Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə28/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

 
 
67 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

S.Rüstəmə və b. ünvanlanmış mənzum məktub və ithaflarda da əksini tapmış-
dır.  Şimal  ədəbiyyatındakı  Cənub həsrətini  Şəhriyarın yaradıcılığındakı o tay 
harayı, Bakı soraqlı mövzular əvəz etmişdir. Şairin “El bülbülü”, “Döyünmə – 
söyünmə”, “Qaçaq Nəbi”, “Qafqazlı qardaşlarla görüş”, “Gözüm aydın” şeirləri, 
ayrı-ayrı  sənətkarlara yazdığı  mənzum məktublar uzun illər Güney Azərbay-
canda Şimali Azərbaycanla əlaqə və ünsiyyətin etibarlı bələdçisi olmaq vəzifə-
sini yerinə yetirmişdir. Şairin yaradıcılığında sənətkarların birliyi milli-mənəvi 
birlik ideyasının timsalı kimi mənalandırılmışdır:  
Bülbül kimi qondu o qızıl güllərə könlüm
Vahidlərə, Qabillərə, Bülbüllərə könlüm. 
Şair olalı borcludu Sabirlərə ruhum, 
Vurğundu Süleyman kimi Sahirlərə ruhum. 
Rahimli, Süleymanlı görüm Bəxtiyar olsun, 
Gülgün bacım – Azər qadını bərqərar olsun... 
Ümumiyyətlə, Şəhriyar lirikasında ictimai-siyasi məzmunlu şeirlər mühüm 
yer tutur. Mövcud ictimai quruluşdakı nöqsanları, “pisin yaxşıya qarışdığı”, 
“şeytanın artıb min olduğu” cəmiyyətdə gördüyü eyibləri vətəndaş-şair möv-
qeyindən ardıcıl tənqid edən sənətkar həyata “qəmdən bir eynək taxaraq” bax-
maq məcburiyyətində qaldığını dönə-dönə vurğulayır.  Şahlıq rejimi dövründə 
ölkənin başqa dövlətlərdən asılı  vəziyyətə düşməsi ilə barışmayan  şair etiraz 
səsini ucaldır, kəskin tənqidi fikirlər söyləməkdən çəkinmir: 
Satar İranı xainlər, xiridar əcnəbilərdir, 
Neçin əqli-vətən tutmaz vətən dəllalına divan? 
“Şatır oğlan”, “Sənəti məmləkət”, “Hara qaçsın insan?”, “İman ilə getdi”, 
“Zaman səsi” və s. şeirlərində o, həyatda müşahidə etdiyi haqsızlığı, ədalətsiz-
liyi, yoxsulluğu yanıqlı, təsirli bir dillə əks etdirir. Şair “Varlıq” dərgisinin ta-
rixi, mədəni və siyasi əhəmiyyətini “Azadlıq quşu – “Varlıq” adlı şeirində böyük 
ustalıqla ümumiləşdirir: 
Dil açmada karlıq da gedər, korluğumuz da, 
Çünki lallığımız doğmuş idi karlığımızdan. 
Düşmən bizi əlbir görə, təslim olu naçar
Təslim oluruq düşmənə naçarlığımızdan.  
Ustad Şəhriyarın yaradıcılığında poema janrının da xüsusi yeri vardır. Müx-
təlif mövzularda olan poemaların bir qismi fars dilində yazılmışdır. “Nişapurda 
günəş batarkən”, “Qardaşım oğlu Huşəngə”, “Gecənin  əfsanəsi” tərcümeyi-hal 
səciyyəli əsərlərdir. Onlarda şairin Xorasan vilayətindəki sürgün illərindən, ailə 
ənənələrindən, uşaqlıq xatirələrindən danışılmışdır. II Dünya müharibəsi ilə bağlı 
hadisələr (“Stalinqrad qəhrəmanları”), insanları qardaşlığa, xeyirxah əməllərə 
çağırış (“Şeir və hikmət”), Vətən haqqında səmimi hislərin (“Heydərbabaya 
salam”) ifadəsi  və s. onun poemalarının bir qismində aparıcı yer tutmuşdur.  
Dillər əzbəri olan “Heydərbabaya salam” poeması Azərbaycan ədəbiyyatının 
şah əsərlərindən biri olmaqla bərabər, həm də dünya poeziyasının nadir  incilə-
rindəndir. 
 
Şairin yaradıcılığına harada yaşamasının da müəyyən təsiri olmuşdur. 1952-ci 
ildə Tehranda vəfat edən anasını Qum şəhərində dəfn edən sənətkar paytaxtda ona 
bəslənən biganə münasibətə etiraz olaraq 1953-cü ildə  Təbrizə qayıtmışdır. Ata 
yurdu Xoşginaba səfəri “Heydərbabaya salam” poemasının yazılmasında mühüm 
rol oynamışdır. 

Cənubi Azərbaycan ədəbiyyatı 

 
  LAYİHƏ


 
68 
 
1973-cü ilə  qədər Təbrizdə yaşayıb-yaradan  Şəhriyar hörmətli  şəxs olan 
Cavad Heyətin təkidi ilə Tehrana köçmüşdür. Bir il sonra arvadı Əzizə xanımın 
vəfat etməsi onu sarsıtmış və şair birdəfəlik olaraq Təbrizə dönmüş, ömrünün 
sonunadək orada yaşamışdır. Onun evi şeirsevərlərin sənət məbədinə çevrilmiş
şairlər ustadın  ətrafında birləşmiş  və beləliklə, Təbrizdə Azərbaycan  şeirinin 
Şəhriyar məktəbi yaranmışdır.  
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2.
 Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etmə-
yə çalışın: 
a)
 Şimalda yaşayan  şair və ziyalılara mənzum məktublarında  Şəhriyar 
daha çox hansı məsələlərə diqqət yetirmişdir? 
b)
 Şair Azərbaycan türkcəsində yazdığı şeirlərdə hansı ictimai məsələlərə 
önəm vermişdir?                       

Ana dilindəki şeirlərə aid 
nümunələr 
Onlarda ifadə edilən ictimai 
məsələlər 
 
3.
 Yazılı qeydlər əsasında təqdimata hazırlaşın. 
4. Mövzulardan birini seçib məruzəyə hazırlaşın:  
a) M.Şəhriyarın həyatında sürgünlük dövrü; 
b) Şairin yaradıcılığında vətən mövzusu.
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. M. Şəhriyar. Seçilmiş əsərləri. “Avrasiya-press”. Bakı, 2005, səh.4-6, 7-9.
 
 
 
 
TÜRKÜN DİLİ 
 (ixtisarla) 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualın üzərində düşünün, cavabını cədvəldə qeyd etdikdən sonra fikir 
mübadiləsi və müzakirə aparın. 
– Ana dilinə həsr edilmiş şeir hansı milli-mənəvi dəyərlər barədə danışmağa 
imkan verər?  
Ana dilinə həsr edilmiş şeirdə hansı milli-mənəvi dəyərlər ifadə oluna bilər? 
 
Aşağıdakı qaydalara əməl etməklə şeirin məzmunu üzərində işləyin. 
 
a) Əsəri fərdi olaraq səssiz oxuyun.  
b) Oxu zamanı məzmunla bağlı fikrinizdə yaranan, cavabını müəyyən-
ləşdirməyə çalışdığınız sualları dəftərinizdə və ya iş vərəqində yazın.  
Məni düşündürən suallar
Onların cavabı 
c) Kiçik qruplarda birləşərək sualları cavablandırmağa çalışın. 
Məni düşündürən suallar
Onların cavabı 
d) Hazırladığınız sualların cavablarını digər qruplardan da soruşun. 
e) Dinlədiyiniz cavablarla bağlı fikir mübadiləsi və müzakirə aparın. 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• I dərs 
I
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə