Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə34/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   83

 
80 
 
OQTAY ELOĞLU 
(ixtisarla) 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavablarınızı  cədvəldə qeyd etdikdən 
sonra fikir mübadiləsi və müzakirə aparın. 
– Özünün və ailəsinin rahatlığını, səadətini xalqının mənafeyinə qurban 
verən insanlar haqqında eşitmisinizmi? 
Bu insanları şəxsən tanıyır-
sınızmı? 
Belə insanlar barədə nə 
düşünürsünüz? 
– Bu əqidədə olan hansı ədəbi qəhrəmanları tanıyırsınız? 
Tanıdığım ədəbi qəhrəmanlar
Onlarda dəyərləndirdiyim cəhətlər 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun. 
1. Əsərdən bir səhifə həcmində mətn rollar üzrə oxunur. 
2. Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara suallar verir. Cavablar 
cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir, bu, ortaq 
məxrəcə gəlincəyə qədər davam edir. 
3. Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da bu 
qayda ilə davam etdirilir. 
4. Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş 
hissələrin məzmununu bir neçə şagird iki formada – yığcam və geniş 
nağıl edir. 
Unutmayın: 
Suallar əsərdəki əsas fikirlərin aydınlaşdırılmasına, faktla-
rın dəqiqləşdirilməsinə, nəticələrin çıxarılmasına imkan 
yaratmalıdır.
 
 
İ ş t i r ak  e d ə n lə r: 
Oqtay Eloğlu   
Firəngiz           
 
Sevər                 
 
Səməd bəy        
 
Gülgəz              
 
Hacı Zaman     
 
Aslan bəy         
 
Nadya                
Nərgiz                    
Tamara                
Xaspolat
 
Mazandaranski   
Şaqqulu               
Şəkinski              
Dursun                
Muxan
Elxanlı
 
Rüstəm
 
Özdəmir
 
Şvarts     
 
Qaçaq      
 
Moor        
 
 
BİRİNCİ PƏRDƏ 
Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi... Aktyorlar “Gavə” qiyafə-
lərində oraya-buraya gedirlər. 
 
N a d y a. Firəngiz, qoy pərdə qalxsın, Aslan bəy lojada otursun. Sonra 
gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar. 
F i r ə n g i z. Yaxşı, Nadya, bu gün daha utanmayacağam, gələcəyəm. 
N a d y a. Mən səni gətirərəm. Hələ gəl. (Gedirlər.) 
 
• I dərs 
  LAYİHƏ


 
 
81 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
Oqtay və Tamara girir. 
O q t a y. O tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşı-
sındasınız, əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə (göstərir). De-
yirsiniz. Söyləyin. 
T a m a r a. Onun xabarı bala yoxdur. 
O q t a y. Yenə bala. Belə ey, belə! 
T a m a r a. Nu, bala je deyirəm. Bala, bala! 
O q t a y. “Bala” eto rebyonok, “bəla” eto nesçastye, a “belə”, eto znaçit tak. 
D u r s u n. Oqtay, salonu dağıtdılar, saat ondan işləyir. 
O q t a y (Dursuna.) Bu saat. (Tamaraya.) Siz öyrənin, mən bu saat. 
D u r s u n. Bəs biz nə sayaq eləyək, gecə keçdi, heç bir şey hazır deyildir. 
O q t a y. Xaspolat gəldimi? 
D u r s u n. Yox! 
O q t a y. Şəkinski? 
D u r s u n. Heç birisi. 
O q t a y. Dedim ki, evlərinə adam göndərin. 
D u r s u n. Üç yol göndərmişəm, evdə yoxdur. 
O q t a y. Axı indi mən başıma nə daş salım! Bu da insanlıqdır ki, caamatı dörd 
divar arasına doldur da, özün baş götür çıx get! Axı bir anlamalıdır ki, onsuz da 
teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da 
qaçırırsınız. 
M a z a n d a r a n s k i. Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir 
pərdədən əvvəl mənim pullarım verilməlidir. 
D u r s u n. İndi nə etməli? 
O q t a y. Bəs Tabasaranski haradadır? Get söylə, adamlar gəlməmiş adam 
tapsın. 
M a z a n d a r a n s k i. Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər. 
D u r s u n. Oqtay! Bu gecə heç bir şey çıxmayacaqdır. Camaat da azdır. Çarəsi 
yox, oyunu saxlamalıyıq. 
O q t a y. Olmaz! Sən də get söylə adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə 
oynada bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də 
olsa oyun getməlidir. İvanovski haradadır? (Getmək istərkən.) 
Ş a q q u l u. Oqtay, İvanovski Gavədən əvvəl Zöhhakın taxt-tacını sərnigun 
elətdirdi. Deməli, oyun qurtardı. 
O q t a y.  Əsəd bəy onu görmədimi? 
Ş a q q u l u. Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti-xeyriyyə üçün oynanır. 
Sabah cəmiyyətin pulundan da olsa mənzil kirayəsini verərəm. Qulaq asmadı. O 
da dedi oynanmasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara 
söykədilər. Özləri də getdilər. 
O q t a y.  Yəni kassada heç pul yoxdur? Heç olmasa... 
Ş a q q u l u. Baxdılar, vur-tut səkkiz manat pul var idi. Onu da paltar üçün 
vermişlər. 
O q t a y.  Allah əkbər! 
Ş a q q u l u. Oqtay, indi ki Əsəd bəyə demişsən, gəlin oyunu saxlayaq, başqa 
çarəsi yox... 
O q t a y.  Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz, anladınızmı? Şaq-
qulu, al bu üzüyümü, apar ver, söylə sabah parasını düzəldib verərik. (Şaqqulu 
gedir.) Tabasaranski nə oldu? Dursun! (Çağırır.) 
D u r s u n. Tabasaranski keflənmiş, yatmışdır. Dedim, dedi cəhənnəmə olsun 
hamısı, oynamasın. Deyir mən rejissoram, belə deyirəm. 
  LAYİHƏ


 
82 
 
O q t a y.  Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, 
səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə  Həsən Xaspoladın 
rolunu oynasın. 
M a z a n d a r a n s k i. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki... 
R ü s t ə m. Oqtay, qılıncım yoxdur ha. 
D u r s u n. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də 
qumar oynayır. Qulaq asmadılar. (Dursun gedir.) 
T a m a r a. Oqtay, daha mən gedib soyunum da. 
O q t a y.  İlyas! (Getmək istərkən.) Bir dəqiqə durun. 
Ş ə k i n s k i. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. (Bağıraraq çıxır)
O q t a y. Zəhrimar “Leyli adlı bir gözələ”. Səkkiz saatdır camaat gözləyir, 
saat on birdə durub gəlmiş ki, “Leyli adlı bir gözələ”. 
Ş ə k i n s k i. Saat on bir haradan oldu? Nə eləyim, acından ölməyəcəyəm ki, 
işimi bitirməmiş durdum gəldim, deyəsən, saman yeyəcəm. Top kimi patlayır, 
sanki əlimə imperial-filan sayacaqdır. 
O q t a y. Əzizim, quzum, gözüm, mən pul alıram, sən yox? Boynuna götür-
müşsən, cəmiyyətdən utanmırsan, barı camaatdan, səhnədən utan! 
X a s p o l a t. Oqtay, mən hansı qapıdan çıxacağam? 
Ş a q q u l u. Heç qapı var ki, çıxasan? 
O q t a y. Odur də. Xaspolat, əzizim. Bu vaxtacan haradasan? 
X a s p o l a t. Vallah, Oqtay, bir-iki orucum qalmışdı, bu gün iftar açdım... 
O q t a y. Oruc sənin belini sındırsın... Gəl bura, Muxan oturdu, soldan 
çıxdın... (Baş əydi.) Əyil. (Özü əyilir.) Əyil də! 
X a s p o l a t. Oqtay, mən orada elərəm. 
O q t a y. Sözünü de. 
X a s p o l a t. Oqtay! Vallah, mən axşam deyərəm. 
O q t a y. Canım, axşamdır də. Saat on birdir ki, evini Allah yıxmasın, hanı 
rolun? 
X a s p o l a t. Vallah, yadımdan çıxıb evdə qalıb. 
O q t a y. Of! Allah qırsın sizi. Yaxşı, baş əydin. Əy də, qardaş! Belində ağac 
bitməyib ki! 
X a s p o l a t. Oqtay! Atam, mən oynamıram, vəssalam! Gül kimi əlimdə işim, 
alış-verişim. 
Ş a q q u l u. Saat on ikidir. Onsuz da oyun olmayacaq, get obaşdanlığa. 
O q t a y. Mazandaranski, get, bu saat get, sənə deyirəm. Xaspolat, haydı, sən 
də get suflyordan kitab al. Sözlərinə bax. 
M a z a n d a r a n s k i (gedərək). Savad var ki, oxusun. 
O q t a y. Şəkinski, get geyin. 
D u r s u n. Oqtay, üzüyü verdim İvanovskiyə. İndi də raboçilər çıxıb gediblər. 
Deməli, qaldı. 
O q t a y. Allah əkbər! 
Ş a q q u l u. Uşaqlar soyunsunlarmı? 
O q t a y. Kimsə soyunmasın, özüm işləyəcəyəm. 
Ş a q q u l u. Dekorasiyaları haradan tapacaqsan, mıx yox, çəkic yox. 
O q t a y (yerdən bir daş götürür). Budur çəkic. Canım çıxar özüm hər şeyi 
tapar, düzəldərəm. 
R ü s t ə m. Oqtay, mənim qılıncım yoxdur, İvanovski vermir. 
O q t a y. Get söylə, borcudur versin. Yoxsa gəlib hamısını ayaq altına tökər, 
parça-parça edərəm. Bu, sağ divar. Qaldır. (Götürürlər)
Pərdə qalxır...   O q t a y  səhnə arxasındakı otağa girir. 
O q t a y. Gün aydın! 
S ə m ə d. Əlin neçin qanamış? Bağla onu! 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə