67
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm
və romantizm dövrü
•
S.Rüstəmə və b. ünvanlanmış mənzum məktub və ithaflarda da əksini tapmış-
dır. Şimal ədəbiyyatındakı Cənub həsrətini Şəhriyarın yaradıcılığındakı o tay
harayı, Bakı soraqlı mövzular əvəz etmişdir. Şairin “El bülbülü”, “Döyünmə –
söyünmə”, “Qaçaq Nəbi”, “Qafqazlı qardaşlarla görüş”, “Gözüm aydın” şeirləri,
ayrı-ayrı sənətkarlara yazdığı mənzum məktublar uzun illər Güney Azərbay-
canda Şimali Azərbaycanla əlaqə və ünsiyyətin etibarlı bələdçisi olmaq vəzifə-
sini yerinə yetirmişdir. Şairin yaradıcılığında sənətkarların birliyi milli-mənəvi
birlik ideyasının timsalı kimi mənalandırılmışdır:
Bülbül kimi qondu o qızıl
güllərə könlüm,
Vahidlərə, Qabillərə, Bülbüllərə könlüm.
Şair olalı borcludu Sabirlərə ruhum,
Vurğundu Süleyman kimi Sahirlərə ruhum.
Rahimli, Süleymanlı görüm Bəxtiyar olsun,
Gülgün bacım – Azər qadını bərqərar olsun...
Ümumiyyətlə, Şəhriyar lirikasında ictimai-siyasi məzmunlu şeirlər mühüm
yer tutur. Mövcud ictimai quruluşdakı nöqsanları, “pisin yaxşıya qarışdığı”,
“şeytanın artıb min olduğu” cəmiyyətdə gördüyü eyibləri vətəndaş-şair möv-
qeyindən ardıcıl tənqid edən sənətkar həyata “qəmdən bir eynək taxaraq” bax-
maq məcburiyyətində qaldığını dönə-dönə vurğulayır. Şahlıq rejimi dövründə
ölkənin başqa dövlətlərdən asılı vəziyyətə düşməsi ilə barışmayan şair etiraz
səsini ucaldır, kəskin tənqidi fikirlər söyləməkdən çəkinmir:
Satar İranı xainlər, xiridar əcnəbilərdir,
Neçin əqli-vətən tutmaz vətən dəllalına divan?
“Şatır oğlan”, “Sənəti məmləkət”, “Hara qaçsın insan?”, “İman ilə getdi”,
“Zaman səsi” və s. şeirlərində o, həyatda müşahidə etdiyi haqsızlığı, ədalətsiz-
liyi, yoxsulluğu yanıqlı, təsirli bir dillə əks etdirir. Şair “Varlıq”
dərgisinin ta-
rixi, mədəni və siyasi əhəmiyyətini “Azadlıq quşu – “Varlıq” adlı şeirində böyük
ustalıqla ümumiləşdirir:
Dil açmada karlıq da gedər, korluğumuz da,
Çünki lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə,
təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.
Ustad Şəhriyarın yaradıcılığında
poema janrının da xüsusi yeri vardır. Müx-
təlif mövzularda olan poemaların bir qismi fars dilində yazılmışdır. “Nişapurda
günəş batarkən”, “Qardaşım oğlu Huşəngə”, “Gecənin əfsanəsi” tərcümeyi-hal
səciyyəli əsərlərdir. Onlarda şairin Xorasan vilayətindəki sürgün illərindən, ailə
ənənələrindən, uşaqlıq xatirələrindən danışılmışdır. II Dünya müharibəsi ilə bağlı
hadisələr (“Stalinqrad qəhrəmanları”), insanları qardaşlığa, xeyirxah əməllərə
çağırış (“Şeir və hikmət”), Vətən haqqında səmimi hislərin (“Heydərbabaya
salam”) ifadəsi və s. onun poemalarının bir qismində aparıcı yer tutmuşdur.
Dillər əzbəri olan “Heydərbabaya salam” poeması Azərbaycan ədəbiyyatının
şah əsərlərindən biri olmaqla bərabər, həm də dünya poeziyasının nadir incilə-
rindəndir.
Şairin yaradıcılığına harada yaşamasının da müəyyən təsiri olmuşdur. 1952-ci
ildə Tehranda vəfat edən anasını Qum şəhərində dəfn edən
sənətkar paytaxtda ona
bəslənən biganə münasibətə etiraz olaraq 1953-cü ildə Təbrizə qayıtmışdır. Ata
yurdu Xoşginaba səfəri “Heydərbabaya salam” poemasının yazılmasında mühüm
rol oynamışdır.
•
Cənubi Azərbaycan ədəbiyyatı
•
LAYİHƏ
68
1973-cü ilə qədər Təbrizdə yaşayıb-yaradan Şəhriyar hörmətli şəxs olan
Cavad Heyətin təkidi ilə Tehrana köçmüşdür. Bir il sonra arvadı Əzizə xanımın
vəfat etməsi onu sarsıtmış və şair birdəfəlik olaraq Təbrizə dönmüş, ömrünün
sonunadək orada yaşamışdır. Onun evi şeirsevərlərin
sənət məbədinə çevrilmiş,
şairlər ustadın ətrafında birləşmiş və beləliklə, Təbrizdə Azərbaycan şeirinin
Şəhriyar məktəbi yaranmışdır.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etmə-
yə çalışın:
a)
Şimalda yaşayan şair və ziyalılara mənzum məktublarında Şəhriyar
daha çox hansı məsələlərə diqqət yetirmişdir?
b)
Şair Azərbaycan türkcəsində yazdığı şeirlərdə hansı ictimai məsələlərə
önəm vermişdir?
№
Ana
dilindəki şeirlərə aid
nümunələr
Onlarda ifadə edilən ictimai
məsələlər
3.
Yazılı qeydlər əsasında təqdimata hazırlaşın.
4. Mövzulardan birini seçib məruzəyə hazırlaşın:
a) M.Şəhriyarın həyatında sürgünlük dövrü;
b) Şairin yaradıcılığında vətən mövzusu.
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
2. M. Şəhriyar. Seçilmiş əsərləri. “Avrasiya-press”. Bakı, 2005, səh.4-6, 7-9.
TÜRKÜN DİLİ
(ixtisarla)
•
MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualın üzərində düşünün, cavabını cədvəldə qeyd etdikdən sonra fikir
mübadiləsi və müzakirə aparın.
– Ana dilinə həsr edilmiş şeir hansı milli-mənəvi dəyərlər barədə danışmağa
imkan verər?
Ana dilinə həsr edilmiş şeirdə hansı milli-mənəvi dəyərlər ifadə oluna bilər?
Aşağıdakı qaydalara əməl etməklə şeirin məzmunu üzərində işləyin.
a) Əsəri fərdi olaraq səssiz oxuyun.
b) Oxu zamanı məzmunla bağlı fikrinizdə yaranan, cavabını müəyyən-
ləşdirməyə çalışdığınız sualları dəftərinizdə və ya iş vərəqində yazın.
Məni düşündürən suallar
Onların cavabı
c) Kiçik qruplarda birləşərək sualları cavablandırmağa çalışın.
Məni düşündürən suallar
Onların cavabı
d) Hazırladığınız sualların cavablarını digər qruplardan da soruşun.
e) Dinlədiyiniz cavablarla bağlı fikir mübadiləsi və müzakirə aparın.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
• I dərs
I
LAYİHƏ