Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə38/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   83

 
 
89 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SƏMƏD VURĞUNUN HƏYATI,  
YARADICILIQ YOLU 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. S.Vurğun haqqında bildiklərinizi yada salıb yığcam müzakirə apa-
rın. Bildiklərinizi BİBÖ cədvəlinin birinci sütununda (Bilirik) yazın. 
Şairin həyatı və yaradıcılığı barədə sizi maraqlandıran sualları, öy-
rənmək istədiklərinizi müzakirənin gedişində  cədvəlin ikinci sütu-
nunda (Bilmək istəyirik) qeyd edin. 
2. Mətnkənarı sualları  və onların cavablarını göstərilən qaydaya 
əməl etməklə oxuyun: kiçik qruplara ayrılın,  hər bir sualla bağlı 
(qrupların sayı çox olarsa, iki qrup eyni bir sualın üzərində  işləyə 
bilər)  mətni  oxuyun.  
3. Təqdimatlar etməklə öyrəndikləriniz və araşdırılmasına ehtiyac 
duyduğunuz məsələlər barədə fikir mübadiləsi və müzakirə apa-
rın. 
 
4. Araşdırılmasını, zənginləşdirilməsini vacib saydığınız məsələləri 
bəndlər şəklində yazın.
 
 
Səməd Vurğun Qazax mahalında tanınmış 
nəsildən olan ailədə dünyaya gəlmişdir. Atası 
Yusif ağa müflisləşmiş  bəy olsa da, sayılan 
adamlardan olmuşdur. Anasını altı yaşında iti-
rən Səmədin qayğısına nənəsi Ayişə xanım qalmışdır. Ana nəvazişindən məh-
rum olan, ailənin maddi sıxıntısını daim hiss edən həssas Səmədin qəlbində 
dərin kədər kök salmışdı. Bunu şair ömrü boyu unutmamışdır: 
Qurban bayramıydı, gülürdü dağlar, 
Qonşumuz xınalı bir erkək kəsdi. 
O bayram günündə anamı ağlar 
Görəndə, üstümdən bir çovğun əsdi... 
 
Şairin yaradıcılığı xalqımızın keçmişini, bu gü-
nünü və  gələcəyini  əks etdirən nəhəng güzgüyə 
bənzəyir. Bu güzgüdə xalqın sevinci də, kədəri də, 
düşüncəsi də, həyatı da, folkloru da müəyyən 
ölçüdə öz əksini tapmışdır. 
Bəxtiyar Vahabzadə 
 
 
 
 
 
Səməd Vurğun 
(1906–1956)
S.Vurğunun uşaqlığı, gəncliyi və 
yaradıcılığının ilk dövrü üçün 
önəmli olanlar nədir? 
  LAYİHƏ


 
90 
 
Doğulduğu Yuxarı Salahlı kəndindəki rus-tatar məktəbində oxuyan Səmədin 
uşaqlığı fərəhsiz keçsə də, o, zəngin təxəyyüllü, xəyalpərvər bir gənc kimi ye-
tişirdi. Atasının hər gün sazda səsləndirdiyi el havaları, aşıqlardan müntəzəm 
eşitdiyi dastan və nağıllar, yaşadığı bölgənin bənzərsiz təbiəti  onun  hiss  və 
duyğularının zənginləşməsinə, düşüncəsinin dərinləşməsinə  əhəmiyyətli təsir 
edirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin 1918-ci ildə 
Qazaxa köçürülməsi, Səmədin elə həmin il ora daxil olması həyatında mühüm 
rol oynadı. Əla qiymətlərlə oxuyan bu çəlimsiz gənc seminariyanın ictimai işlə-
rində, dram və musiqi dərnəklərində fəal iştirak edir, klassik poeziyanı, dünya 
ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini həvəslə mütaliə edirdi. O, 
seminariyanı bitirdikdən sonra 1924–1928-ci illərdə Qazax, Quba rayonlarında 
və Gəncədə müəllimlik etmişdir. Şeir yazmağa tələbəlik illərində başlasa da, o, 
müəllim işlədiyi müddətdə  bədii yaradıcılıqla daha ardıcıl məşğul olmuşdur. 
Onun bu dövrdə yazdığı şeirlərdə nakam məhəbbətinin nisgili, küskünlük, mü-
cərrəd romantika güclü idi: 
Başına döndüyüm, əziz Şikəstə, 
Dinlə məni, halı yaman olmuşam. 
Qəlbdən yaralı, könüldən xəstə
Nanı zəhər, ruzu fəğan olmuşam. 
 
1928–1932-ci illər şairin yaradıcılığında cid-
di axtarış mərhələsi, Səməd Vurğunun “özünü ye-
nidən qurmaq” dövrü kimi səciyyəvidir. 1929-cu 
ildə Bakıda, az sonra Moskvada təhsil alması 
onun dünyagörüşünün inkişafına, yaradıcılığında ictimai məzmunun güclən-
məsinə az təsir etmədi. 1931-ci ildə Bakıya dönən şair təhsilini bir müddət burada 
davam etdirsə  də, coşqun yaradıcılıq həvəsi onu sənətin qoynuna aldı.  Şairin 
1930-cu ildə “Şairin andı”, 1932-ci ildə isə “Fanar” adlı şeirlər kitabı çap olundu. 
Bu kitablarda toplanmış  şeirlərin çoxu müəllifin yeniliyə can atması, ictimai 
hadisələrin dərinliklərinə enmək cəhdi özünü göstərir. Bu baxımdan “Şairin 
andı”, “Hərəkət”, “Səriyyənin ölümü”, “Şairin səsi”  şeirləri daha səciyyəvidir. 
Şair 1931-ci ildə çap etdirdiyi “Ölən  şeirlərim”  əsərində yeni dövrə  qədəm qoy-
duğunu elan etdi. Onun “Fanar”, “Raport” şeirləri, beynəlxalq mövzuda yazdığı 
“Qızıl Şərq”, “Rot-Front” əsərləri ciddi irəliləyişdən, ictimai məzmuna dönüşdən 
xəbər verirdi. 
Şeirlərini bir müddət sərbəst ölçüdə yazan şair 1932-ci ildən sonra yenidən 
heca vəzninə dönür, ondan uğurla istifadə etməklə siyasi-ictimai məzmunlu 
əsərlərini yaradır. 
1933–1941-ci illər Səməd Vurğun yaradıcılığının ən məhsuldar dövrü olur. 
Bədii cəhətdən bir-birindən geri qalmayan lirik şeirləri (“Azərbaycan”, “Təbriz 
gözəlinə”,  Şairin ölümü” və s.), mövzuca rəngarəng poemaları (“Komsomol 
poeması”nın əsas hissəsi, “Macəra”, “Muradxan”, “Ölüm kürsüsü”, “Bəsti” və 
s.), məşhur pyesləri (“Vaqif”, “Xanlar”), uğurlu tərcümələri (Ş.Rustavelinin 
“Pələng dərisi geymiş pəhləvan” əsərindən bir hissə, A.Puşkinin “Yevgeni One-
gin” mənzum romanı, N.Gəncəvinin “Leyli və  Məcnun”u) bu dövrün məhsu-
ludur. Şairin həmin 
 
dövrdə, eləcə də sonrakı illərdə yazdığı əsərlərdə iki xətt 
özünü qabarıq göstərir: o, vətənimizi, onun tarixi keçmişini, insanlarını, tə-
biətini sonsuz məhəbbətlə 
 
 tərənnüm etməkdən doymur. İkinci xətti isə
 
sovet 
 
Şairin həyatının və yaradıcılığının 
sonrakı dönəmi üçün daha 
mühüm olanlar nədir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə