168
Şəkil 74. Halqavarı strukturların quruluş sxemi:
A-konsentrik; B-əlaqəli; C-orbital; D-mürəkkəb.
Halqavarı strukturların sərhədləri nüvədən daha uzaqlaşmış konsentrik
elementlər və ya fotoanomaliyalarla hüdudlanmış xarici sərhədlər hesab olunur.
Bu strukturlar tez-tez qırılma sistemləri ilə mürəkkəbləşirlər: konsentrik,
kəsişən, seqmentvarı, radilal. Halqavarı strukturların kosmik şəkillərdə əks
olunması müxtəlifdir və bir sıra amillərdən asılıdır: ölçü, tektonik fəallıq,
saxlanılma dərəcəsi və s. Eyni zamanda kiçik diametrli halqavarı strukturların
böyük diametrli obyektlərlə müqayisədə daha dəqiq və etibarlı deşifrə olunması
əsas amil hesab olunur.
Halqavarı strukturların relyeflə müxtəlif münasibətləri müəyyən
edilmişdir, belə ki, onlar relyefin uyğun forması ilə əks olunduqda düzünə, əks
münasibətdə olduqda isə cevrilmiş hesab olunurlar. Təbiətdə halqavarı struktur-
lar tez-tez çökəkliklər qismində çıxış edirlər. Onlar yer səthində tək və ya qrup
halında yerləşirlər. Hələlik geoloji ədəbiyyatlarda halqavarı strukturların təyin
olunmasında vahid terminologiya yoxdur. Hazırda halqavarı strukturlarla yanaşı
Yer qabığında halqavarı obyektləri təyin etmək üçün ayrı-ayrı müəlliflər tərə-
findən aşağıdakı anlayışlar istifadə olunur: “halqavarı morfostrukturlar”, “mər-
kəzi tip morfosrukturlar” (V.V.Soloyev), “mərkəzi tip kosmogeoloji struktur-
lar” (Z.F.Volceqursk, V.Q.Pro-nin), “izometrik strukturlar” (D.M.Trofimov),
“mərkəzi kosmogeoloji obyektlər” (V.A.Fovarskaya) və s.
Geoloji ədəbiyyatlarda halqavarı strukturların genezisi uzun müddət müza-
kirə olunmuşdur. Bir sıra tədqiqatçılar (V.Z.Barsukov, İ.A.Necayeva, B.S.Zeylik,
A.Qudvin, F.Kinq və s.) halqavarı strukturlara meteoritlərin izləri kimi, digərləri
isə (S.S.Bıstrovskaya, V.Q.Mojayeva və s.) tektonik-maqmatik proseslərin nəticəsi
kimi baxırdılar. Tədricən kosmik şəkillər üzrə təcrübənin toplanması, onların
öyrənilməsinin geoloji analizi yer səthində halqavarı strukturların daha çox genetik
tiplərinin aşkar olunmasına imkan verdi. Halqavarı strukturların təsnifatı ilə bir sıra
169
alimlər, o cümlədən B.A.Buş, O.M.Barisova, A.K.Qluxa, Y.S.Kuteynikova,
S.İ.Strelnikova və s. tədqiqatçılar məşğul olmuşlar.
Halqavarı strukturlar bir çox əlamətlər üzrə təsnif olunurlar: ölçülərinə,
genezisinə, quruluşunun mürəkkəbliyinə, relyeflə əlaqəsinə, kosmofotoşəkil-
lərdə əks olunmalarına, həndəsi xüsusiyyətlərinə görə və s.
Bu strukturlar müxtəlif üsullarla aşkar olunurlar: geoloji (planalma),
geomrfoloji (relyefin quruluşunun təhlili) və geofiziki (maqnit və qravitasiya
anomaliyalarının təhlili). Lakin əsas üsul aerokosmik materialların deşifrələn-
məsi hesab olunur.
Kosmik şəkillərdə müxtəlif tip və miqyaslı halqavarı strukturlar ətraf
sahələr və ya şəkil təsvirlərilə müqayisədə müxtəlif, o cümlədən acıq və tünd
fotoanomaliyalarla ayrılır. Onlar sahəvi tam dairəvi və ya xətti və qövsvarı
konturlarla əks olunurlar. Fotoanomaliyalar struktur daxilində və xaricində
landşaft xüsusiyyətlərilə (bitki, torpaq, relyef), həmcinin süxurların litoloji
tərkibi, tektonik, hidrogeoloji şərait və s. əlaqədardır. Bu zaman halqavarı
strukturlar kosmik şəkillərdə aydın və qeyri aydın əks oluna bilərlər. Aşkar
olunmuş halqavarı anomaliyaların daha etibarlı təsdiq olunması ücün müxtəlif
mövsümlərdə və müxtəlif spektrlərdə cəkilmiş kosmik şəkillərə kompleks
baxmaq lazımdır. Kosmik şəkillər üzrə ayrılmış halqavarı strukturlar sonradan
geoloji olaraq interpretasiya olunmalı, geoloji, geofiziki və geomorfoloji
üsullarla onların mənşəyi, yaşı və s. parametrləri aydınlaşdırılmalıdır.
Halqavarı obyektlərin geoloji üsullarla interpretasiyası onların məlum
geoloji obyektlərlə (intruziyalarla, tektonik strukturlarla və s.) əlaqəsinin bərpa
olunmasına imkan verir. Bunun ücün halqavarı strukturların sərhədləri geoloji
əmələgəlmələrin həm səthdə, həm də dərinlikdə sərhədlərilə müqayisə olunur.
Bu zaman strukturların və geoloji obyektlərin konturları üst-üstə düşə bilər,
məsələn, intruziyalar və ya vulkanik formalar.
İri halqavarı strukturların sərhədlərinə müxtəlif geoloji proseslər (maq-
matik, metamorfik, tektonik) nəticəsində formalaşmış müxtəlif yaşlı və müxtəlif
cinsli geoloji əmələgəlmələr uyğun gəlir. Bu geoloji proseslər iri halqavarı
strukturlara nisbətən cavan hesab olunurlar. Buna görə də iri halqavarı struk-
turların genezisinin müəyyən olunması cətinlik törədir.
10.3.1.Halqavarı strukturların ölçüləri və genezisi
Halqavarı strukturların öyrənilməsi təcrübəsi göstərir ki, kifayət qədər
dəqiq və elmi əsaslandırılmış təsnifatın yaradılması üçün çoxsaylı əlamətlərdən
(ölcü, morfologiya, relyefdə əksolunma, genezis və yaş) ikisi əsas hesab olunur:
ölçü və genezisi. Halqavarı strukturların diametri geniş intervalda dəyişir və
ölçülərinə görə 4 sinfə ayrılır: 1) diametri bir neçə yüz və ilk min kilometrlərə
qədər olan meqastrukturlar; 2) diametri ilk yüz kilometrlərlə ölçülən makro-
170
strukturlar; 3) diametri 10-15 kilometrdən 150 kilometrə qədər olan mezost-
rukturlar; 4) diametri 10-15 kilometr olan mikrostrukturlar.
Məlum olduğu kimi, strukturların ölçüləri bir qayda olaraq, onların
dərinlik üzrə yatımı ilə əlaqədardır. Daha iri meqa və makrostrukturlar mantiya
yatımına malikdir, mezo və mikrostrukturlar isə qabıqla əlaqədardır. Geofiziki
sahələr üzrə təhlilə görə, strukturların dərin horizontlarla əlaqəsi daha dəqiq
müəyyən oluna bilər. Qabıq üçün bazalt, qranit və ya çökmə metamorfik qatla
əlaqədar olan strukturların ayrılması mümkündür.
Formasına görə halqavarı strukturlar sadə və mürəkkəb tiplərə ayrılır.
Sadə strukturlar halqa, oval və dairə formasında təzahür edir, mürəkkəb
strukturlar isə konsentirik quruluşa malikdir. Həm sadə, həm də mürəkkəb
strukturlar qapanmış, fraqmentar və yarımhalqavarı ola bilər.
Relyefdə əks olunmasına görə halqavarı strukturlar qalxmalarla əks
olunmuş müsbət və enmələrlə əks olunmuş mənfi tiplərə ayrılır. Bir sıra
halqavarı strukturlarda vallar və ya qalxma zonaları ayrılır. Bir sıra strukturlar
isə relyefdə mürəkkəb və ya denudasion proseslərin pozulması ilə əlaqədar
olaraq aydın olmayan formalara malik olur. Hazırda öyrənilən halqavarı
strukturlar arasında müxtəlif qitələrdə müsbət formalı strukturlar üstünlük təşkil
edir.
Halqavarı strukturların müxtəlif geoloji amillərlə (endogen, ekzogen,
kosmogen) sərtləşmiş genetik xüsusiyyətləri nisbətən az əhəmiyyət kəsb edir.
Bu zaman halqavarı strukturlar bəzən bir geoloji amillə təmsil oluna bilər və
onlar bu halda monogen hesab olunurlar. Əgər halqavarı strukturlar bir neçə
geoloji proseslərin qarşılıqlı fəaliyyəti nəticəsində təzahür edirsə, bu halda onlar
poligen hesab olunurlar. Halqavarı strukturların ölçüləri arasında, onların
quruluşunun mürəkkəbliyində və formalaşma müddətində dəqiq və birbaşa
asılılıq qeyd olunur. Məsələn, kiçik halqavarı strukturlar monogenezislidir və
nisbətən qısa müddətli geoloji proseslərin nəticəsidir. Diametri yüz km və daha
artıq olan halqavarı strukturlar isə bir neçə geoloji proseslərin (maqmatizm,
metamorfizm, tektonogez və s.) nəticəsində formalaşa bilər. Belə halqavarı
strukturlar uzun müddət bəzən bir neçə mln il ərzində formalaşır.
Monogen halqavarı strukturlar daha iri poligen strukturları mürəkkəbləş-
dirir. Halqavarı strukturların bütün bu kimi quruluş xüsusiyyətlərini və forma-
laşma mexanizmini nəzərə alaraq, onların təsnifatı işlənilmişdir. Təsnifatın
əsasını iki əsas əlamət təşkil edir: ölçü və struktur genetik müxtəliflik. Ölçü-
lərinə görə beş əsas struktur sinif ayrılmışdır: meqa, makro, mezo, mini və
mikro. Qeyd etmək lazımdır ki, adətən halqavarı strukturların 10-20%-nin
genetik xüsusiyyətlərini müəyyən etmək mümkün olmur. Bu halda onları
genezisi aydınlaşdırılmamış xüsusi tip strukturlara aid etmək olar.
Hazırda mövcud olan müxtəlif tip halqavarı strukturları aşağıdakı genetik
qruplarda birlşəşdirmək olar: 1) metamorfogen; 2) maqmatogen; 3) tektonogen;
4) mürəkkəb genezisli nuklearlar və impaktlar; 5) ekzogen strukturlar.
Dostları ilə paylaş: |