Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə36/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   83

 
 
85 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
 
1. Əsərin ardını – ikinci, üçüncü və dördüncü pərdələri oxuyun, onlarda 
əksini tapmış mühüm fikirləri müəyyənləşdirib qısaca yazın. 
2. Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə ça-
lışın. 
3. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid oldu-
ğunu əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
4. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın. 
 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
1. Kiçik qruplarda birləşərək evdə oxuduğunuz pərdələrin məzmunu, 
tanış olmayan sözlər və məcazlarla bağlı qənaətlərinzi bölüşün. 
Maraqlı hesab etdiyim məcazlar və
onların növü 
Bu məcazları maraqlı hesab 
etməyimə səbəb nədir? 
 
2.
  Gəldiyiniz nəticələr barədə  təqdimatlar əsasında fikir mübadiləsi və 
müzakirə aparın. 
3.
  Müzakirədə aşağıdakı sualları da əhatə etməyə çalışın. 

  Tamaşa ilə bağlı məqalə aktyorlar haqqındakı təsəvvürünüzə nə əlavə 
etdi? 

  Səhnə yoldaşlarının Oqtay barədə fikirləri düşüncələrinizdə hansı 
dəyişiklik yaratdı? 

  Səməd–Oqtay dialoqu bildiklərinizə yeni nə əlavə etdi? 

  Firəngizin Oqtaya münasibətini və bu qızın ailəsindəki vəziyyəti necə 
təsvir edərsiniz? 
– Firəngizin “xəyanəti” barədə Oqtayda hansı düşüncələr yaranır?  
– Qardaşı sürgün edilən Sevər hansı taleyi yaşayır, onun taleyi fərqli ola 
bilərdimi? 
– Oqtay “dostları” ilə – Səməd və Xaspolatla, eləcə  də Muxanla söhbə-
tində daha çox hansı niyyətini vurğulayır, buna səbəb nə idi? 
4. Üzərində  işlədiyiniz pərdələrin birindən seçdiyiniz hissənin məzmu-
nunu hazırladığınız plan əsasında yaradıcı nağıl edin.
 
 
 
 
1. Əsərin ardını  – beşinci, altıncı pərdələri oxuyun. Onların məzmunu-
nu ümumiləşdirib bir neçə cümlə ilə yazın.  
2. Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə 
çalışın.  
3. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid ol-
duğunu əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
4. Beşinci pərdənin məzmununu yaradıcı danışmağı öyrənin.
 
 
• EVDƏ İŞ 
• II dərs 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
86 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
Aşağıdakı qaydalara əməl etməklə tapşırıqları yerinə yetirin. 
1.
  Mətni oxuyun (bunu səssiz oxu, səsli oxunun dinlənilməsi və s. 
şəklində yerinə yetirə bilərsiniz). Sizi düşündürən suallarla bağlı 
parta yoldaşınızla fikir mübadiləsi aparın. 
2.
  Mətnkənarı sualların cavablarını ümumiləşdirib bir neçə cümlə ilə yazın.      
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı 
3.
  Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, gəldiyiniz nəti-
cələr barədə təqdimatlar əsasında müzakirə aparın. 
4. Aşağıdakı sualla bağlı mövqeyinizi müəyyənləşdirib diskussiya 
aparın: Oqtayın əsl faciəsi nədir? 
5. Aşağıdakı suallarla bağlı fikrinizi dəqiqləşdirib debata qoşulun: Müəllif 
Oqtay obrazı ilə oxuculara nə  təlqin edir? Oqtay örnək ola bilərmi? 
(Debatın gedişində mövqeyinizi dəyişib fərqli fikirdə olan  tərəfə keçə 
bilərsiniz.) 
6. Öyrəndiklərinizə hansı məzmunda əlavələr etməyin lazım olduğunu  
bəndlər şəklində yazın.
 
 
 
Mədəni tərəqqi, inkişaf etmiş xalqlarla bir 
cərgədə dayanmaq arzusu C.Cabbarlının, demək 
olar, bütün əsərlərində bu və ya digər dərəcədə 
ifadə olunmuşdur. Yazıçının bu məsələyə 
xüsusi önəm verməsi təsadüfi deyildi; düşüncə-
lərdə geriliyin güclü olduğu, “yüksək” təbəqə nümayəndələrinin  əksəriyyətini 
yalnız mənsəb, var-dövlət maraqlandırdığı bir zəmanədə xalqın həqiqi mənafeyi 
uğrunda çarpışan insanların sayı az, qarşılaşdıqları maneələr çox idi. “Oqtay 
Eloğlu” (1922) əsərində bir sıra ciddi problemlərin bədii həlli ilə yanaşı, müəl-
lifin mədəni inkişafla bağlı arzusu da qabarıq əks olunmuşdur. Araşdırma əsə-
rin mövzusu, yazıçının məhz bu mövzuda əsər yazmasının səbəbləri barədə 
dolğun təsəvvür qazanmağa imkan verir. 
Faciədə diqqəti daha çox cəlb edən, oxucunu 
– tamaşaçını dərindən düşündürən Oqtay, onun 
fəaliyyəti və  uğursuz sonluqla bitən taleyidir. 
Milli teatr yaratmağı qarşısına məqsəd qoyan 
Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun  
həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-
tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruh-
dan salmır. Şəxsi həyatını, rahatlığını  büsbütün unudan Oqtay xalqın mənafeyi 
uğrunda hər kəsin bacardığını etməsini vacib sayır, gələcəyin tələb etdiyi inki-
şafın qarşısında “bu yazıq xalqı  tək buraxıb qaçmağı” özünə layiq bilmir... 
Firəngizlə tanışlığı, bu səmimi qızı  sevməsi Oqtaya yeni güc, yaradıcılıq həvəsi 
verir, onu daha qətiyyətli edir. Yeniliyi sözdə qəbul edən, Oqtay kimi namuslu 
sənət adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət, şöhrət qulu olan Aslan bəy 
Firəngizi Oqtaydan ayırır, özünün mənsəb məqsədlərinə qurban verir. 
Oqtay sarsılır, lakin bunun səbəbini Firəngizin “xəyanəti” ilə izah etmək doğ-
ru olmaz. Bunun dərin ictimai səbəbləri var; pul, “altun dünyasındakı” yalan və 
sünilik, həqiqət axtarışı və həqiqətsizliyə nifrət “yatmış xalqına bahar nəğməsi 
• III dərs 
Faciə hansı mövzuda yazılmışdır? 
C.Cabbarlının bu mövzuya müra-
ciət etməsinə səbəb nədir? 
Faciədəki  obrazlar  hansı  səciyyəvi 
xüsusiyyətləri ilə diqqəti cəlb edir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə