Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə31/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

90 
 
3. Geoloji. Burada mürəkkəb geoloji hadisələrin və obyektlərin de-şifrə-
ləmə əlaməti rolunu onların geoloji xüsusiyyətləri oynayır. Bu növ deşifrələmə 
digər (qeyri-distansion) tədqiqat üsulları vasitəsilə alınmış materialların üzərin-
də işlərkən tətbiq edilir.      
 
Şəkil 36. Geoloji  deşifrələmənin  əsas  üsulları. 
 
İndikasion (dolayı) deşifrələmənin göstərilən müxtəlif növləri daha çox 
geoloji tətdiqatlarda istifadə edilir. Müasir dövrdə avtomatik deşifrələmə üsul-
larının daha çox iki növündən istifadə edilir: obyektlərin spektral və tekstur 
(məkan - həndəsi) səciyyəsinə görə tanınması. Birinci halda əsas üsul səhnə 
ölçü məlumatlarının iki və çoxölçülü məkan formasının qurulması (təbii ki, iki 
və ya çox spektral intervallarda) və sonradan çoxsaylı seçilmiş nöqtələrin (öy-
rənilən obyektlər üçün tipik olan) statistik müqayisəsindən ibarətdir.    
 İkinci halda üsulun məntiqi  əsası birinci ilə eynidir, lakin spektral sə-
ciyyə əvəzinə tipik obyektlərin və ya başqa yolla formalaşmış tesktur xüsusiy-
yətin modelindən istifadə edilir. Bu halda həm səhnənin birbaşa ölçülərinin, 
həm də kosmik şəkillərin ölçülərinin məlumatları təhlil edilə bilər.    


91 
 
 Hazırda avtomatik quruluşlar nəzarətlənib, operator tərəfindən istiqamət-
lənirsə, avtomatik deşifrələmə interaktiv rejimdə aparılır. Gələcəkdə ehtimal ki, 
işlərin bu istiqaməti əsas olacaqdır. 
 
6.7. Kosmik şəkillərin informativliyi 
 
Kosmik şəkillər (xüsusən fotoqrafik yolla alınmış) daha çox informasiya 
daşıyan materiallarıdır. Təxminən belə hesab etmək olar ki, standart ölçülü 
kosmik  şəkillərdə 2 – 5 meqabayt effektiv (yəni vizual deşifrələmədə istifadə 
olunan) informasiya daşıya bilər ki, o da kosmik şəkillərin yalnız texniki 
xüsusiyyətlərini səciyyələndirir və şəkildəki təsvirlərdən qəti asılı deyildir. 
Kosmik təsvirlər kosmik şəkillərdən gələn informasiya siqnallarının in-
sanların dərketmə sistemləri ilə qarşılıqlı əlaqə nəticələri olduğuna görə, kosmik 
təsvirin geoloji informativliyi bütün müşahidəçilər üçün eyni ola bilməz. Qeyd 
etdiyimiz kimi, dərketmə (qavrama) ixtisaslaşdırılmış hazırlıqla əlaqədar oldu-
ğu üçün, kosmik təsvir və model müxtəlif tədqiqatçılarda fərqli olduğundan, 
kosmik təsvirin informativliyinin nisbiliyi realdır.  
   İndi də kosmik təsvirin nisbi informativliyini təyin edən  əsas amilləri 
araşdıraq.   
  Generalizasiya  (miqyaslı generalizasiya) dedikdə - kiçik geoloji (və ya 
landşaft) elementlərin daha böyüklərə birləşməsi başa düşülür. Kosmik təsvirdə 
bir elementin həcmi bu və ya digər dərəcədə sabit olduğundan, kosmik plan-
almanın miqyası dəyişdikdə, səhnədə onun müxtəlif həcmli sahələri əks olunur: 
landşaft quruluşunun bir hissəsini əksetdirən sahələrin parlaqlıq xüsusiyyətləri 
ortaya düşür. Səhnənin təsviri (onun landşaft və ya geoloji modelinə uyğun 
olaraq) müxtəlif generalizasiya səviyyələrində  fərqli olur. İnformativliyin də-
yişkən keyfiyyətinə  təsvirin miqyasının 3 – 5 dəfə dəyişməsi səbəb olur. Bu o 
deməkdir ki, miqyasın bu cür pilləliliyində deşifrələmənin  əsas obyektləri 
keyfiyyətcə müxtəlif dərəcəli olur, məsələn, laylar, qırışıqlar, antikilinal və sin-
klinallar, qırışıq silsilələr, dağarası çökəkliklər, qırışıqlıq qurşaqları  və plat-
formalar.  
Təbii generalizasiya səviyyəsinə görə kosmik təsvirlərin aşağıdakı miq-
yasları qəbul olunmuşdur: 
-qlobal – 1 :15 000 000 və daha kiçik (yer kürəsinin ümumi xəritəsi 
üçün);  
-kontinental – 1 : 5 000 000 – 1 : 2 500 000 (MDB-nin və qitələrin ümu-
miləşdirilmiş xəritələri üçün);                     
-regional – 1 : 1000 000 – 1 : 500 000 (regional kiçikmiqyaslı xəritələr 
üçün);   
-lokal – 1 : 200 000 – 1 : 100 000  (regional ortamiqyaslı xəritələr üçün);  
-dəqiq –1 : 100 000–dən iri  (regional irimiqyaslı və dəqiq xəritələr üçün). 
Bu təsnifat əsasən kosmik planalmanın miqyasına aiddir.     


92 
 
Şəkillərin böyüdülməsi piksellərin ölçülərinin artmasına gətirib çıxarır. 
Bir çox hallarda böyüdülmüş  şəkillər işləmək üçün daha əlverişlidir (çünki 
təsvirin informativliyi zəif dəyişir).  
Görünüş sahəsi- qarşılıqlı  əlaqəli müxtəlif geoloji (və ya landşaft) ob-
yektlərin eyni zamanda öyrənilməsi imkanları regional tədqiqatlar üçün kosmik 
təsvirlərin mühüm xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətin kəmiyyət xarak-
teristikası təsvirin görünüş sahəsi və yer kürəsinin şəkildə əks olunan sahəsi ola 
bilər (cədvəl 4). 
Cədvəl 4 
Bəzi planalma sistemlərinin icmal sahəsi 
Planalma sistemi 
Generalizasiya səviyyəsi 
Icmal sahəsi, 
km
2
10
3
 
“Nimbus” 
“Meteor”(televizion və MSU-M) 
“Meieor” (MSU-S) 
„Salyut“ (KATE-140) 
„Meteor“ (MSU-SK) 
„Meteor“ („Fraqment“) 
„Kosmos“ 
„Salyut“ (MKF-6M) 
“Meteor” (MSU-E) 
Qlobal 
Qlobal 
Kontinental 
Kontinental 
Regional 
Regional 
Regional 
Regional 
Lokal 
10000 
2-2500 
6-1000 
200 
40 
7,2 
32 
18 
0,4 
 
Bir  şəklin təhlili zamanı hansı  dərəcəli geoloji obyektlərın tədqiqatçının 
nəzər sahəsində eyni zamanda yerləşə bilməsi cədvəldən görünür. Bu,  qarşılıqlı 
əlaqəli konkret geoloji obyektlərin öyrənilməsi və ya onların dəqiqləşdirilməsi 
məqsədilə, kosmik şəkillərin optimal komplektini müəyyən etmək üçün çox 
vajibdir.   
 Spektral xüsusiyyətlər. Müxtəlif landşaft elementlərinin spektral 
xüsusiyyətlərindəki müxtəliflik ona gətirib çıxarır ki, bir spektral diapazonda 
onlar daha ziddiyyətli, digərlərində isə qeyri-ziddiyyətli görünürlər. Bu vəziyyət 
distansion zondlamanın müəyyən məsələsinin həlli üçün informasiya 
mənbəyinin düzgün seçilməsinin əhəmiyyətini təyin edir. Bu barədə tövsiyə, bir 
növ,  şərti xarakter daşıyır, çünki geoloji zondlama məsələlərinin hərtərəfli 
olması, həmçinin obyektlərin spektral xüsusiyyətlərinin fəsillərdən, havadan və 
digər  şərtlərdən asılı olaraq, daha çox dəyişkənliyini nəzərə almaq qeyri-
mümkündür. Ona görə də təhlil üçün mümkün qədər böyük həcmdə distansion 
zondlama materiallarını  cəlb etmək lazımdır ki, konkret problemin həlli üçün 
yüksək informativliyə malik olanları seçmək mümkün olsun.   
Keçmiş sovet tədqiqatçılarının materiallarının təhlili  əsasında müxtəlif 
fiziki-coğrafi rayonlar üçün (planalmanın mövsümünü nəzərə almaq şərti ilə) 
spektral kanalların geoloji informativliyinin aşağıdakı ümumiləşdirilmiş sxe-
mini vermək olar. 
1. Kontinental dərəcəli geoloji obyektlər–0,7–0,8 və 0,8-1,1mkm.  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə