Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə33/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

 
78 
 
Demokratik Cümhuriyyətinin yaranmasını sevinclə qarşılayan C.Cabbarlı par-
lamentdə stenoqrafçı kimi çalışır, “Azərbaycan” qəzetində mütərcim vəzifəsində 
işləyir. Milli dövlətimizə dərin rəğbət bəsləyən sənətkar bir-birinin ardınca səmi-
mi şeirlər (“Sevdiyim”, “Azərbaycan bayrağına” və s.) yazır. Milli dövlətin süqutu 
ona ağır təsir edir, gənc  ədib ömrünün ən böhranlı günlərini yaşayır. O, Bakı 
Sənaye Məktəbini 1920-ci ildə bitirir, elə  həmin il Bakı Dövlət Universitetinin 
tibb fakültəsinə daxil olur. Sovet hakimiyyətinin ilk illərində müxtəlif işlərdə 
(tərcüməçi, stenoqrafçı) çalışan yazıçı bir neçə  dəfə  həbs edilmiş  və müəyyən 
şərtlərlə azadlığa buraxılmışdır. 
  
Taleyini teatra və  bədii yaradıcılığa bağlayan sənətkar coşqun fəaliyyətinə 
ara vermir. Onu yeni quruluşun mədəni inqilab siyasəti cəlb edir. Xalqının 
inkişafını, mədəni tərəqqisini həmişə arzulayan yazıçı  mənəvi rahatlığını bu 
istiqamətdə çalışmaqda tapır. Bir-birinin ardınca yaratdığı əsərlərin qəhrəman-
ları xarakterlərinin mükəmməl, məqsədlərinin aydın olması ilə  fərqlənməyə 
başlayır. Ədalətsizliklə barışmayan, “altun dünyasının” əzici qaydalarına qarşı 
çıxan Aydın (“Aydın”) konkret məqsədi, dəqiq mübarizə  yolu  olmayan,  “du-
manlı arzularla” yaşayan etirazçı obrazdırsa, Oqtay (“Oqtay Eloğlu”) uğrunda 
çarpışdığı qayəni bütün incəlikləri ilə dərk edən, mücərrəd fikir və danışıqdan 
uzaq olan ədəbi qəhrəmandır. Elxan isə (“Od gəlini”) ondan fərqli olaraq, öz 
mübarizəsində ardıcıl və  qətiyyətlidir. Xalqının milli azadlığı  uğrunda işğal-
çılarla ölüm-dirim mübarizəsinə girişən Elxan öz ideallarına həmişə sadiq qalır 
və bu yolda heç kimə, heç nəyə güzəştə getmir. Romantikanın qovuşduğu 
realizm əsasında yazılmış və böyük uğur qazanmış “Od gəlini” faciəsi dramatur-
qun yaradıcılığında yeni səhifəyə keçid üçün zəmin oldu. İndi onu mədəni inqi-
labla bağlı problemlər, yeni qəhrəmanlar düşündürür. Bu düşüncənin, bədii 
axtarışların nəticəsində “Sevil” (1928), “Almaz” (1930), “Yaşar” (1932), “Dö-
nüş” (1932–1933) pyesləri yaranır. Geriliyin, köhnə fikrin əsiri olmaq, yeniliyə 
qarşı  çıxmaq kimi məsələlər bu əsərlər üçün ortaq cəhətlər sayıla bilər. Lakin 
onlarda bədii həlli verilən problemlər fərqlidir: “Sevil”də qadın hüququ, “Al-
maz”da kənd təsərrüfatının kollektivləşdirilməsi, “Yaşar”da elmi-texniki tə-
rəqqi, onun tətbiqi, “Dönüş”də  mədəni inqilab və yüksəliş diqqət mərkəzinə 
qoyulmuşdur. 
“Sevil”də müəllif qadın azadlığı probleminə sələflərindən fərqli yanaşır: qa-
dınlar kişilərlə  bərabərhüquqlu olmalı, sərbəst işləməli, heç kimdən asılı ol-
madan yaşamalıdır. Avam, gözübağlı, başqasına möhtac olan Sevil yeni həyatın 
verdiyi imkanlardan bəhrələnərək savad alır, inkişaf edir, qadın azadlığının 
müdafiəçisinə çevrilir. 
“Almaz”da yeni həyat quruculuğu kənddə baş verən hadisələrin zəminində 
açıqlanır. Almaz müəyyən səhvlərə yol versə  də, maneələrə qarşı mübarizədə 
tərəddüdə yol vermir, qətiyyətli və cəsarətli addımları ilə yeniliyə qənim kəsi-
lənlərin ümidlərini puça çıxarır. 
“Yaşar”da təsvir olunanlar zaman baxımından “Almaz”dan sonrakı dövrə 
aiddir. Almazla açıq mübarizə aparanlar maskalanaraq indi Yaşarla vuruşurlar. 
Lakin yenilik qarşısıalınmaz güc və sürətlə irəliləyir, onun təntənəsi addımbaşı 
duyulur. Yaşar və onun həmkarları  əldə etdikləri elmi nailiyyətləri kənddə 
uğurla tətbiq edirlər. 
Müasir həyatla teatrın əlaqəsinin gücləndirilməsi, repertuarının daim yeni-
lənməsi, aktyor sənətkarlığının artırılması, teatr tənqidinin sağlam olması və s. 
“Dönüş”ün qəhrəmanı Gülsabahın fəaliyyətində mühüm yer tutur. 
  LAYİHƏ


 
 
79 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
Bu  ədəbi qəhrəmanlar müəllifin vətənin tərəqqisi, xalqın mədəni inkişafı 
arzularını ifadə edirdi. C.Cabbarlı insanın mənəvi azadlığına düşmən kəsilən, 
sərbəst inkişafına, fikir və düşüncəsinə keçilməz sədd qoyan quruluşun – 
sosializmin az sonra üzə çıxan gerçək üzünü görsəydi, şübhəsiz, yeni, həm də 
fərqli məzmunda əsərlər yaradardı. 
C.Cabbarlının 1931-ci ildə qələmə aldığı “1905-ci ildə” əsərində izlədiyi niy-
yət çoxcəhətlidir. Onlardan biri və başlıcası “kütlənin nəzərini inqilabdan uzaq-
laşdırmaq məqsədilə iki xalqı bir-biri üzərinə salışdıran rus çarizminin müstəm-
ləkə siyasətini göstərmək idi”. Əsər müəllifin gizli niyyətini ifadə edən mətnaltı 
mənalarla zəngindir. 
Hekayə yaradıcılığının sonrakı dövrlərinə aid olan “Dilarə”, “Dilbər”, “Gü-
lər”, “Firuzə” və s. təkcə mövzu-ideya yeniliyi ilə deyil, orijinal bədii keyfiy-
yətləri ilə də diqqəti cəlb edir. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız mə-
lumat əsasında zənginləşdirin və tamamlayın. 
2.
  Araşdırma apararkən aşağıdakı sualın cavabını da əhatə etməyə 
çalışın: 
– C.Cabbarlının satirik şeirləri hansı xüsusiyyətlərinə görə M.Ə.Sa-
birin əsərlərinə bənzəyir? 
 

Müqayisə olunanlar
Onların oxşar cəhətləri 
 
 
 
3.
  Yazılı qeydlər əsasında təqdimata hazırlaşın. 
4.
  Mövzulardan birini seçib şifahi məruzəyə hazırlaşın: 
1)
  C.Cabbarlı və Azərbaycan Demokratik Cümhuriyyəti. 
2)
  C.Cabbarlının tərcüməçilik fəaliyyəti.
 
 
 
1. C.Cabbarlı. Əsərləri. 4 cilddə. I cild, Bakı: Şərq-Qərb, 2005, səh. 5-6, 
    8, 14, 30-33, 37.  
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə