Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə30/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   26   27   28   29   30   31   32   33   ...   128

87 
 
identifikasiyanın dolayı üsuluna mürajiət etməli oluruq (yəni sərbəst tədqiqat 
məlumatları ilə əlaqələndirmək, distansion zondlamanın müxtəlif materiallarını 
bir neçə  dəfə deşifrələmək və deşifrələmə obyektinin nizamlama sistemlərini 
aşkar etmək). 
Müstəqil tədqiqat materialları ilə əlaqələndirmə. Bu üsul, birbaşa çöl 
identifikasiyasının «yüngülləşdirmiş»variantı olub, işin bir hissəsini çöldə yox-
lamaq və həmçinin digər tədqiqat materialları ilə müqayisə etməyi nəzərdə tu-
tur. Məsələn, «regional lineamentlər»məkanja geofiziki sahələrin xətti qra-
diyentlərinə üyğun gələ bilər (şəkil 34), iri perspektiv neftli-qazlı zonalar adətən 
özünü istilik sahələrində büruzə verir, filizə  nəzarət edən qırılma pozulmaları 
praktiki olaraq, həmişə geokimyəvi anomaliyalarla bağlı olur və s.  
 
Şəkil 34. Qərbi Pamir-Alay regional lineamentlərinin fəzavi vəziyyətinin  müqayisəsi  
və  həmin  regionun  geofiziki  sahələrinin  quruluşu: 
1 - regional lineamentlər; 2-3 – qravitasiya (2) və maqnit (3) sahələrinin anomaliyalarının  50  km  
yüksəkliyə  hesablanmış  qiymətləri. Regional  lineamentlər: Qissar – QS;  İlyak – İL;  Termez – T;  Şimali  
Kuqitanq – ŞK; Dexkanabad – D; Tupolanq – TP; Cənubi  Karatau – CK;  Darvaz – DR; Çarşaqa – ÇŞ;  
Alakutan – AL;  Malyad – M;  Nurek – N;  Obixinqou – OX;  Lyanqar – L;  Karateqin – K;  Kulyab – KL;  
Vanç – V. 
 
Deşifrələmə obyektlərinin identifikasiyasında müstəqil məlumatları seç-
mək üçün geoloji tədqiqat üsullarını yaxşı bilmək və qeyri-standart fikir yürüt-
mək tələb olunur.
 


88 
 
Qeyd etmək lazımdır ki, deşifrələmə nəticələrinin və sərbəst məlumatların 
uyğunluğu hələ obyektin real mövcudluğuna təminat vermədiyi kimi, əks hal da 
(yəni, deşifrələmə  nəticələrinin və sərbəst məlumatların qeyri-uyğunluğu), de-
şifrələmə obyektinin “uydurulmuş” olduğuna dəlalət etmir. Bütün bunlar de-
şifrələmə obyektləri ilə  səhnə obyektlərinin müqayisəsi  əməliyyatının seçil-
məsinə qarşı ciddi təlabatlar irəli sürür. 
Müxtəlif kosmik şəkillərin çoxdəfəli deşifrələnməsi. Kosmik təsvirlərə, 
öyrənilən səthdəki  cüzi dəyişiklik (fəsildən asılı olaraq, iqlim, işıqlanma şəraiti 
və s.) , həmçinin məlumatların qeydiyyatı ,verilməsi və ölçmənin texniki şəraiti 
təsir edir. Ona görə də bir  kosmik şəklin təhlili zamanı obrazın formalaşmasını 
əsaslandıran səbəblər (çox vaxt təsadüfü) digər şəklin təhlilində rast gəlməyə də 
bilər. Deşifrləmə mümkün qədər müxtəlif distansion zondlama materiallarının 
cəlb edilməsini tələb edir. Bununla belə, yer qabığının bəzi strukturları ayrı-ayrı 
şəkillərdə qeydə alınır. Bu cür şəkillərin digərləri ilə  həddən artıq tənqidi 
müqayisəsi əhəmiyyətli informasiyanın itirilməsinə gətirib çıxara bilər. 
Deşifrələmə obyektlərin nizamlama sistemlərinin aşkar edilməsi.  Bu 
üsul kosmik təsvirlərin modellərinin məntiqi möhkəmliyinin yoxlanmasına 
əsaslanır. Deşifrələmə obyektləri geoloji məna kəsb edən  əlaqəli sistem təşkil 
etməlidir. Bununla belə, distansion zondlama materiallarının təhlili nəticəsində 
aşkar edilmiş geoloji quruluş xüsusiyyətləri bu sistemlərə «zorla»daxil edilmə-
məli, yalnız təbii yolla daxil olmalıdır. Bu şərtlərin qeyri-uyğunluğu deşifrələ-
mə nəticələrinə inamı azaldır. 35-ci şəkildə Orta Asiyanın bir  rayonunda  kos-  
 
 
Şəkil 35. Tacikistan depressiyası sahələrindən birinin deşifrələmə  sxemlərinin  
müqayisəsi: 
1-Mezozoy  çöküntülərində  nişanlayıcı horizontlar;  2 – paleogen; 3 – miosen;  4 – pliosen;  5 – qırılma  
pozulmaları:  a – qarışma  olmadan; b – horizontal  yerdəyişmə;  v – üstəgəlmə. 
 


89 
 
mik  şəkillərin deşifrələnməsinin iki variantı göstərilmişdir.Sol  şəkildə butun 
düzxətli landşaft  əmələgəlmələri (baxmayaraq ki, onların bəziləri boyunca 
stratiqrafik sərhədlərin dolaşıq düşməsi rast gəlmir və bütövlükdə qırılmaların 
kinematik xüsusiyyətləri öz aralarında uzlaşmır) eyni əhəmiyyətli qırılmalar 
kimi göstərilmişdir. Sağ şəkildə verilən deşifrələmə variantı isə həqiqətə daha 
yaxındır. Burada yerdəyişmə müşahidə olunmayan lineamentlər aradan çıxarıl-
mışdır. 
Qeyd edək ki, dolayı identifikasiyanın hər iki üsulu, ayrı-ayrılıqda deşif-
rələmə obyektinin və  səhnənin tam uyğunluğuna təminat vermir, yalnız kom-
pleks üsulların tətbiqi  deşifrələmə nəticələrinin dəqiqliyini xeyli artıra bilər. 
 
6.6. Kosmik şəkillərin geoloji deşifrələnməsinin növləri        
 
Distansion geoloji zondlamanın məqsəd və  məsələləri kosmik şəkillərin 
deşifrələmə üsulunu müəyyən edir. Müasir dövrdə kosmik şəkillər, təxminən 
bütün geoloji elm sahələrinin müxtəlif məsələlərinin həllində: strukturgeoloji 
tədqiqatlarda, geoloji planalmada, tektonikada, struktur geomorfologiyada, neo-
tektonikada, müasir geoloji proseslərin tədqiqatında, filiz və neft-qaz geolo-
giyasında, qeyri-filiz faydalı qazıntıların öyrənilməsində, mühəndisi geologi-
yada, hidrogeologiyada və buzlaqların tədqiqatında tətbiq edilir.       
Distansion geoloji zondlama məsələlərinin müxtəlifliyi onların həllinin 
böyük miqdarda konkret metodik yollarını yaradır. Lakin deşifrələmənin əsasını 
əsas metodik təhlilərin cüzi miqdarı təşkil edir.     
 36-cı şəkildə geoloji deşifrələmənin əsas üsullarının sxemi göstərilmişdir. 
Deşifrələmənin vizual və avtomatik növləri ayrılır. Vizual deşifrələmə  şərti 
olaraq, birbaşa və dolayı (indikasion) üsullara ayrılır. Birbaşa deşifrələmə 
kosmik təsvir modellərinin qeydiyyatından ibarətdir.  İndikasion və ya dolayı 
deşifrələmə isə  təsvirlərin təhlilindən, bilavasitə görünməyən obyektlərin, ha-
disələrin  əlamətlərinin təyini və öyrənilən obyektin “deduktiv” modelinin qu-
rulmasından ibarətdir. Birbaşa və dolayı deşifrələmə yolları biri-biri ilə  sıx 
əlaqədar olduğundan, kosmik şəkillərin təhlilində (deşifrələnməsində) birlikdə 
tətbiq edilir.    
Bu deşifrələmə növləri arasında şərti olaraq, müxtəlif deşifrələmə növləri 
ayırmaq olar. Onlar birbaşa deşifrələmə: rəngçalar həndəsi, landşaft və geoloji 
ola bilər. İndikasion və ya dolayı deşifrələmə isə aşağıdakılara bölünür: 
l.  Landşaft-geoloji. Burada geoloji hadisələrin və proseslərin indikator 
rolunu landşaft  əlamətləri oynayır. “Landşaft-indikasion deşifrələmə” üsulu 
proqnozlaşdırma və digər xüsusi tədqiqatlarda daha geniş istifadə edilir
2.  Rəngçalar-landşaft və  rəngçalar-geoloji. Burada geoloji obyektlərin 
və landşaftın  əlamətləri rolunu kosmik təsvirlərin rəngçalar həndəsi 
xüsusiyyətləri oynayır. Rəngçalar əlamətləri dəyişkən olduğundan, bu üsul zəif 
hesab edilməsinə baxmayaraq, bəzən avtomatik deşifrələmədə tətbiq edilir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə