183
strukturun mərkəz hissəsini əhatə edir və ya intruziya eroziya
vasitəsilə
tamamilə açılmamışdır.
Plutonik halqavarı strukturların quruluşu üzrə dəqiq geoloji,geofiziki
məlumatların öyrənilməsi göstərir ki, onların xarici sərhədi daha çox ayrılma
çatlarının səpələnmə zonaları ilə şərtlənmişdir. Bu zaman strukturun daxili
hissəsi şaquli qabarmaya məruz qalır. Sonuncuya səbəb təmas süxurlar arasında
nisbətən yüngül qranit kütləsinin izostatik büruzə verməsi
ola bilər. Bu
təsəvvürün dolayısı təsdiqinə səbəb bir çox hallarda
qranit massivləri üçün
xarakterik olan sahə üzərində fəal neotektonik qalxmalar ola bilər. Bu hadisə
həmçinin paleozoy yaşlı massivlər üçün də qeyd olunur. Bir çox hallarda
geofiziki məlumatlar təsdiq edir ki, deşifrə olunan endoplutonik halqavarı
strukturların səthində intruziv süxurlar maksimum şaquli qalınlığa malikdir.
Plutonik strukturlar arasında mikro strukturların inkişaf etməməsi onların
formalaşmasının izostatistik mexanizminin mümkünlüyünün məhdud olması ilə
izah olunur.
Digər hallarda plutonik strukturların xarici halqavarı sərhədinin mənşəyi
aşınma və denudasiya proseslərilə müqayisədə endotəmas və ekzotəmas
süxurların mexaniki davamlılığının müxtəlifliyilə əlaqədardır. Relyefdə
intruziya ətrafında halqavarı val,
mərkəzində isə çökəkliklər formalaşır.
Bir sıra iri plutonik halqavarı strukturlar (məsələn, Zerendin)
bir qrup
qranit massivlərini əhatə edir. Belə strukturların mənşəyi hələlik mübahisəlidir.
Plutonik halqavarı strukturlar qədim platformalarda kifayət qədər geniş
inkişaf tapmışdır. Onlara səciyyəvi misallar olaraq, Ukrayna qalxanında orta
proterozoy yaşlı Korostensk plutonunu, Baltik qalxanında üst proterozoy qranit-
lərinə uyğunlaşmış strukturları, həmçinin Afrikada halqavarı qranit massivlərlə
əlaqədar olan strukturları göstərmək olar. Eyni zamanda kembriyəqədərki qitə
qabığında plutonik strukturların digər strukturlara nisbətən rolu azdır.
Ehtimal
ki, bu, qədim qalxanlarda plutonik strukturların sərhədlərini əhatə edən meta-
morfizm prosesilə əlaqədardır.
Fanerozoy qırışıqlıq qurşağı ərazisi üçün plutonik halqavarı strukturlar
daha xarakterikdir və onlar burada bütün halqavarı strukturların 1/3-ni təşkil
edir. Oxşar strukturların çox hissəsi Sibir platformasının cənub sərhədi boyunca
Yuxarı Çukotka qırışıqlıq sistemində yerləşmişdir.
Plutonik halqavarı strukturların öyrənilməsi çoxlu yeni geoloji məlumat-
ların alınmasına imkan verir. Geniş qranit sahəsi sərhədləri daxilində deşifrə
olunan endoplutonik halqavarı strukturlar bir çox maraqlı məlumatlar
verə bilər
(məsələn, Bureun massivi, Zabaykalye və Stanov silsiləsi batolitləri). Həmin
məlumatlar müəyyən dərəcədə belə massivlərin endotektonikasını açmağa
imkan verir. Ekzoplutonik strukturların izlənilməsi təcrübi əhəmiyyət kəsb edir.
Ekzoplutonik strukturlarla müasir errozion kəsimdə açılmamış qra-nitoid
massivləri və filiz yataqları əlaqədar ola bilər.
184
Indi isə plutonogen mənşəli qabıq halqavarı strukturlarının qısa səciy-
yəsinə baxaq.
Avroasiyada bu halqavarı strukturlar qranitoid plutonlarının müasir
eroziya ilə açılması ilə əlaqədardır və fanerozoy qırışıqlıq qurşağında olan
halqavarı strukturların yarısından çoxunu təşkil edərək, geniş yayılmışdır.
Proterozoy qitə qabığının inkişaf sahəsində belə strukturlar V.A.Buş,
V.N.Bryuxanov və b. məlumatlarına görə, sayca azlıq təşkil edir. Bu da qədim
qalxanlarda plutonik halqavarı strukturların elementlərinin "yuyulmasına"
səbəb olan metamorfizm prosesilə izah olunur. Maraqlıdır ki,
Ural qabbroid
massivi halqavarı strukturlarla ümumiyyətlə müşaiyət olunmur.
Qabıq plutonik halqavarı strukturların əksəriyyətinin diametri 50-100 km-
dən artıq olmur. Onlar V.N.Bryuxanov və V.A.Buşun qeyd etdiyii kimi, iri
ştokların kənarlarını və böyük olmayan qranitoid batolitlərini əhatə edən adi
submeridional zonalar üzrə əmələ gəlmişdir.
Səciyyəvidir ki, qabıq plutonik kütlələr üzrə əmələ gələn bir çox halqavarı
strukturlar kosmik şəkillərdə halqavarı strukturların xarici sərhədində forma-
laşan təmas metamorfizmləşmiş ətraf süxurların halqavarı areolları
hesabına
dəqiq deşifrə olunur. Bəzi hallarda isə halqavarı strukturların formalaşmasına
səbəb olan intruziv kütlələr eroziya vasitəsilə açılmamış olur. Bu zaman onların
mövcudluğu dolayı əlamətlər vasitəsilə müəyyən olunur. Məsələn, Balxaş gölü-
nün şərq sahilində Alkalin halqavarı strukturu qravitasiya və maqnit sahələrinin
səciyyəvi xüsusiyyətlərinə görə müəyyən edilmişdir.
Həmçinin diametri 200-300 km olan halqavarı strukturlar da məlumdur:
məsələn, Qazaxıstanda Zarandin halqavarı strukturu, Burenin massivinin,
Zabaykalyenin, Şimali Monqolustanın halqavarı strukturları.
Belə hallarda
qranitoid massivləri ümumi maqmatik mənbəyə malikdir və halqavarı struk-
turlar formasında təzahür edir. Qranitoidlərin geniş sahəsi daxilində bəzi hallar-
da bir sıra halqavarı strukturlar deşifrə olunur. Belə kiçik halqavarı strukturlar
ya geoloji xəritəalma ilə müəyyən olunmamış intruziyalarla, ya da intruzivləri
formalaşdıran ayrı-ayrı maqma çatdıran kanallarla əlaqədar ola bilər.
Qranitoid intruzivlərinin qabıq plutonik halqavarı strukturları Afrika və
Ərəbistanın bütün qalxanlarında geniş inkişaf tapmışdır.
Böyük olmayan (75-150 km-ə qədər) halqavarı strukturlar kembriyəqə-
dərki bünövrənin çıxışları üçün xarakterikdir (Reqibat, Ahaqqar, Tanzaniya
massivləri və s.). Belə halqavarı strukturlar bir
çox hallarda qranitoidlərin
halqavarı massivlərinə uyğun gəlir və bəzilərinin təbiəti müəyyən olunma-
mışdır. Madaqaskar adasında kembriyəqədərki kratonlaşma və mezozoy, kay-
nazoy fəallaşması ilə əlaqədar olan bir sıra qranit massivləri kosmik şəkillərdə
qırılmalarla və qeyri-müəyyən genezisli daha kiçik halqavarı strukturlarla
mürəkkəbləşmiş halqavarı strukturlar formasında əks olunmuşdur. Sonuncular
bir sıra hallarda daha gec günbəzvarı intruzivlər kimi interpretasiya olunurlar.
Bu halqavarı intruziyaların ölçüləri 5 km-dən 15 km-ə qədərdir. Arxeozoy