Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə41/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   83

 
96 
 
Rəhmətlik gündə bir məclis qurardı... 
Buna da bir “böyük vəzir” dedilər, 
Başımı, beynimi ovub yedilər. 
İnandım, dedim ki, nə xəyalı var, 
Yəqin ki, bunun da öz cəlalı var. 
Bu ki qoltuqlarda gəzib-dolanır, 
Çox vaxt da su kimi rəngi bulanır: 
Elə dərd tökülür qaşqabağından... 
Amma çox razıyam qanacağından: 
Şairdir, görünür, düz ilqarı var, 
Nə gözəl, nə şirin kəlamları var... 
Eh... bir də bunlardan mənə kar aşmaz... 
Vaqif  gəlir. 
V a q i f.  
 
Nə var, fikirdəsən sən, ey sərvinaz, 
Amandır, örtməsin, ey nazlı nigar, 
O ay camalını qara buludlar! 
X u r a m a n.    
Niyə, nə dərdim var, Allaha şükür! 
Hara baxıramsa, xeyir görünür... 
V a q i f.  
 
Yox... Sənin səsində bir titrəyiş var, 
Gəl məndən gizləmə, aç, söylə aşkar! 
X u r a m a n.    
Heç... Bir az incidir məni bu qürbət. 
V a q i f.  
 
Yox, bu da olmadı, düz danış, afət! 
Yalan yaraşmayır gül dodaqlara... 
X u r a m a n.    
Bıy... Yaxşı, nə deyim mən bəxti qara? 
V a q i f.  
 
Aha... bundan danış... danış görüm, sən 
Niyə öz bəxtinə qara deyirsən? 
X u r a m a n.    
Deyirlər ki, sən... 
V a q i f.  
 
Nə, təzə xəbər?.. 
X u r a m a n.    
Nə bilim, doğrusu... 
V a q i f.  
 
Danış! 
X u r a m a n.    
Deyirlər 
Səni vəzirlikdən qovlayacaq xan! 
V a q i f.  
 
Ha... ha... Bəs elə bu? 
X u r a m a n.    
Bəli. 
V a q i f.  
 
Xuraman! 
Xuraman! Gör nəyin xəyalındasan! 
Qəfəsdə quş kimi yaşayıram mən. 
Nə sənin gördüyün bu saray, bu yurd, 
Nə də dişlərində qan donan o qurd 
Bu tərlan könlümü ovlaya bilməz! 
Dərdin elə busa, lap arxayın gəz! 
X u r a m a n.    
Bəs səni... Bəs səni... 
V a q i f.  
 
Nə? Çıxarsalar? 
X u r a m a n.    
Necə dolanarıq, dilənçilərtək... 
V a q i f.  
 
Bizə qəhət olmaz bir parça çörək
Qorxma, bəxtinə də söyləmə qara; 
Kaş ki düşməyəydim bu saraylara, 
Yanıldım, doğrusu, uyub aldandım, 
Başqadır könlümdə mənim ilk andım... 
X u r a m a n.    
Elə şirin-şirin danışmağın var. 
(Başqa otağa keçir.) 
V a q i f.  
 
Yox, sərraf gözüdür mənim bu gözüm, 
Özüm tutduğuma heyranam özüm... 
  LAYİHƏ


 
 
97 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
Gözüm su içməyir heç Xuramandan... 
Onu başqa ruhda böyüdüb zaman. 
Deyəsən, şöhrəti çox sevir qadın, 
Ah... mənsəb!.. Ah, şöhrət!.. Yaranmasaydın!.. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Əsərin davamını (3–6-cı  şəkillərin qısa məzmununu, 7-ci və 8-ci 
şəkilləri) nəzərdən keçirin. 7-ci və 8-ci şəkillərdəki başlıca fikirləri 
müəyyənləşdirib qısaca yazın. 
2.
  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
3.
  Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alın-
ma, yaxud dilimizə aid olduqlarını əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
4. Daha maraqlı hesab etdiyiniz məcazları yazın. 
Maraqlı hesab etdiyim 
məcazlar və onların növü 
Bu məcazları maraqlı hesab 
etməyimə səbəb nədir? 
5. Şifahi təqdimata hazırlaşın.
 
 
İKİNCİ PƏRDƏ 
Üçüncü və dördüncü şəkillərin qısa məzmunu. İbrahim xan qonşu dövlət-
lərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan 
məzəmmət eşidir; vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günah-
landırır.  
Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir. 
Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. 
Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli-düşüncəli davranışı, var-döv-
lətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və Şeyx, Xura-
manı Vaqifdən boşanaraq  İbrahim xana ərə getməyə razı salırlar.  Əhvalatdan 
xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bidirir. Vaqif sarsılır, lakin 
Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. 
 
ÜÇÜNCÜ PƏRDƏ 
Beşinci və altıncı şəkillərin qısa məzmunu. Ordugahında Qarabağ xanından 
cavab gözləyən Ağa Məhəmməd şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu 
hiddətləndirir.  Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq 
üçün əsir gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Qarışıqlıqdan 
istifadə edən qapıçı gürcü əsirlərinin – Tamaranın və qardaşlarının qaçmasına 
imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlir-
lər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. 
Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. 
 
YEDDİNCİ  ŞƏKİL 
Dağlıqdır, arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından, 
Qacarın ordusu tərəfindən yandırılmış  kəndin alovları göyə qalxır. Uzaqdan 
arvad-uşaq fəryadları eşidilir. 
Q a c a r (yanan kəndin alovlarını dağ başından seyr edərək.) 
Yan, yan, tərlanların yaşıl yuvası! 
Ruhuma can verir ölüm havası... 
Çıxsın asimana odlar, alovlar, 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
98 
 
Göylərdən od töksün yerə ruzigar! 
Yan, yan! Kömür olsun hər qaya, hər dağ, 
Baş əysin hökmümə bütün Qarabağ! 
... Mənim vicdanım da, qəlbim də qandır, 
Dünya qan üstündə bir xanimandır... 
V ə z i r.  
Buyruq sizinkidir, adil hökmdar
 Sizdə fəzilət də, ədalət də var. 
Q a p ı ç ı (qaçaraq yaxınlaşaraq.) 
 
Şahım! Bağışlayın, hüzurinizə 
 Bir 
kəndli gəlmişdir, sözü var sizə. 
Q a c a r.  
De, gəlsin! 
Q a p ı ç ı. Gəl, ata, gəl, budur Qacar! 
 
        Qoca kəndli yaxınlaşır. 
Q o c a.    
Sizə bir sözüm var, böyük hökmdar! 
Mən bu yanan kəndin ağsaqqalıyam, 
Ellərin dərdindən bir az halıyam. 
Yanır od içində körpə uşaqlar, 
Bizim kəndlilərin nə təqsiri var? 
Əmr edin, dayansın yanğınlar, barı, 
Xaraba qoymayın bu obaları! 
Bu dağlar qoynunda aslan yatmışdır, 
Burda Koroğlular at oynatmışdır... 
Q a c a r (hiddətlənərək qocanın səsini kəsir.) 
 Yaxşı, sus, qoca köpək! 
 (Kinayə ilə.) 
 “Burda 
Koroğlular at oynatmışdır...” 
Qacar gedir. 
Q o c a (Qacarın arxasınca.) 
 Ah, 
cəllad, bimürvət! İndi qulaq as
 Süleyman 
dünyası sənə də qalmaz. 
(Qalxıb gedir. Qacar yenə qayıdır. Qaya başında dayanır. Bu arada Qacarın 
sərkərdəsi tələsik gəlir.) 
S ə r k ə r d ə.  
Şahım! Arxa cəbhə çox qorxuludur, 
 Elə bil, doğrudan, cahan yoludur... 
 Eldarın dəstəsi gəlir irəli, 
 
Qırır sərçə kimi bizimkiləri; 
 Odur, 
yaxınlaşır! Gizlənin, barı... 
 Oralar 
bərkdir... 
Q a c a r.    
Çəkin atları! 
 
Bir bölük göndərin arxaya sarı, 
 Qabağı saxlasın gizlənincə biz. 
S ə r k ə r d ə.  
Budur, burdadır ki, əsgərlərimiz. 
                                             
(Qapıçı gəlir.) 
Q a p ı ç ı.  
Şahım! Qarabağın şeyxidir gələn. 
Q a c a r.  
De, gəlsin! 
(Şeyx bir dəstə əyan ilə gəlir.) 
Ş e y x.  
Ey şahım! Ey fəxri-vətən! 
 Sizin 
yolunuzu 
gözləyirdik biz, 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə