104
təyinedici formaları tabeli səciyyə daşıya
bilməsinə baxmayaraq, onlar iri-
miqyaslı kosmik təsvirlərdə aşkar olunur.
Yaxşı açılış şəraitində kosmik təsvirlərdə cavan çöküntülərin quruluşu
çox aydın görünür. Adətən, dördüncü dövr örtük əmələgəlmələri, distansion
zondlama materiallarında, təsvirləri fərdi rəsmlərinə görə tanınan relyef
formaları yaradır, yəni dördüncü dövr çöküntüləri ilə örtülmüş ərazinin
kosmik
təsvirlərinin təhlili zamanı həm geomorfoloji və həm də onlara uyğun təsvirin
geoloji modeli formalaşır. Deşifrələnməni çətinləşdirən amillər isə əsasən
ərazinin meşə ilə örtülməsi və kənd təsərüfatı sahələri ilə əhatə olunmasıdır.
Kosmik təsvirlərdə laysız geoloji kütlələrin aşkarı və təhlili regional
tektonik və geomorfoloji xüsusiyyətlərdən asılıdır. İntensiv parçalanmış yüksək
dağlıq şəraiti hətta iri intruziv massivlərin aşkar edilməsi üçün də əlverişli
deyildir. Bu, yeni tektonikanın, qədim strukturları tamamilə dəyişdiyi cavan
dağ zonalarında özünü xüsusən kəskin büruzə verir. Məsələn, Cənubi Tyan-
Şanda Qissar qranitoid massivinin sərhədləri yalnız dolayı əlamətlərinə görə
təyin edilir.
İntruziv süxur massivləri qədim qalxanların və cavan platformaların kos-
mik şəkillərində daha yaxşı izlənilir. Təsvirlərin görünmə dərəcəsi onların
yaşından, formasından və tektonik struktur ilə əlaqəsindən asılıdır. Konkordant
xətti uzanmış massivlər,
bir qayda olaraq, diskordant izometrik massivlərə
nisbətən pis aşkar edilir. Məsələn, Kola yarımadasının şəkillərində Baltik
qalxanı Peçenqa rift zonasının konkordant ultraəsaslı massivləri çətin aşkar
edilir, İmandravarzuq rayonunun izometrik massivləri isə praktiki olaraq,
istənilən şəkillərdə aydın aşkar olunur. Bu, eyni dərəcədə Xibin və Lavozer tipli
paleozoy yaşlı intruzivlərə və alt proterozoy yaşlı Monçetundra plutonuna da
aiddir.
Cavan platforma qalxanlarında intruziv massivlərin
landşaftda görünməsi
(təbii ki, kosmik şəkillərdə) onların forması, tərkibi və yaşından çox asılıdır.
Məsələn, Mərkəzi Qaxaxstanın cənub hissələrində kosmik təsvirlərdə ən cavan
(perm yaşlı) qranitoid massivləri yaxşı görünür. Bektauata kimi iri izometrik
intruzivlər, hətta kontinental səviyyəli şəkillərdə belə aşkar görünür, izometrik
formalı devon yaşlı massivlər isə xeyli zəif aşkar edilir. Görünür, bu onunla
əlaqədardır ki, cavan, turş tərkibli massivlər zəif, ən
yeni fəallaşma şəraitində
çərçivəyə nisbətən “üzə çıxır”və fototəsvirdə səciyyəvi rəsmlə nəzərə çarpan
(adətən mərkəzəqaçma) müsbət relyef formaları əmələ gətirir. Devon (daha
cavan) massivlərinin denudasiyası və “üzə çıxması” əvvəlki tektonik eralarda
başa çatmışdır və indi onlar azqalınlıqlı, praktiki olaraq, müstəvi şəkilli kütlə
formalarında olub, relyefdə aydın görünmür. Struktura uyğun yatan kiçik hi-
perbazit kütlələri daha pis aşkar edilir. Onlar nəzərdən keçirilən rayonun
kosmik şəkillərində, bu kütlələrin üzərində montmorillonitin qalın aşınma
qabıqlarının inkişafı ilə əlaqədar olaraq, özlərini nisbətən açıq fotorəngçaları ilə
büruzə verirlər. Kosmik təsvirlərdə deşifrələnmiş intruziv
kütlələrin sərhədləri
105
çox vaxt yer səthindəki real sərhədlərindən böyük olur. Buna səbəb, massivin
tavanının azqalınlıqlı, həddən artıq dəyişmiş, sallaq kənar hissəsinin isə kosmik
şəkillərdə massivin özü ilə eyni görkəmə malik olmasıdır.
Ən yeni fəallaşma əyalətlərindəki duz «günbəzlərinin» təsvir rəsmləri
izometrik qranitoid massivlərinin cizgilərinə oxşardır.
Bunlar da, relyefin
müsbət formalarını əmələ gətirən, «üzəçıxan» strukturlardır. Tektonik sakit
əyalətlərdə duz çıxışları ilə əksəriyyət mənfi geomorfoloji izometrik elementlər
əlaqədardır. Bunlar bəzən tağyanı qırılma pozulmaları sisteminin intensiv
inkişafı səbəbindən “sınmış boşqaba”bənzəyir.
Distansion üsulların inkişafı “qırılma” və “qırılma pozulmaları” termin-
lərinin mənasını xeyli dəyişmişdir. Kosmogeoloji işlərin təcrübəsində qırılma
pozulmaları və qırılmalar daha geniş mənada “deşifrələnmənin xətti obyektləri”
(və ya “lineament”) kimi istifadə olunur.
Sonuncular, yerdəyişmə qırılmaları və
dərinlik tipli qırılmalardan əlavə, çatları, çatlılıq və nüfuzetmə zonalarını,
müxtəlif landşaftla əks olunan basdırılmış xətti bölmələri və s. saxlayan xətti
deformasiya strukturlarını birləşdirir. Xətti obyektlərin əksəriyyətini yalnız
icmaldistansion təsvirlərdə aşkar etmək olur. Burada, onlar geoloji və geo-
morfoloji quruluşun azəhəmiyyətli hissələrinin məcmusundan generalizasiya
olunur.
Qırılma üzrə geoloji sərhədlərin yerdəyişməsinin aşkar edilməsi qırılma-
ların kinematikası və onların baş tektonik zonallığa görə istiqamətindən asılıdır.
Daha kiçik sürüşməqırışıqlığa və ya monoklinallara nisbətən diaqonal və ya
eninə səmtdə yerdəyişmə kinematikalı qırılmalar boyu aşkar edilə bilər. Dəqiq
və lokal səviyyəli şəkillərdə amplitudu on metrlərlə ölçülən yerdəyişmələr aşkar
olunur. Qranit və digər vulkanogen süxurlarda
yerdəyişmələr kifayət qədər
aydın görünür. Eninə qırılıb-düşmələr üzrə yerdəyişmələr, məhz geomorfoloji
cəhətdən özünü büruzə verdiyi üçün amplitudun qiymətləndirilməsi yalnız
təxmini ola bilər. Bunları həmçinin sıldırım qırıdlıb-qalxmalara aid etmək olar.
Üstəgəlmələr kosmik şəkillərdə çətinliklə aşkar olunur və onların am-
plitudunu təyin etmək nadir hallarda mümkündür.
Nəticədə qeyd etmək lazımdır ki, ideal fotogenik geoloji əmələgəlmə
sərhədlərində kosmik şəkillərin deşifrələmə materialları əsasında, hətta dəqiq-
liyinə görə yerüstü geoloji planalma xəritələrindən də üstün analoqlarını ya-
ratmaq olar. Lakin belə sahələrə çox nadir hallarda rast gəlinir. Struktur-geoloji
tədqiqatlarda kosmik məlumatlar öyrənilən ərazinin geoloji quruluşunun ayrı-
ayrı fraqmentlərini
dəqiqləşdirməklə bərabər, məlumatları tənzimləməkdə (bu
kosmik şəkillərin ümumi görünüşü ilə bağlıdır), geoloji quruluşun ayrı-ayrı
elementlərinin struktur səciyyəsini aydınlaşdırmaqda və yerüstü tədqiqatlar
zamanı zəif görünən və ya heç görünməyən strukturları xəritələməkdə tətbiq
edilir.