Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə26/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   83

 
 
63 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

Əsərin sonrakı səhifələrindən məlum olur ki, bu səsin sahibi Sara həm də və-
tənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban ver-
məyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu 
kef məclisinə gətirir və qalib hökmdara “ölkəmizin ulduzu” adı ilə təqdim edir-
lər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıtmışdır. 
Dodaqlarının qanı qaçan, solğunbənizli Sara yas içindədir. Rəqs etməyə məcbur 
edilən Saraya həm də mahnı oxumaq əmri verilir. Sara oxuyur, onun səsində 
“ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət 
əksini tapır. 
Saranın qaniçən hökmdarı  zəhərləyərək öldürməsi ümumxalq üsyanının 
başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. 
Qalib  hökmdar  obrazı poemada az görünsə  də, oxucu onu qədərincə tanıya 
bilir. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. İşğal etdiyi ölkənin 
əhalisini qılıncdan keçirən xaqan yas içində olan yerli adamları ertəsi gün 
bayram keçirməyə məcbur edir. Poemadakı təsvir və işarələr bu obrazı əhatəli 
təhlil etməyə, müəllifin ona münasibətini aydınlaşdırmağa imkan verir. 
Məğlub ölkənin hökmdarı, varlı adamları, din xadimləri barədə poemada de-
yilənlər onların xarakteri, əməlləri üçün səciyyəvi olanları müəyyənləşdirməyə 
və qiymətləndirməyə imkan yaradır. 
Bitkin kompozisiyası, maraqlı süjet xətti olan poema oriji-
nal məcazları, dilinin aydınlığı ilə diqqəti cəlb edir. Səsli qıza 
– Saraya müraciətlə deyilənlərin  əks olunduğu ilk səhifələri 
poemanın proloqu saymaq olar. Bunun ardınca əsas hadisənin 
təsviri başlanır. Bir-biri ilə bağlı olan təsvirlər oxucunu sonadək gərgin 
vəziyyətdə, intizarda  saxlayır. 
Əsərdə obrazlılığın təmin edilməsində  məcazların xüsusi rolu vardır. Saranın 
qeyri-adi səsini “büllur kimi səs”, ölkənin ağır vəziyyətini “qanlı mühasirə”, 
“hıçqırıqlı diyar” şəklində ifadə edən şair məcazlardan ardıcıl istifadə etməklə əsə-
rin bədiiliyinin birə-beş artmasına nail olmuşdur. 
Poemada bədiiliyin, obrazlılığın
 
qüvvətlənməsinə əhəmiyyətli təsir edən va-
sitələrdən biri də sözdən məharətlə istifadə edilməsi, yığcam ifadələr işlətməklə 
təsvir obyekti barədə zəngin təsəvvürün yaradılmasıdır. 
Əsəri bir daha nəzərdən keçirməklə, mənbələri araşdırmaqla bütün bu 
deyilənləri nümunələr əsasında geniş şərh etmək mümkündür. 
Poema ideya-məzmununa görə zəngindir: vətənin düşmən 
hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; 
ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etmə-
yin mümkün olmaması; “insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edil-
məsinin yolverilməz olması və s.   
Bu deyilənləri diqqət mərkəzində saxlamaqla mənbələrin araşdırılması, 
poemanın bir daha nəzərdən keçirilməsi əsərin ideyasının əhatəli şərh edilməsinə 
imkan verir. 
 
Əsərin ideyası 
nədir?  
Əsər hansı bədii 
xüsusiyyətləri ilə 
diqqəti cəlb edir? 
  LAYİHƏ


 
64 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.                 
Məlumatın əldə edildiyi 
mənbə 
Məlumatın məzmunu və aid olduğu 
mətnkənarı sual 
2.
 Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını  
geniş  əhatə etməyə çalışın:  
a) Döyüşün getdiyi ərazini, məğlub olmuş şəhərin və əhalinin vəziy-
yətini ətraflı şərh etməkdə şairin məqsədi nədir? Fikrinizi təsdiq 
edən nümunələr göstərin.  
b) Saranın cəsarətli addım atmasının əsl səbəbi, sizcə, nədir?  
c)  Əsərdəki hökmdar obrazlarının oxşar və  fərqli cəhətlərini müəy-
yənləşdirin. Poemadan nümunələr göstərin.  
Müqayisə olunanlar
Müqayisə üçün əsaslar 
 
 
d) Müəllifin güc və qəddarlığın qarşısında aciz qalmış insanın dav-
ranışı barədəki fikrini necə dəyərləndirirsiniz? 
Müəllifin mövqeyi
Müəllifin mövqeyi barədə fikrim 
e) Əsərdəki bədiiliyin, obrazlılığın artmasında məcazların rolu nədən 
ibarətdir? Fikrinizi nümunələrlə əsaslandırın.              
Əsərdə işlənmiş 
məcazlar 
Obrazlılığın, bədiiliyin artmasında 
onların rolunu təsdiq edən nümunələr 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
1. B.Nəbiyev. Əhməd Cavad. Bakı: Proqres, 2012, səh. 87-92. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
• 
TƏTBİQ 
• 
MÜZAKİRƏ 
• 
YARADICI İŞ
 
1. Mövzulardan birini seçib işləyin:
a) “Ə.Cavadın yaradıcılığında milli azadlıq və müstəqillik ideyaları-
nın tərənnümü” mövzusunda inşa. 
b) “Poemada təsvir olunanlara və obrazlara müəllifin münasibəti” 
mövzusunda esse. 
2. İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınızla 
yazılarınızı  dəyişib oxuyun. Uğurlu saydıqlarınızı  və arzunuzu – 
nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin. 
3. Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
 
 
Yığcam məruzə yazın: Ə.Cavadın yaradıcılığında vətən mövzusu.
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• IV dərs 
• EVDƏ İŞ 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə