178
Qeyd etmək lazımdır ki, paleozoy və mezozoy qırışıqlıq
sistemində adalar
qövsü vulkan zolağında halqavarı strukturlar müşahidə olunmur. Bir sıra
tədqiqatlar, o cümlədən V.M.Bryuxana və V.A.Buş qeyd edirlər ki, bu regionun
halqavarı strukturları intensiv qırışıq əmələgəlmə prosesləri və yer qabığının
deformasiyası nəticəsində pozulur.
Vulkanik halqavarı strukturlar üçün aşağıdakı amillər səciyyəvidir:
1)zolaq şəklində təyin olunma; 2)qranit- metamorfik qatın yaşına və quruluşuna
görə fərqlənən, yer qabığının müxtəlif cinsli bloklarının tikiş qovşaqları hesab
olunan iri eninə dərinlik qırılma zonalarına dəqiq uyğunlaşması. Belə aydın
uyğunluq Oxot-Çukotka zolağında, Kamçatka yarımadasında müəyyən olun-
muşdur; 3)vulkanik zolağın uzanmasını kəsən qırılmaların
xüsusi rolu, eninə və
uzununa qırılmaların kəsişmə qovşaqları. Bu amillər mühüm vulkan qovşaq-
larının yerləşməsini təyin edir və xüsusən Oxot-Çukotka, Primorsk və Katasiya
zolağı üçün
xarakterikdir; 4)iri vulkan tektonik çökəkliklər boyunca yerləşmiş
kiçik halqavarı strukturlar satelitləri xatırladır.
10.3.3.2.Plutonik halqavarı strukturlar
Qabıqaltı maqmatizmlə əlaqədar olan plutonik halqavarı strukturlar
adətən Afrika-Ərəbistan kratonunda daha geniş yayılmışdır. Daha iriləri (200
km-ə qədər) mezo və ministrukturlar qabbro-anortozit və qələvi-ultraəsasi
maqmanın geniş yayılması ilə əlaqədardır. Məsələn, Buşveld kompleksi
(zəncirvarı düzülmüş üç halqavarı struktur), Madaqasqarda Manami massivi,
Baltik qalxanında Xibinsk və Lovozer plutonları əmələgəlmələrini
müşayiət
edir. Onların yaşı alt proterozoydan paleozoya qədər dəyişir.
Paleozoy, mezozoy və kaynozoy yaşlı qələvi qabıqaltı maqmanın, karbo-
natitlərin və kimberlitlərin geniş yayılması ilə mikrostrukturların əksəriyyəti
əlaqədardır. Belə halqavarı strukturları formalaşdıran intruziyaların arasında,
kiçik ştoklar və diatremlərdən başqa, Sudanda Salala, Britaniya adalarında Mul,
Sibirdə Kondyor və s. kimi məşhur dairəvi və konusvarı intruziyalar da vardır.
Qitələrdə qabıq qranitoid maqmatizmi çox geniş yayılmışdır və onlar
hazırda məlum olan halqavarı strukturların, demək olar ki, yarısının əmələ
gəlməsində iştirak edir. Bu maqmatizm həm qədim platformaların fanerozoya
qədərki kontinental qabığında, həm də fanerozoy yaşlı qırışıqlıq qurşaqlarında
inkişaf tampışdır.
Plutonik halqavarı strukturların yaranması həm yer səthinə yaxın,
həm də
litosferin səthə yaxın hissəsində gizlənmiş qabıq qranitoid plutonları ilə əlaqə-
dardır. Onlar plaqioqranit, qranodiorit və normal qranitlər vasitəsilə qabbro-
diorit və dioritlərdən alyaskit və qələvi-qranit tərkibli intruziyalara qədər qabıq
maqma intruziyalarının çox geniş spektrini müşayət edir. Plutonik halqavarı
strukturlarla əlaqədar olan intruziyaların formaları müxtəlifdir (məsələn, iri
179
batolitlər, qalın çat intruziyaları, iri izometrik ştoklar, dairəvi və konsentrik
intruziyalar).
Plutonların və halqavarı struktur sərhədlərinin qarşılıqlı əlaqəsinə görə,
onların erozion kəsilişlərində V.A.Buş üç müxtəlif qrup ayırır:
qranit plutonu-
nun erozion sərhədinin bütövlüklə daxilində yerləşən
endoplutonik strukturlar;
plutonun çıxış sərhədlərinə uyğun gələn
periplutonik halqavarı strukturlar;
mərkəzi hissədə qranitoidlərin çıxışı ilə uyğun gələn (və ya intruziya eroziya
ilə açılmamışdır, lakin onun mövcudluğu dolayı geoloji məlumatlar və ya
geofiziki zondlama ilə təyin edilir)
ekzoplutonik halqavarı strukturlar.
Plutonik halqavarı strukturlara qabıqaltı mənşəli ultraəsasi süxurlardan,
böyük ehtimalla, qabıq mənşəli turş və orta turş
süxurlara qədər müxtəlif
tərkibli intruziv massivlər aid edilir.
Bu tip halqavarı strukturlar qabıqaltı (mantiya) maqmatizmlə əlaqədar
olub, Afrika-Ərəbistan kratonunda və Şərqi Avropa platformasında ətraflı
öyrənilmişdir.
Bu regionun daha iri mezo və mini strukturları qabbro anortozit və qələvi
ultraəsasi
maqmanın təzahürü ilə əlaqədardır və Buşveld kompleksinin (zəncir-
varı yerləşmiş üç halqavarı struktur), Madaqaskar adasında Manama massivi-
nin, Baltik qalxanında Xibin plutonun əmələ gəlməsinə uyğunlaşmışdır. Bunla-
rın yaşı ilk proterozoydan paleozoya qədər hesab olunur.
Paleozoy, mezozoy və kaynazoy yaşlı qabıqaltı qələvi maqmanın, karbo-
natitlərin, həmçinin kimberlitlərin təzahür etməsilə diametrləri ilk km-lərdən
15-20 km-ə qədər olan mikrostrukturlar əlaqədardır. Bu strukturların formalaş-
masını şərtləndirən intruzivlər arasında böyük olmayan ştoklar və diametrlərlə
təmsil olunmuş halqavarı inruzivlər iştirak edir ( məsələn,
Sudanda Salame,
Sibirdə Konder kompleksləri və s.) (şəkil 76).
Afrika-Ərəbistan kratonunda halqavarı strukturların əhəmiyyətli miqdarı
qələvimafit ultramafit və mafit ultramafit tərkibli massivlərin təzahür etməsilə
əlaqədardır.
Məşhur erkən proterozoy yaşlı Buşveld massivi diametri 20 km-ə qədər
olan iri halqavarı strukturla bir sırada əmələ gəlmişdir. Onun halqavarı quruluşu
noritlərin, piroksenitlərin, harsburgitlərin, dunitləri diferensasiyaya uğramış
layların çıxışlarının, həmçinin ətraf çökmə və vulkanogen
komplekslərin
halqavarı yerləşməsilə xarakterizə olunur. Massivin strukturunda başlıca rolu
dioritlər və olivinli dioritlər oynayır.
Kompleksin mantiya mənşəli olması, həmçinin kütlənin qalxmasının beş
əsas kanal üzrə baş verməsi dəqiq müəyyən olunmuşdur. Bununla yanaşı,
mantiya ocağında nisbətən tədrici ərimə sial qabığın hissə-hissə əriməsinə və
gec qraniti verən ərintinin təzahür etməsinə səbəb olmuşdur. Maraqlıdır ki, bir
sıra tədqiqatçılar Buşveld kompleksinə yüksək sürətli təsir strukturu kimi
baxmışlar. Bu zaman massivin qabığını təşkil edən çökmə süxurların əriməsi