Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə42/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   38   39   40   41   42   43   44   45   ...   128

123 
 
əgər o, kölgə ilə əhatələnmişdirsə) görünür. Lokal və dəqiq səviyyəli şəkillərdə 
isə üstəgəlməyanı relyefin bütün elementlərini aşkar etmək mümkündür. 
 
 
Şəkil  50. KŞ-də  üstəgəlmələrin  struktur-geomorfoloji ifadəsi. 
 
Passiv üstəgəlmə strukturları, üstəgəlmə paketləri və örtükləri də relyefdə 
zolaqlı  şəkil  əmələ  gətirir, lakin onların struktur interpretasiyası (distansion 
zondlama məlumatlarına görə) çətin olur, çünki belə relyefi başqa passiv 
strukturlar da verə bilər. 
Relyef tipləri arasında yerdəyişmə deformasiyası zonalarının relyefi daha 
yaxşı “tanınma” ilə  fərqlənir. Bu da onunla əlaqədardır ki, yer dəyişməyanı 
relyefin elementləri çox vaxt regional geomorfoloji zonallığın eninə  və ya 
diaqonal istiqamətlənmiş  səciyyəvi kompleks formalar əmələ  gətirir. Bundan 
əlavə, relyef elementlərinin planlı yerdəyişməsi, həmin amplitudun şaquli 
yerdəyişməsinə nisbətən asan aşkar olunur (şəkil 51). 
Geomorfoloji quruluşlu yerdəyişmə zonalarının üç əsas növü müşahidə 
olunur: erozion dərə sistemi boyunca relyefin litomorf elementlərinin planlı 


124 
 
yerdəyişməsi; ana süxurların litologiyası ilə  əlaqədar olmayan relyef element-
lərinin analoji yerdəyişməsi və nəhayət relyefin müsbət formalarının səciyyəvi 
xətti  əyilmələri. Birinci - eninə yerdəyişmə ilə pozulmuş, passiv preparasiya 
olunmuş  qırışıqlıq strukturların relyefi üçün ən tipik haldır. Keyfiyyətli or-
tamiqyaslı kosmik şəkillərdə bir neçə fəal yerdəyişmələr çox aydın aşkar edilir. 
 
 
 
Şəkil 51. KŞ-də  horizontal  yerdəyişmə strukturlarının   
struktur-geomorfoloji ifadəsi. 
 
Relyefin cavan formalarının planlı yerdəyişməsi fəal yerdəyişmə zona-
larında müşahidə olunur (Orta Asiya Talasso-Fərqanə, Darvaz-Qara-Gül və s.). 
Burada relyefin xətti çökmələri boyu, eninə  səmtli cavan dərələr və onları 
suayırıcılarına bölən, bəzən isə terras gətirmə konusları və s. vasitəsilə yaranmış 
qanunauyğun sistematik yerdəyişmələr aşkar olunur. 
Kosmik təsvirlərdə  aşkar edilmiş relyefin cavan elementlərini, planlı 
yerdəyişmələrdən istifadə edərək, P.Molner, P.Topolye, V.Q.Trifon və s. təd-
qiqatçılar təyin etmişlər. Aralıq dənizi qurşağının  şərq hissəsinin və  Mərkəzi 
Asiya dağlarının (Çəmən, Attıdağ, Çunqur, Anatolu və s.) bir çox iri qırılmaları 
yeni və müasir mərhələdəki yerdəyişmə kimi inkişaf etmişdir. Belə halda, əgər 


125 
 
yerdəyişmə deformasiyaları ensiz qırılma struktur zonalarında lokallaşmamış-
dırsa və nisbətən geniş zonalarda paylanmışdırsa, onda bu zonaları  kəsən rel-
yefin xətti elementləri səciyyəvi S və Z-yə bənzər planlı formalar şəklini alır. 
Kosmik  şəkillərdə  təsvirin uyğun «şevron»rəsmi, yerdəyişmə zonasında rel-
yefin çoxlu miqdarda paralel xətti elementi əks olunduğu halda daha aydın 
görünür. 
 
8.5. Regional və qlobal struktur-geomorfoloji tədqiqatlarda kosmik 
təsvirlərin təhlili 
 
Regional struktur geomorfoloji təhlilin  əsas məqsədi iri regionların  ən 
yeni struktur planının aşkar edilməsi, tektonik və neotektonik vahidlərdən təşkil 
olunmuş ümumiləşdirilmiş relyef xüsusiyyətlərinin və relyef əmələgəlmə 
proseslərinin öyrənilməsidir. Distansion zondlama materiallarının məlumatları 
əsasında yeni struktur planları öyrənərkən,  əsas diqqəti iri strukturların sər-
hədlərinin dəqiqləşdirilməsinə  və onların sahəvi yerləşməsində  dərinlik nəza-
rətinin təyininə vermək lazımdır (şəkil 52, 53). Bəzi tədqiqatçıların fikrincə, 
əsas neotektonik elementlərin sərhədləri (platforma düzənlikləri və dağ  qırı-
şıqlıq  əyalətləri) daxilində müxtəlif  ən yeni stukturlar olan, özünəməxsus 
struktur karkas əmələ  gətirən nizamlanmış  xətti deformasiya sistemləri ilə 
nəzarət edilir. Tyan-Şan və onun əhatə etdiyi regionun timsalında V.İ. Makarov 
və L.İ.Solovyova göstərmişlər ki, xətti regional zonaların neotektonik əhə-
miyyəti, onlarla iri qırılma pozulmalarının daxil olub-olmamasından və  həm-
çinin onların qədim tektonik zonalara uyğun gəlib-gəlməməsindən asılı de-
yildir. Müxtəlif istiqamətli regional xətti zonaların eynihüquqlu olmasının 
etirafı bu müəllifləri «Kəsişən struktur plan» (ən yeni strukturların) konsep-
siyasına gətirib çıxardı ki, sonradan da o, digər regionlara tətbiq edildi. Struktur 
geomfoloji tədqiqatların bu aspekti lineamentlərin öyrənilməsinə  həsr edilmiş 
9-cu fəsildə daha dəqiq araşdırılacaqdır.   
Regional səviyyəli kosmik şəkillərdə yaxşı görünən, hətta kiçik relyef 
formaları müxtəlif praktiki məsələlərin həll edilməsinə imkan yaradır. Məsələn, 
İssık-Kul rayonunun erozion şəbəkəsini öyrənən S.A.Sladkopevtsev belə bir 
nəticəyə  gəlmişdir ki, bu sahənin parçalanması relyefin yüksəkliyindən və 
tipindən asılıdır. Parçalanmanın daha böyük dərinliyi maksimal qalxımlarda  
alp relyefli dağ silsilələrində müşahidə olunur. Burada iri novlar uzunməsafəli 
və  kəskin yamaclıdır lakin  parçalanmaların bölgüsü böyük deyildirş Onların 
yamacları çox vaxt hamarlanmışdır. Ehtimal  ki, parçalanmanın sıxlığı yamac 
proseslərinin fəallığı ilə, relyefin uzun müddət buz altında konservasiyası, kiçik 
relyef formalarını  kəsən ekzarasiya ilə  məhdudlaşır. Bundan əlavə, yüksək 
dağlıq hissə  kəsimlərinin seyrəkləşməsini buradakı selektiv denudasion səth-
lərin inkişafı və hamarlanmanın qədim yüksək qalxmış səthlərinin mənimsənil-
məsi ilə izah etmək olar. 


126 
 
 
 
 
Şəkil 52. KŞ-də yüksək dağlıq (intensiv parçalanmış) ərazilərin  gölləri: 
a -  İssık-Kul (Mərkəzi  Tyan-Şan);  b – Kara-Kul (Pamir). 
 
Orta dağlıq yüksəkliklərdə və qalxmış dağətəyi şleyflərdə parçalanmanın 
sıxlığı nisbətən kiçik kəsimlərdə maksimal olur ki, bu da eroziyanın fəallığının 
nisbətən zəif olmasına baxmayaraq, eroziyaya uğramış süxurların yumşaq və ya 
doğranmış olması ilə izah olunur. Nəhayət, azmeylli dağətəyi düzənliklərdə 
parçalanmanın dərinliyi minimuma enir və eyni zamanda müvəqqəti su axımı 
şəbəkəsinin sıxlığı azalır. 
Kosmik  şəkillərin köməyi ilə Yerin və digər yer qrupu planetlərinin 
müxtəlif rayonlarının regional geomorfoloji və struktur geomorfoloji xəritələri 
tərtib edilmişdir. Hətta yaxşı öyrənilmiş rayonlarda kosmik təsvirlər həm 
müxtəlif yaşlı geomorfoloji səthlər və kəsimlərin paylanması, həm də relyefdə 
yeni və ən müasir neotektonik süxurların yayılma formaları haqqında yeni mə-
lumat almağa imkan verir. Əsas etibarilə, kosmik şəkillərin tətbiqi ilə mümkün 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə