87
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
oxuyan” Oqtayın
düşüncəsində, şüurunda ikiliyin, ziddiyyətin yaranmasına,
nəticədə “müvazinətini itirməsinə” səbəb olur.
Oqtayın Firəngizi qətlə yetirməsi əsər yaranandan bu günə kimi mübahisə
obyekti olmuşdur. Oqtay özünə belə haqq qazandırır ki, sevdiyi Firəngizi “qara
torpaqlarda sürünəcək qədər rəzil olan bu həşərat içində görmək” istəmir, onu
öldürməklə yaramaz mühitdən uzaqlaşdırır, əbədiyyətə qovuşdurur. Əsərin bu
hissəsinin romantik məntiqlə yazıldığını nəzərə alsaq, Oqtaya bəraət vermək
olar.
Yaşadığı mühitin qurbanı olan
Firəngizin taleyi
oxucunu dərindən mütəəssir
edir. Yeniliyi, teatrın yaranması və inkişafını ürəkdən arzulayan, milli təəs-
sübkeşliyi ilə diqqəti cəlb edən bu qız Oqtayın fəaliyyətini yüksək dəyərləndirir,
onu dərin məhəbbətlə sevir.
Səhnəyə can atsa da, qanadsız quş timsalında olan
Firəngiz yalnız sonda qətiyyətli addım atır; Aslan bəylərə, Qalaçıxanovlara
qarşı çıxaraq “zavallı ananın” – səhnənin “doğma yavrusu” – aktrisası olmağa
razılıq verir...
Aslan bəylə
Danyar bəyin oxşar cəhətləri çoxdur. Pul, vəzifə, şöhrət onların
həyat idealıdır. Bu bəyləri nə mədəni tərəqqi, nə də milli teatrın inkişafı maraq-
landırır. Teatra getmələri, onunla bağlı üzdə xoş söz demələri “yuxarıların”
yanında mədəni, inkişaf etmiş adam təsiri bağışlamaq niyyətindən irəli gəlir.
Əslində, onlar üçün teatr “alçaq yer”, aktyor isə “bədbəxt”, “yazıq”, “ləyaqətsiz”
adamdır.
Oqtayı əhatə edən sənət yoldaşları ona münasibətlərinə,
fərdi xarakter və
əməllərinə görə bir-birindən fərqlənir. Onların, demək olar, hamısı Oqtayın sə-
yi, təkidi sayəsində teatrda qalır, aktyorluq sənətinin sirlərini məhz ondan
öyrənirlər...
Oqtayın xarakterinin, həyata baxışının açıqlanmasında
Səməd bəylə söhbət-
ləri əhəmiyyətli rol oynayır. Onlar bir-birinə zidd obrazlardır. Oqtayı rüşvəti
olan vəzifə sahibi kimi görmək istəyən, yaxud onun rus teatrına – çoxlu qazanc
arxasınca getməsində təkid edən Səməd bəy bu sənət fədaisinin ideallarını başa
düşməkdən çox uzaqdır.
Faciənin maraqla oxunmasının, dəfələrlə
tamaşaya qoyulmasının mühüm səbəblərindən
biri onun yüksək
bədii keyfiyyətə malik olma-
sıdır. Əsərdə diqqəti ilk cəlb edən isə qəhrə-
manların fərqli nitqi, danışıq tərzidir. Oqtay danışdıqca səmimi, xeyirxah,
xırda hislərdən uzaq, böyük ürək sahibi olan bir insan göz önündə canlanır.
Aslan
bəyin nitqi lovğa, şöhrətpərəst, mənən yoxsul olduğunu dərhal büruzə
verir. Yaxud
Hacı Zamanın elə ilk sözlərindən dini fanatizmin, xurafatın əsiri
olduğu anlaşılır.
Konfliktin təbiiliyi əsərin bədii məziyyətinin artmasına əhəmiyyətli dərəcədə
təsir edir. Onun əsasında burjua cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan
həqiqi
ziyalıların mübarizəsi dayanır.
Bədii təsvir və ifadə vasitələrinin (bənzətmə, epitet, təkrir və s.) özəlliyi,
dialoq və monoloqların yığcam, təsirli olması, süjet və kompozisiya mükəm-
məlliyi əsərin bədiiliyini artıran mühüm vasitələrdəndir.
Mənbələr üzrə aparılan araşdırma əsərin obrazlarının, bədii xüsusiyyətləri-
nin ətraflı aydınlaşdırılmasına imkan yaradır.
Əsərin bədii keyfiyyətini artıran
mühüm vasitələr hansılardır?
LAYİHƏ
88
Əsərdə əhatə edilən
məsələlər, bədii həlli
verilən problemlər çoxdur. Bu, faciənin ide-
yaca zəngin olduğunu təsdiq edir. Mədəni ge-
rilik, inkişafa qənim kəsilənlərin güclü olması, xalq mənafeyini uca tutanların,
yenilik uğrunda mübarizə aparanların böyük maneələrlə üz-üzə gəlməsi, qadın
hüququ və s. əsərin ideyasının əsasında dayanır. Faciənin bütövlükdə ideya-
məzmunu xeyirxahlıq, dostluq, ailə münasibətləri ilə bağlı mənəvi
dəyərlər
barədə geniş danışmağa imkan verir.
Mənbələr üzrə aparılan araşdırma əsərin ideyasının, obrazlarının və bədii xü-
susiyyətlərinin ətraflı aydınlaşdırılmasına səbəb olur.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız mə-
lumat əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın:
a)
Əsərin ideya-məzmunu hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
b)
Əsərin dili üçün səciyyəvi olan cəhətlər hansılardır?
c)
Obrazların nitqinə əsasən müəllifin mövqeyini müəyyənləşdir-
mək mümkündürmü? Fikrinizi nümunələrlə əsaslandırın.
Obrazların nitqindən
nümunələr
Yazıçının bu obrazlarla bağlı
mövqeyi
d)
Faciənin kompozisiya mükəmməlliyini necə əsaslandırarsınız?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-
Qərb, 2007, səh.14-15.
2.
XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com
•
TƏTBİQ
•
MÜZAKİRƏ
•
YARADICI İŞ
1.
Təhlil xarakterli inşa və esse ilə bağlı mənimsədiyiniz bilik və ba-
carıqları yadınıza salıb yığcam müzakirə aparın.
2.
Mövzulardan birini seçib işləyin.
a)
“Oqtay Eloğlu” əsərinin təhlili” mövzusunda inşa.
b)
“Oqtayın Firəngizi qətlə yetirməsinə haqq qazandırmaq olarmı?”
mövzusunda esse.
3.
İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınız-
la yazılarınızı dəyişib oxuyun. Uğurlu saydıqlarınızı və arzunuzu
– nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin.
4.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
1. Yazı işlərinizi təkmilləşdirib təqdimata hazırlaşın.
2. “C.Cabbarlının hekayə yaradıcılığı” mövzusunda yığcam məqalə yazın.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
• IV dərs
• EVDƏ İŞ
Əsərdəki başlıca fikir – ideya nədir?
LAYİHƏ