127
olan
mühüm kəşflərdən biri, relyefin regional dairəvi və ya konsentrik struk-
turlarıdır ki, bu da 10-cu fəsildə daha dəqiq araşdırılacaqdır.
Şəkil 53. KŞ-də alçaq dağlıq (zəif parçalanmış) ərazilərin gölləri:
a – Ölü dəniz (İsrail), b – Qara boğaz göl (Türkmənistan), v – Deşt və Neyriz (Zaqros),
q – qurumuş duzlu göllər (Şimali İran).
Regional geomorfoloji tədqiqatlar üçün dağlıq əyalətlərin perspektiv
şəkilləri daha böyük maraq kəsb edir (şəkil 54). Plan şəkilləri üzərində aparılan
müşahidələr zamanı, burada relyefin gözəçarpan parçalanması maskalanır (üstü
örtülür və yaxud hiss olunmur). Lakin, hamarlanmanın ilkin zirvə səthləri və
onların qonşu ərazilərin analoji səthləri ilə əlaqəsi daha əyani görünür. Belə
şəkillərin təhlili, Himalay kimi regionlarda dağəməgəlməni, bu zonaların mux-
tar qalxımı ilə deyil, onların altına xarici çökmələrin «dartılıb çəkilməsi» və
128
ikili sial qabığının üzə çıxması ilə əlaqələndirən geoloqların
nöqteyi-nəzərini
daha yaxşı başa düşməyə imkan verir.
Şəkil 54. Dağlıq vilayətlərin perspektiv (“a”, Himalay) və plan
(“b”, Hindiquş) KŞ-nin müqayisəsi.
Qlobal struktur-geomorfoloji tədqiqatlarda distansion zondlama material-
larının əsas tətbiq sahələri aşağıdakılardır: planetar dərəcəli geomorfoloji ob-
yektlərin sahəvi paylanmasının öyrənilməsi; bu obyektlərin genetik əlaqələrinin
müəyyən edilməsi məqsədi ilə onların qarşılıqlı əlaqələrinin təhlili; yer qabı-
ğının və strukturların planetar bölünməsinə nəzarət
edən bölgünün aşkar
edilməsi; çoxkilometrli qalınlığa malik su qatı ilə örtülmüş okean dibinin
geomorfoloji quruluşunun öyrənilməsi.
Bu məsələlər hazırda lineament təhlilinin köməyi ilə həll edilir. Müvafiq
məlumatlar 9-cu fəsildə veriləcəkdir.
129
İndi də 1978-ci ildə fəzaya buraxılmış «Sisat»peykindən, okean dibi rel-
yefinin, su səthinin radiolakasiya ölçü məlumatlarının köməyi ilə öyrənil-
məsinin nəticələrini araşdıraq. 55-ci şəkildə Yer kürəsinin şərq yarımkürəsinin
okean dibi xəritəsinin bir hissəsi göstərilmişdir.
Şəkil 55. Su səthinin radiolokasiya (RL) ölçü məlumatlarına görə Atlantik və
Hind okeanlarının dibinin relyefinin xəritəsi. B.Xaksba görə.
Bu xəritənin tərtibi üçün, Dünya okeanının səthini örtmüş (5 milyon
nöqtəyə yaxın) su səthinin ölçü məlumatlarını eyni dayaq nöqtələrinin şə-
bəkəsinə düzmüşlər. Rəngli qrafikqurmanın mürəkkəb kompüter proqramından
istifadə edərək, B.Xaksbi təsvirin hər bir elementi üçün 15 rəng və onların 256
çalarını seçmişdir. Xəritədə aşkar edilmiş bir çox hissələr, ya həmin
vaxta qədər
məlum deyildi, ya da axıra qədər təsdiq edilməmişdi. Məsələn, Afrikadan
cənuba döğru Hind okeanınında yeni sualtı dağlar və qırılma zonaları aşkar
edilmişdir. Xəritədə, İslandiyadan cənub-qərbə doğru uzanan Reykyanesaralıq
okaen silsiləsi görünür. Əvvəllər bu silsilənin
V-yə bənzər formalı olması haqda
şübhələr var idi. Lakin xəritə bunun həqiqət olduğunu təsdiq edir.
130
IX. KOSMİK ZONDLAMA MATERİALLARININ
KÖMƏYİLƏ XƏTTİ STRUKTURLARIN
(LİNEAMENTLƏRİN) ÖYRƏNİLMƏ XÜSUSİYYƏTLƏRİ
Xətti strukturlar və yaxud lineamentlər (“
lineamentum”-latın sözü olub,
xətt deməkdir) çox geniş yayılmış geoloji obyektlərdir. Onlar müxtəlif miqyaslı
kosmik şəkillərdə deşifrə olunur
və topoqrafik, batimetrik, geofiziki və s. xəritə
və sxemlərin təhlili zamanı aşkar edillir.
9.1. Lineamentlər haqqinda təsəvvürlərin
yaranması və təkamülü
Strukturlar, onlara planetar çatlar kimi baxan Eli de Bomon, V.Qopkins
və s. geoloqların adı ilə bağlıdır. Sonralar L.Bux, A.Dobre
və digər alimlər
ortoqonal sistemli qırılmaların planetin hidroqrafik mənzərəsinə nüfuz etməsinə
diqqət yetirmişlər. Onlar, bu sistemlərin həmçinin xətti uzanan qırışıqlıq
deformasiyalarına da təsiri haqqında fikir söyləmişlər. Belə ki, Pont-Kaspi
əyalətinin uzaq məsafəli düz xətli struktur elementləri, qövsi strukturları və
eninə (submeridional) elementləri, N.İ.Andrusova görə,
indiki dövrdə aşkar
edilmiş Transqafqaz və Ural-Oman lineamentləri istiqamətində yerləşmişdir.
A.P.Karpinskinin yer qabığının qırılma tektonikasına aid əsərlərində Rusiyanın
avropa hissəsində şimal-qərb və şimal-şərq istiqamətli çatların olduğu gös-
tərilmişdir. XlX əsrin axırlarında M.Bertran bütün qitələri kəsən, kənarlarında
qırışıqlıq və ya qırılma dislokasiyaları və iri paleocoğrafi və ya müasir relyef
formaları (dağ silsilələri, çay dərələri, dəniz sahilləri və s.)
qruplaşan xətti
strukturlar haqqında təsəvvürü inkişaf etdirmişdir.
XlX əsrin axırlarında görkəmli Avstriya geoloqu Eduard Zyussun Aşağı
Avstriya və Cənubi İtaliya zəlzələlərinin episentrinin (mərkəzinin) fəzavi
yerləşmə qanunauyğunluqları üzərində apardığı tədqiqatlar lineament haqqında
anlayışın formalaşmasına təkan verdi.
Alim, kifayət məsafələrdə düz xətt üzrə uzanan «zəlzələ zərbəsinin adi
xətləri»adlandırdığı hadisəni kəşf etdi.
Amerika geoloqu V. Xobbs 1904-1911-ci illərdə öz işlərində “Linea-
ment” anlayışını formalaşdırdı və onu elmigeoloji ədəbiyyata termin kimi daxil
etdi. V. Xobbs lineamenti heterogen əmələ gəlmə geoloji kütlələrin sərhədləri
və dənizin sahil xəttinin düzxətli sahələri, dağ massivlərinin əhatəsi
və land-
şaftın digər düzxətli elementləri (məsələn, çay dərələri) (şəkil 56), həmçinin E.
Zyuss tərəfindən ayrılmış “seysmotektonik xəttlər” kimi təsəvvür edirdi.
Müasir dövrdə geologiyadakı bu “terminoloji kəşf”in əhəmiyyətini kifa-
yət dərəcədə qiymətləndirmək çətindir, Çünki bu kəşf planetin dərinlik quru-
luşunun xarici (yerüstü) əlamətlərə görə öyrənilməsinin son dərəcə sadə, müm-
kün və effektiv ekspresüsulunu təklif edirdi.