173
10.3.3.1.Vulkanik və vulkan-plutonik halqavarı strukturlar
Mantiya mənşəli halqavarı strukturlara qədim platformaların
trapp sahəsi
arasında daha tez-tez rast gəlinir (məsələn, Hindistan yarımadasında təbaşir
yaşlı Dekan trapp sahəsində və Sibir platformasında Tunqus trapp sahəsində).
Adətən 100-150 km diametrə malik olan bu tip strukturlar bəzən dərinlik
qırılma zonalarında yerləşir. Tunqus trapp sahəsi daxilində bu strukturlara
qədim qalxan vulkanları və püskürmə mərkəzləri, həmçinin iri trapp sillərin
köklü zonaları uyğunlaşmışdır.
Qabıqaltı maqmatizmlə əlaqədar olan bu strukturlar qədim platformaların
trapp sahələri üçün çox səciyyəvidir. Onlar əsasən Hindistandakı Dekan, Sibir
platformasındakı Tunqus trapp sahələrində daha çox inkişaf tapmışdır. Adətən
çox da böyük olmayan (100-150 km-ə qədər) bu strukturlar dərinlik qırılmaları
zonalarında yerləşir. Belə halqavarı strukturlara
qədim yuyulmuş qalxan vul-
kanları və püskürmə mərkəzləri, o cümlədən, iri trapp sillərinin özək (əsas)
zonaları ilə əlaqədar olur. Trapp formasiyalarının mürəkkəb polifasial tərkibli
olması xüsusi tədqiqatlar aparmadan, vulkanik və vulkan-plutonik halqavarı
strukturların differensiasiyasının (fərqləndirilməsinin) həyata keçirilməsini
qeyrimümkün edir.
Belə halqavarı strukturların ikinci qrupu kaynozoy yaşlı riftegenez
sahələrə daha çox meyl edir və Böyük Afrika rifti zonasında özünü daha yaxşı
büruzə verir.
Qabıq maqmatizmi ilə əlaqədar olan vulkanik halqavarı strukturlar
meqastrukturlardan əlavə, bütün struktur siniflərdə özünü göstərir. Onların
arasında meqastrukturlara çox nadir hallarda rast gəlinir,
mezo və ministruk-
turlar, o cümlədən mezozoy və kaynozoy yaşlı vulkanik qurşaqlardakı fanero-
zoy yaşlı kontinental qabıqla əlaqədar olan tipik mikrostrukturlar da üstünlük
təşkil edir. Məhz halqavarı strukturlar bu qurşaqların struktur planının əsas
cizgilərini formalaşdırır.
Analoji vulkanik halqavarı strukturların az hissəsi, Tetis okeanını və Ural-
Monqol qırışıqlıq qurşağının daha qədim okeanik strukturlarını haşiyələndirən
üst paleozoy və devon vulkanik qurşaqlarında qeydə alınmışdır. Ehtimal ki, bu,
belə halqavarı strukturların saxlanılma dərəcəsi ilə əlaqədardır. Bir çox vulka-
nik halqavarı strukturlar müasir vulkanik ada qövsü sahələrində yerləşir və
onların sıxlığı nisbətən azdır. Bu da həm müasir vulkanik
çöküntülərin örtücü
təsiri, həm də digər strukturtektonik şəraitlərlə əlaqədardır.
Qırışıqlıq qurşaqların vulkanik qatları, əsasən növbələşən (çox zaman
ritmik) lava və tuf, o cümlədən subvulkanik gövdələr, ekstruziv və intruziv
günbəzlər və qranitoidlərin komaqmatik vulkanik massivləri ilə yarılmış bazalt,
andezit, dasitriolit, subqələvi tərkibli vulkanik çökmə yığıntıların örtüklərindən
təşkil olunmuşdur. Vulkan strukturlarının xarici
konsentrləri adətən normal
çöküntülərin sirk şəkilli sistemləri ilə ona görə üst-üstə düşür ki, strukturun
174
daxili hissəsi maqmatik ocağın boşalması nəticəsində passiv çökməyə (düşmə-
yə) məruz qalır.
Qabıq maqmatizmilə əlaqədar olan vulkanik halqavarı strukturların
içərisində ən iriləri (150-200 km) adətən radial qırılma sistemilə müşayiət
olunan, çevrə və ya oval formalı geniş muldavarı çökmələr kimi özünü büruzə
verən vulkanik (bəzən vulkan-tektonik) depressiyalardır. Adətən belə çökmə-
lərin mərkəzində vulkanik qatların əmələ gəlməsinə imkan
yaradan stratovul-
kanlar və ya qalxan vulkanları qrupu yerləşir. Eroziyaya daha çox məruz qalan
vulkanik depressiyaların mərkəz hissələrində adətən effuziv layların tərkibilə
komaqmatik olan qranitoid plutonu qrupları yerləşir. Ehtimal ki, bu intruziyalar
maqmatik ocağın açılmış üst hissələridir. Beləliklə,
vulkanik mezastrukturlar
əksərən mənfi struktur formalara aid olan poligen (vulkanik, tektonik, plutonik)
əmələgəlmələrdir.
Müsbət vulkan-plutonik strukturlar hələ zəif öyrənilmişdir. Adətən onlar,
nisbətən kiçik qalınlığa malik, tufogen qatla örtülmüşdür və vulkanik qurşaq-
ların köklü yataqlarının geniş qalxımları kimi özünü büruzə verir, vulkanik
qatlarla komaqmatik olan kütləvi qranitoid intruziyaları ilə müşayiət olunur. Bu
tip strukturlar Qazaxstan və Monqolstanın devon və üst paleozoy qırışıqlıq
qurşaqlarında məlumdur. Onlar çox nadir hallarda halqavarı strukturlarla müşa-
yiət edilir və adətən plutonlarla əlaqədar olur.
Vulkanik ministrukturlar vulkanik qurşaqlarda çox geniş yayılmışdır.
Onlar vulkanik depressiyanın mərkəz hissələrində qruplaşır, yaxud onların
kənarları boyunca satellit strukturlar əmələ gətirir. Çox zaman belə halqavarı
strukturlar radial və ya kəsib keçən qırılmaların vulkanik mezastrukturlarının
xarici
çevrəsi ilə kəsişən hissələrində əmələ gəlir. Onlar adətən iri vulkanların
kalderasını təmsil edərək (Vezuvidə MontenSoms,
Ermənistanda Araqas,
Kamçatkada-Avaçinsk, Uzon və s. tipli) və yaxud ayrı-ayrı iri strativulkanlar
Etna (köndələn xətdə 80 km-dən çox), Ararat, Dəməvənd, Klyuçevskaya sopka
(sönmüş vulkan) kimi vulkanik aparatlarla əlaqədardır. Stratovulkanlardan ən
irilərinin ölçüsü mezastrukturun ölçülərinə yaxın olur. Ministrukturların çox
hissəsi monogen vulkanik aparatlarla əlaqədardır, konik və radial daykalar
sistemi ilə müşayiət olunur.
Qabıq vulkanik qurşaqlarda vulkanik mikrostrukturlar da çox geniş yayıl-
mışdır. Adətən onlar kiçik vulkanik strukturlarla (nekklər, monogen aparatları,
şlak konusları, kiçik qalxan vulkanları) və ya vulkan-plutonik əmələgəlmələrə
uyğun gəlir.
Tunqus sineklizinin halqavarı strukturları kəsişən və layvarı dolerit
intruzivlərinin, bəzi hallarda isə bazalt örtüklərinin uyğunlaşdığı qapalı və ya
oraqvarı əyri vallarla əks olunmuşdur. Bu regionda V.N.Bryuxanov və
V.A.Buşun
qeyd etdiyi kimi, tez-tez dəfələrlə birbirinin üzərinə qalanmış halqa
formaları müşahidə olunur. Bu zaman kiçik diametrli strukturlar böyük
diametrli strukturların üzərinə qalanmış olurlar. Müəyyən olunmuşdur ki,