq - üstəgəlmələlə, braxioforma qırılıb-düşmələrlərlə əlaqələn-
dirilir. Horizontal yerdəyişmələrin qanadlarında qırışıqlar tez-tez sanki “cərgəyə  
düzülmüş” vəziyyətə malik olur.    
Qırılmaların xüsusi halqavarı tipinin ayrılması kosmik planalma ilə əlaqə-
dar geniş inkişaf almışdır.  Əksər hallarda bu intruziv kütlələr və ya vulkan-
plutonik komplekslər çökmə örtüklə örtülmüş  və yeni hərəkətlərlə yenilənmiş  
olur. Bu, onların komosdan alınan FŞ-də qapalı oval yarılmalar şəklində ifadə  
olunmasına  gətirib  çıxarır.  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə