Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə45/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   41   42   43   44   45   46   47   48   ...   128

134 
 
Lineamentlərin və lineament sistemlərinin dolayı yola ayrılması, onların 
müxtəlif parametrlərlə səciyyələnən, Yer kütlələrinin sahəvi yerləşməsi haqqın-
da olan məlumatlara görə izlənilməsi və axtarışı ilə əlaqədardır; litoloji (süxur-
ların tərkibi və sıxlığı); tektonik (yer qabığı strukturlarının doğranma dərəcəsi
qırılma pozulmalarının sıxlığı, bölünmələrin formaları, üstünlük təşkil edən 
kinematika və pozulmaların istiqaməti); geofiziki, seysmoloji, geokimyəvi (uy-
ğun geokimyəvi sahələrin səmti və intensivliyi); hidrogeoloji (subasma dərəcə-
si, yeraltı suların tərkibi və yatım dərinliyi); landşaft (çay şəbəkəsinin rəsmi) 
(şəkil 59) ,bitki örtüyünün paylanma xüsusiyyətləri və s.). 
Alət üsulu. Lineamentlərin öyrənilməsində maşın (avtomatlaşdırılmış) 
təhlili üsulu geniş inkişaf tapmışdır. Lineamentlərin kosmik şəkillərdə avto-
matik ayrılmasının əsasını ziddiyyətli analogiya yanaşması təşkil edir ki,bu da 
parlaqlığın və aydınlığın mütləq qiymətindən asılı olmayaraq, obyektin rəng-
çalar müxtəlifliyinə görə lineament şəbəkəsi, müxtəlif dərəcəli generelizasiya 
almaq məqsədilə, operatorun istəyindən asılı olaraq, dəyişilə bilər. 
Ziddiyyətli analogiya yanaşması üçüncü ilə ayrılmış iki qonşu pik sellərin 
parlaqlığının müqayisəsi ilə həyata keçirilir. Bu halda fərqin ölçülmüş qiyməti 
orta pikselin üzərinə yazılır. Belə  təhlil bütün istiqamətlər üzrə aparılır, hər 
piksel üçün bu halda bir neçə qiymət alındığından, maksimal qiymət əsas götü-
rülür. Maksimal variasiya xətlərini göstərən ədədi nəticələr lineament sxemləri 
kimi qrafik olaraq göstərilir. Lakin bu zaman süni surətdə yaranmış lineament-
ləri (texnogen və ya antropogen mənşəli) kənarlaşdırmaq üçün alınmış nəticə-
ləri korrektə etmək lazımdır. 
Subyektiv amili maksimum kənarlaşdırmaq məqsədilə, məlumatlar gül-
diaqramı  və ya lineamentlərin uzanmasının histoqramı, lineamentlərin gül-
diaqramı  xəritəsi və ya lineamentlərin xüsusi uzunluq xəritəsi, o cümlədən 
qrafik şəklində göstərilir. 
Alınmış  kəmiyyət xüsusiyyətlərinin obyektiv müqayisəsi və korrel-yasi-
yası üçün, həcmi parametrlərin tətbiqi məsləhət görülmüşdür (məsələn, yer qa-
bığının müxtəlif bloklarının lineamentləşmə  dərəcəsini səciyyələndirən qlobal 
çatlılıq  əmsalı). Hazırda kosmik şəkillərdə lineamentlərin avtomatik ayrılması 
üçün proqram və alqoritmlər işlənib hazırlanmışdır. 
Kompleks üsul. Distansion zondlamanın müxtəlif materiallarını müxtəlif 
fəsillərdə alınmış  və müxtəlif spektral diapazonlarda çəkilmiş  şəkillərin geo-
lojigeofiziki materiallarla kompleksləşdirilməsi yeni geoloji informasiyanın 
alınmasına imkan yaradır. 
Məsələn, Cənub-Şərqi  Fransanın  bir  rayonunun  struktur  təhlili  “Lend-
sat”-dan alınmış  şəkillərin və ədədi  formada  yazılmış  istilik şəkillərinin topo-
qrafik və qravimetrik xəritələrlə kompleksləşdirilməsi  yolu  ilə  yerinə  yetiril-
mişdir.  Əldə olunan kosmik şəkillərdən  əvvəl lineamentlər, sonradan isə 
filtrasiya yolu ilə, istiqamətlərinə görə  əsas strukutur elementlər ayrılmışdır. 
Analoji  əməliyyat, istilik şəkillərinə görə ayrılmış lineamentlərlə  də aparıl-


135 
 
mışdır. Ayrılmış lineamentlərin sahəvi müqayisəsi, səth pozulmalarını dərinlik 
pozulmalarından ayırımağa imkan vermişdir. Lineamentlərin qravitasiya ano-
maliyaları (və yaxud pillələrlə) ilə sahəvi korrelyasiyası bünövrə pozulmalarını 
ayırmağa imkan yaratmışdır. Alınmış  nəticələr regionun geodinamik təkamül 
modelinin tərtibi üçün istifadə edilmişdir. 
Bu üsulların bir-birini tamamlaması indiki dövrdə  interaktiv üsulun ya-
ranmasına, yəni kosmik şəkillərin aydınlığının artması  və ya digər yollarla 
çevrilməsi, lineamentlərin və onların sistemlərinin həqiqi və  dəqiq vizual de-
şifrələnməsinə  gətirib çıxardı. Həmçinin bu məqsədlər üçün müxtəlif cihazlar 
vasitəsilə alınmış  şəkillərdən sintezləşmiş  və kombinə olunmuş  təsvirlərin 
tərtibi üsulundan da istifadə edilir. Dialoq rejimində  şəkillərin avtomatlaş-
dırılmış işlənilməsi lineamentlərin ayrılmasının dəqiqliyini xeyli artırmışdır. 
Son illər, yuxarıda göstərilən üsullardan əlavə, sistemli yanaşma müvəf-
fəqiyyətlə  inkişaf edir və trend təhlildə istifadə edilir. 
 
9.3. Lineament təsnifatlarının morfologiyası,  
quruluşu və elementlərinin təsnifatı 
 
Lineamentlərin və onların sistemlərinin morfologiyası, quruluşu, təsnifat-
ları bir-biri ilə  sıx qarşılıqlı  əlaqədar olub, praktiki olaraq, bir-birindən ayrıl-
mazdır. 
O.M.Borisov və A.K.Qlux göstərmişlər ki, lineamentlər çox müxtəlif 
morfologiyaya malikdir: xətti, qövsvari, poliqonal (ziqzaq-şəkilli). Bu tədqi-
qatçılar lineamentlərin daxili quruluşunda aşağıdakı elementləri ayırırlar: 
kontur-landşaft və relyef tipinin nisbətən kəskin dəyişməsi və struktur-
geoloji elementlərlə özünü büruzə verən xarici sərhəddir; 
mərkəzi zona  (endostruktur)  - iki kontur arasında yerləşən və relyefin 
mənfi və ya müsbət elementi kimi özünü büruzə verən zolaqdır; 
struktur xətt - yer səthində mərkəzi zonanın ortası boyunca şərti çəkilmiş 
xətdir; 
səth  - struktur xətt boyu mərkəzi zonanın yatımı istiqamətində  çəkilmiş 
müstəvidir. 
Bu və ya digər lineamentlərin əhatə sahəsini  ayırmaq çox əhəmiyyətlidir 
ki, bu da lineamentin, onu əhatə edən strukturlarla münasibətinin öyrənilməsini
təsvirini və təhlilini kifayət qədər asanlaşdırır. 
Göstərilən elementlərə, lineamentlərin uzanması boyu özünəməxsus də-
yişmələri haqqında müşahidələr (struktur qanadların dəyişkən işarəli  şarnir 
hərəkətləri; lineamentə bitişik geoloji formasiyaların tərkibində, qalınlığında və 
yaşındakı müxtəliflik; lineamentin və ya onun zonasında daxili qırılmaların və 
qırışıqlıq strukturların uzanmasının üstün istiqamətləri; ayrılmış lineamentin (və 
yaxud zonanın) və onun qanadlarında lineamentlərin (və yaxud qırılmaların) bu 
və ya digər kinematik tiplərinin üstünlük təşkil etməsi; əhatə strukturlarında və 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə