165
təsdiq edir. Bəzi hallarda geoloji amillər çoxluğu
içərisində zəncir kimi
qalanlarını ardınca çəkib aparan bir aparıcı amili seçmək olar.
Bununla belə, bəzi halqavarı strukturların genezisinin təyini gələcəyin
işidir. Halqavarı meqastrukturların quruluşunda müxtəlif
geoloji proseslər
(metamorfik, plutonik, tektonik, vulkanik) nəticəsində əmələ gəlmiş struktur
elementlər və maddi komplekslər iştirak edir. Bu strukturlar adətən milyon-
milyard illəri əhatə edən geoloji inkişaf tarixinə malikdir.
Nisbətən kiçik halqavarı strukturlar isə adətən,
monogenetik olub, çox
vaxt bir geoloji aktlı prosesdən törəyir.
Yer qabığının halqavarı strukturlarının aşkar edilməsi və tətqiqində
geofiziki xəritələrin analizinə əsas üsullardan biri kimi baxmaq lazımdır (şəkil
72,73). Xüsusilə qiymətli informasiyaya Yerin qravitasiya və maqnit sahəsi
xəritələri, dərinlik seysmik zondlama materialları malikdir. Halqavarı struktur-
ların aydınlaşdırılması və tətqiqində müxtəlif miqyaslı geofiziki xəritə və
sxemlərdən istifadə etmək olar. Orta və irimiqyaslı xəritə və sxemlər çox da iri
olmayan strukturların, kiçik miqyaslılar isə həcmli dairəvi obyektlərin təyi-
nində yararlıdır. Təssüflə qeyd etmək lazımdır ki, yaxın zamanlara qədər
geofiziki xəritələrin tərtibi zamanı, yer qabığındakı dairəvi obyektlər nəzərə
alınmamışdır. Buna görə də faktiki geofiziki məlumatların interpretasiyası elə
aparılmışdır ki, nəticədə bir çox halqavarı strukturlar ya nəzərdən qaçırılmış, ya
da xətti
strukturlarla demək olar ki, görünməz olmuşdur. Bir də əsas diqqəti
halqavarı strukturların geokimyəvi xüsusiyyətlərinin təyininə və onunla əlaqə-
dar, faydalı qazıntılara vermək lazımdır. Bundan ötrü, halqavarı strukturların
sərhədlərinin və yaxud onların əsas struktur elementlərinin filiz yataqları ilə üst-
üstə düşmə xarakterini qiymətləndirmək lazımdır.
Çox da böyük olmayan (on kilometrlərlə ölçülən) halqavarı strukturlar
üçün konkret yatağın bütövlükdə halqavarı struktura uyğun gəlməsini təyin
etmək vacibdir. İri halqavarı strukturlar üçün isə yataqların, onların mərkəzinə,
xarici sərhəddinə, daxili konsentrik dairələrə və yaxud
radial elementlərə nəzə-
rən yerləşmə qanunauyğunluqlarını təyin etmək lazımdır. Bu uyğunluq, filiz
yataqlarının geoloji əmələgəlmələrlə genetik əlaqəsinin təyinində əlavə təhlil
edilməlidir. Məsələn, Cənubi Uraldakı kolçedan və qızıl yataqlarının plutonik
halqavarı strukturlarla məkan uyğunluğu, kolçedan yataqları üçün sahəvi, qızıl
yataqları üçün isə genetik əlaqə kimi aydınlaşdırılmışdır. Genezisdən əlavə,
filizləşmə ilə halqavarı strukturun yaş uyğunluğu nəzərə alınmışdır. Daha bir
misal, Hindistanın bəzi müsbət tektonik halqavarı strukturlarının (Mezozoy
platforma örtüyündə kembriyəqədərki bünövrə qalxımı)
mərkəzindəki dəmirli
kvarsit yataqları, bu halqavarı strukturların sahəsində yerləşən boksit yataqla-
rından fərqli olaraq, onlarla genetik əlaqəli deyildir.
166
Şəkil 72. İntruziv massivlərlə əlaqədar olan halqavarı strukturların
interpretasiyasının nəticələri:
a – Buqe anomaliyası, b - AT anomaliyası, c – KŞ-n deşifrələnmə sxemi (Y.N.İsayev və
İ.V.İsayevaya görə). 1 – maqnit sahəsinin izoxətləri; 2 – qravitasiya sahəsinin izoxətləri; 3
– qneys və qranitoqneyslər; 4 – metamorfik şistlər; 5 – qranitlər; 6 – qabbro; 7 – geoloji
sərhədlər; 8 – qırılmalar; 9 – Ag anomaliyalarını əmələ gətirən hesabi gövdələr; 10 –
maqnit anomaliyalarını əmələ gətirən hesabi gövdələr.
Şəkil 73. Aldano-Stanov regionunda Pakçi halqavarı strukturu və onun
relyefdə və geofiziki sahələrdə ifadəsi:
A – deşifrələmə sxemi, B – maqnit sahələrinin səmti, C – relyefin nisbi artımı, D–geoloji
quruluşun sxemi. 1–KŞ–də deşifrə olunmuş struktur xətlər; 2–maqnit sahəsinin izodinamları;
3 – 6 - relyefin enerjisi: 3- 600-800 m, 4–400- 600 m, 5–200-400m, 6- 0-200 m; 7–doğranma
zonaları, 8–qırılmalar, 9–alt təbaşir andezitləri, 10–qranitoidlər; 11-13–kembriyəqədər
törəmələr: 11–qabbro-amfibolitlər, 12–mərmərlər, 13–kristallik şistlər, 14 – riolit damarları.
Beləliklə, müxtəlif tipli və miqyaslı aerokosmik şəkillərin kompleks
öyrənilməsi, bütün mümkün olan geoloji və geofiziki materialların təhlili,
topoqrafik materialların araşdırılması və müqayisəli planetoloji yanaşma yer
qabığında halqavarı strukturların
dəqiq aşkar edilməsini, məkana görə yayılma
167
qanunauyğunluqlarını, faydalı qazıntılarla əlaqəsini və onların geoloji inkişaf
xüsusiyyətlərinin aşkar edilməsini təmin edə bilər.
Meteoritlərin düşməsi nəticəsində əmələ gəlmiş impakt strukturların
öyrənilməsi xüsusi vərdiş tələb edir. Bəzi meteorit kraterləri astroblemlər
şəkillərdə halqavarı struktur kimi çox dəqiq görünür. Bəziləri isə ya zəif seçilir,
ya da heç görünmür. Təkcə kosmik planalma materiallarının deşifrəsi ilə zərbə
kraterlərini ayırmaq mümkün deyildir. Ona görə də ayrılmış strukturları yer
səthində yoxlamaq lazımdır. Astroblemlər dairəvi səd fraqmentlərin olması,
mərkəzində təpəcik, kraterin daxili və xaricindəki süxurların intensiv çatlılığı və
bəzən də dairəvi səddən kənarda radial şüavari süxur tullantılarının olması ilə
səciyyələnir.Bu əlamətlər astroblemlərin əksər hissəsinə məxsusdur, onların (bu
əlamətlərin) şəkillərdəki aşkar görünməsi onların hansı süxurlardan (effuziv və
ya çökmə) əmələ gəlməsindən, formalaşma zamanından və strukturu örtən
süxur kompleksinin quruluşundan asılıdır. Əsas elementlərdən
biri isə, kraterin
dibini təşkil edən süxurlarda animetamorfizmin izlərinin olmasıdır. Bu
strukturların saxlanılmasında zaman əsas rol oynayır. Struktur nə qədər qədim
olarsa,bir o qədər pozulmuş, dağılmış olur və bununla əlaqədar olaraq,kosmik
şəkillərdə bir o qədər pis deşifrə edilir. V.V.Fedınski belə strukturların aşkarı
üçün asılılıq tətbiq etmişdir: impakt kraterlərin aşkar edilməsi ehtimalı onların
sahəsi ilə düz, yaşı ilə tərs mütənasibdir. Böyük diametrli, yaşı 10 milyon il-dən
çox olan impakt strukturların əksəriyyəti tullantı qırıntı sədləri ilə əhatə
olunmuş dairəvi çökəkliklərın morfoloji formasını itirmişdir.
10.3. Halqavarı strukturların təsnifatı
Halqavarı strukturların təsnifatına dair məsələlərlə bir
çox keçmiş sovet
alimləri (V.V.Solovyev; V.A.Buş və b.) məşğul olmuşlar.
Halqavarı strukturların təsnifatılarının əsasını müxtəlif prinsiplər:
morfoloji xüsusiyyət, həcm, dərinlik, genetik əlamət, deşifrələnmə dərəcəsi,
relyefdə özünü büruzəvermə xarakteri və s. aiddir. Halqavarı strukturların
struktur genetik xüsusiyyətlərinə əsaslanan ən əhəmiyyətli təsnifat Moskva
Dövlət Universitetinin «Kosmik geologiya»laboratoriyasının bir qrup tədqi-
qatçıları ilə Xarici geologiya və Aerogeologiya ÜETİ (Ümumittifaq Elmi
Tədqiqat İnstitutu) əməkdaşları tərəfindən birlikdə işlənib hazlanmışdır. Sınaq-
dan çıxarılmış və ən təkmil bölgü kimi qəbul edilmiş bu təsnifatın əsas para-
metrləri halqavarı strukturların həcmi və onların genetik müxtəlifliyi: endogen,
kosmogen və ya ekzogen mənşəyini müəyyənləşdirən geoloji proseslər
seçilmişdir.
Halqavarı strukturlar nüvə və xarici sərhəddən təşkil olunmuşdur
(şəkil 74).