171
10.3.2.Metamorfogen halqavarı strukturlar
Metamorfogen halqavarı strukturlar dərinlikdə baş verən
intensiv
metamorfizm prosesi nəticəsində əmələ gəlir və makro və mikrostruktrlarla
təmsil olunur. Bu strukturlar Z.J.Salopom tərəfindən demək olar ki, qədim
qranit metamorfik qabıq daxilində yerləşmiş
qneysli qırışıqlıq ovalları və
qranit-qneysli günbəzlər kimi təsvir olunmuşdur. Onlar qədim platformaların
qalxanlarında kembriyəqədərki süxurların inkişaf sahələri üçün xarakterikdir.
Bəzən onlara orogen sahələrdə də rast gəlinir.
Qneysli qırışıqlıq ovallarının diametri 200-260 km-ə qədər olub (makro-
və mikro strukturlar), relyefdə qalxmalarla əks olunur. Onlardan bir çoxu
mürəkkəb blokvarı quruluşa malikdir. Strukturun
mərkəz hissəsi adətən arxey
və erkən proterozoy yaşlı metamorfik süxurlardan (qneyslər, qranulitlər, bəzən
isə yaşıl daşlaşmış süxurlar) təşkil olunmuşdur.
Qranit qneysli günbəzlərin diametri bir neçə km-dən 50 km-ə qədər,
bəzən isə 300-400 km-ə qədər olur (mikro və mezostrukturlar). Relyefdə və
kosmik şəkillərdə onların izometrik forması aydın müşahidə olunur. Bu
strukturlar qneyslər, qranit-qneyslər, qranit-dioritlər, qranitlər və miqmatitlər-
dən təşkil tapmışdır. Qranit-qneysli günbəz tip strukturlar bütün platformaların
qalxanlarında geniş yayılmışdır. Onlar qırışıqlıq ovallarının
həm daxilində, həm
də xaricində inkişaf tapmışdır. Ovallarla müqayisədə onlar daha cavan hesab
olunur və formalaşması dərinlik diaprizmilə
əlaqələndirilir. Daha iri strukturlara
müsbət və ya mənfi maqnit anomaliyalarının izometrik sərhədləri uyğun gəlir.
Qneys-qırışıqlıq ovalları, adətən fanerozoyaqədərki qranit-metamorfik
qabığın daxilində yerləşir. Onların mərkəz hissəsi çox zaman arxeyalt protero-
zoy qatları ilə mürəkkəbləşmişdir. Metamorfik
qatlar və çay şəbəkələrinin
rəsmləri konsentrik formalara malik olur. Çox zaman qneys-qırışıqlıq ovalları-
nın radioloji yaşının metamorfik qatın mərkəzindən kənarlarına doğru azalması
(cavanlaşması) nəzərə çarpır ki, bu da litosferdə turş qranit materialının qədim
akkumulyasiya mərkəzi olması fikrini irəli sürməyə imkan verir.
Qranit-qneys günbəzləri, adətən orta-üst proterozoy yaşlı olub, protome-
tamorfik qabığın daha qədim substratı üzərində yaranmış və kontinental qranit-
metamorfik layın təkmilləşməsinin maddi ifadəsi hesab olunan qranitləşmə və
maqmatik diapirizm prosesləri ilə bağlıdır. Qranit-qneys günbəzləri,
adətən
qneys qırışıqlıq ovalları və ya nuklearlar ətrafında satellit, nadir hallarda isə
xaotik qruplar şəklində yerləşir. Halqavarı strukturların quruluşu, onların sər-
hədləri daxilində həm polingen, həm də xüsusi maqmatik mənşəli qneys-qranit
və qranit, qranodiorit və miqmatitlərin üstünlüyü ilə səciyyələnir.
Həm qneys-qırışıq ovallarını, həm də qranit-qneys
günbəzlərini çox
zaman qədim platforma plitələrinin örtüyü altında aşkar etmək mümkün olur.
Halqavarı strukturlar distansion planalma materialları əsasında deşifrələnir və
aydın konsentrik plana malik qravitasiya və maqnit sahəsi ilə müşayiət olunur;
172
bu strukturlarla, adətən sərhədləri halqavarı strukturlarla konform olan
qravitasiya və maqnit anomaliyası sahələri əlaqədar olur.
Adətən belə strukturlar paleozoy və mezokaynozoy əmələgəlmələrinin
tektonik planına və strukturlarının səciyyəsinə kifayət dərəcədə təsir edir. Digər
hallarda metamorfogen halqavarı strukturlar ya tamamilə pozulur, ya da
onlardan yalnız cüzi seqmentar qalıqlar qalır.
10.3.3.Maqmatogen halqavarı strukturlar
Maqmatik mənşəli halqavarı strukturlar qabıqaltı (mantiya) və qabıq
maqmatizmi ilə əlaqədar ola bilər. Maqmatizmin təzahür formasına görə onlar
vulkanik (və ya vulkan -plutonik) və məxsusi plutonik tiplərə ayrılır.
Son illərdə aparılan tədqiqatlar göstərir ki, maqmatik halqavarı strukturlar
bütün ölçülərlə təmsil olunmuşdur: diametri 10 km-lərlə olan ministrukturdan
300-400 km olan makrostrukturlara qədər. Maqmatik mənşəli halqavarı
strukturlar arasında hələlik meqastrukturlar müəyyən edilməmişdir. Qabıqaltı
maqmatizmlə əlaqədar olan halqavarı strukturlar qədim platformalarda üstünlük
təşkil edir. Onlar, xüsusən Afrika, Ərəbistan kratonu sahəsində geniş inkişaf
tapmışdır. Qabıq maqmatizmlə əlaqədar olan strukturlar fanerozoy qırışıqlıq
zolağında daha çox müşahidə olunur və qırışıqlıq
sistemi boyunca uzanaraq
zəncirvarı formalar əmələ gətirirlər.
Vulkanik qabıqaltı halqavarı strukturlar xüsusən trappların inkişaf tapdığı
sahələrdə geniş yayılmışdır (Sibir, Hindistan), plutonogen strukturlar isə
qabbro-anortozit və qələvi-ultraəsasi maqmanın təzahürü ilə əlaqədardır və
Afrikada (Buşveld kompleksində), Baltik qalxanında (Xibin və Yovozersk
komplekslərində) müəyyən edilmişdir.
Qabıq maqmatizmi ilə əlaqədar olan vulkanik strukturlar uzun müddətli
vulkanik zolağın inkişaf tapdığı fanerozoy kontinental qabığda, həmçinin
müasir vulkanik adalar qövsündə geniş inkişaf tapmışdır. Onlar Paleotetsin
kənarlarında və Ural - Monqol qırışıqlıq zolağı boyunca
az sayda müşahidə
olunur.
Özlərində vulkan kalderalarını əks etdirən bu genetik tip halqavarı
strukturların ministrukturları yer səthində olduqca geniş yayılmışdır (Ararat,
Araqas, Avaçin, Etna və s.). Plutonik qabıq halqavarı strukturları qranit
maqmatizmi ilə əlaqədardır və müxtəlif formalı intruziv kütlələr əmələ gətirirlər
(batolitlər, fakolitlər, ştoklar və s.). Bu tip strukturlar da təbiətdə geniş yayıl-
mışdır. Onlar əsasən fanerozoy qırışıqlıq zolağı ərazisində (məsələn, Verxoyan-
Çukotka qırışıqlıq sahəsində, Tibetdə, Şimali Amerika Kordilyerində), həmçi-
nin qədim platformalarda (Ukrayna və Baltik qalxanlarında, Madaqasqarda və
s.) geniş təmsil olunmuşlar.