93
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
İ ş t i r a k e d ə n l ər:
Va q i f – XVIII əsrin məşhur Azərbaycan şairi
A ğ a M ə h ə m m ə d ş a h Q a c a r – İran hökmdarı
V i d a d i – Vaqifin müasiri və yaxın şair dostu
İ b r a h i m x a n – Qarabağ xanı
E l d a r – xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı
K ü r d M u s a, A r ş ak – Eldarın dəstəsindən
X u r a m a n – Vaqifin arvadı
Ə l i b ə y – Vaqifin oğlu
G ü l n a r – Əli bəyin sevgilisi
Ə m i n ə – Gülnarın anası
T ü k ə z b a n – Vidadinin arvadı
V ə z i r – Qacarın vəziri
T ə l x ə k – İbrahim xanın təlxəyi
Ş a l i k o, T a m a r a, k i ç i k g ü r c ü – Qacar tərəfindən əsir alınmış gürcülər
Ş e y x A l ı – Qarabağ şeyxi
İ l y a s – Eldarın dəstəsinə soxulmuş casus
S ə r k ə r d ə – Qacar qoşunlarının sərkərdəsi
Z ü l f ü q a r, T e y m u r – Qacarın əleyhdarlarından
Ə h m ə d k i ş i, Q u r b a n k i ş i – kəndlilər
Q a s ı m, M u r a d – çobanlar
Kəndlilər, qaçaqlar, əsgərlər, elçilər və b.
BİRİNCİ PƏRDƏ
Birinci şəklin qısa məzmunu. Vidadinin namaz üstündəki sözlərində, arvadı
Tükəzbanla söhbətində zəmanədən narazı olduğu aydın duyulur. Cavad xanın
elçiləri Vidadini saraya dəvət edirlər. O, dəvəti qəbul etmir. Qarabağ xanının
sarayında yaşayan Vaqif gözlənilmədən gəlir. İki dost səmimi görüşür. Vaqif
kəndlilərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanın-
dadır. Vaqif gəlişinin səbəbini açıb söyləyir; o, Vidadini və Tükəzbanı Əli bəyin
toyuna dəvət edir. Vidadi dəvəti qəbul edir.
İKİNCİ ŞƏKİL
Şuşa qalası. Xan sarayı. Vaqifin evi. Toy məclisi, oyun. İbrahim xan yanında da
adamları gəlir. Hamı qalxıb, xana baş əyir.
İ b r a h i m x a n.
Çox gözəl, Vaqifi çağırın görək...
Bəy öz toyunda oynasın gərək!
Əli bəy oynayır. Vaqif gəlir.
İ b r a h i m x a n.
Vəzir, xeyir işiniz xeyli mübarək!
Ağ günlərə çıxsın sizin Əli bəy!
Ancaq çıxarmasın bizi yadından...
V a q i f.
Görək, bu növrağı pozmasa zaman...
İ b r a h i m x a n.
Yenə də şikayət? Gəl inan ki, sən
Nə qədər mən sağam kef edəcəksən!
Eşikdə tüfəng atılır və “ura” səsləri ucalır, gəlini gətirirlər.
LAYİHƏ
94
Y e n g ə.
Anam, bacım, qız gəlin,
Əli-ayağı düz gəlin,
Yeddi
oğul istərəm,
Bircə dənə qız, gəlin!..
V a q i f.
A qızım, üzündən götür duvağı,
Qoy açıq görünsün ayın qabağı.
Açıq yaşamışdır bizim nənələr,
Kəfəndir, a balam, sərapərdələr...
Hamıda heyrət, həyəcan görünür; gəlini o biri otağa aparırlar.
Bu arada Eldar çiynində bir quzu içəri daxil olur.
V a q i f.
Of... dostum, qardaşım, xoş buyurmusan,
Səndə dağ havası duyuram, inan!
Sizdən ayrılmayır könlümün quşu,
Ellərdə görürəm hər qurtuluşu.
E l d a r.
Möhtərəm şairə salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
İ b r a h i m x a n (ətrafa).
Aha... heç saymayır bu hərif bizi,
Görünür dadmamış qüvvətimizi...
Ş e y x (İbrahim xanın qulağına).
Bir bax gözlərinə... Baxışı qandır,
Kəndə qarışıqlıq salanlardandır.
İ b r a h i m x a n.
Vəzir, çoban-çoluq məclisidir bu?
V a q i f.
Düzü, gözləməzdim heç sizdən bunu.
İ b r a h i m x a n.
Necə gözləməzdin, lap yersiz, nahaq,
Yox
bir
başa keçsin çiynində çomaq...
V a q i f.
Əziz qonağımdır, dostumdur Eldar.
İ b r a h i m x a n.
Xanın hüzurunda nə ölümü var?
V a q i f.
Bu mənim evimdir, siz qonaqsınız,
Qonağı sevərlər, lap nahaqsınız...
İ b r a h i m x a n.
Qonağı, qonağı – qonağa bir bax,
Hər yoldan ötəni başa çıxardaq!
V a q i f.
Onun görkəmindən iyrənməyin siz,
Bir kəndli babadır, vicdanı təmiz,
Dilindən düşməyir gözəl nağıllar;
Ən böyük ürəklər, yetkin ağıllar
Ellər dünyasında yetişir, bilin!
Namusu, vicdanı təmizdir elin!
İ b r a h i m x a n.
Doğrusu, yorulub bezikmədin sən
Elə, durub-durub ellər deməkdən?
E l d a r (Vaqifə). Canım, dalaşmayın, mən gedim...
V a q i f.
Dayan!
Başqadır könlümdə gülən xaniman...
İ b r a h i m x a n.
Getsin gərməsini ayaqlamağa!
E l d a r.
Buyruq sizinkidir, möhtərəm ağa,
Ancaq olmasaydı kasıb kəndlilər
Bunca qudurtmazdı sizi simü-zər...
Eldar məclisi tərk edir. Onu tutmaq istəyirlər, adamlar arasında iğtişaş düşür.
LAYİHƏ
95
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
İ b r a h i m x a n.
Qoymayın, tez olun, tutun Eldarı!
Ona
da
göstərin daş zindanları!..
(Vaqifə tərəf.)
Qudurtdun bunları, doğrudan da, sən,
Bəlkə də, özünsən ona dil verən?
V a q i f.
Xeyr, yanıldınız, ona dil verən
Göz
ilə dünyada alovlar görən
Kəndistan yeridir, bəli, kəndistan!
Bəzən tanrıya da ağ olur insan...
İ b r a h i m x a n (qəzəblə çıxaraq).
Yaxşı, danışarıq...
Toy adamları dağılır. Vaqif gəzinir. Vidadi heyrətdədir.
V a q i f.
Bu da haqqı-salam, bu da duz-çörək...
Dünyada dərd varmı mənim dərdimtək?..
Bu xan bir ilanmış, saray – yuvası,
Zəhrimar qoxuyur onun havası.
V i d a d i.
Vaqif, sabah məni yola sal gedim,
Torpaq evciyimi ziyarət edim.
Ordadır dünyanın zövqü, ləzzəti.
Sən də öz boynundan at bu minnəti.
Kəndimizə qayıt!..
V a q i f.
Yox, qayıtmaram!
İş ki belə düşdü – meydanda varam!
V i d a d i.
Əl çək bu tərslikdən, qulaq as mana!
V a q i f.
Ölsəm də, ölməyim xoşdur mərdana!
V i d a d i.
Sən öz dediyindən dönməyəcəksən,
Səni yalqız qoyub gedəmmərəm mən.
Ə l i b ə y (gəlir). Ata,
həbs etdilər yazıq Eldarı!
V a q i f (mənalı).
İnsan uçuracaq daş zindanları,
Zəncirsiz, zindansız günlər gələcək,
Bizə təsəllidir böyük gələcək...
Ə l i b ə y.
Bəs Eldar nə olsun?
V a q i f.
Heç, nə dərdi var,
Vaqif ölməmişdir, onu qurtarar.
(Vaqif qolunu oğlunun boynuna dolayaraq.)
Oğlum, xeyir işin olsun mübarək,
Dünyanın kefini, ləzzətini çək!
Mənim də ürəyim hələ cavandır,
Yaşayaq birtəhər, bu da zamandır...
Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür, o, eləcə də, Vidadi
ilə öpüşüb gedir.
V i d a d i.
Ağıllı baladır, Allah saxlasın.
V a q i f.
Könlümdə dünyanın min sirri vardır,
Ah, duyan, düşünən nə bəxtiyardır...
Dəryalar üstündə süzən sonalar!
Siz, ey göy üzündə uçan durnalar!
Deyin, xoşbəxtəmmi?..
Xuraman gəlir.
X u r a m a n.
Kişi, bu nə işdir? Küsüb getdi xan?!
V a q i f.
Qoy küssün özünün qanacağından! (Gedir.)
X u r a m a n.
Bir el ağasıydı əvvəlki ərim:
Öz qapım, öz evim, öz nökərlərim;
Hamısı qulluğumda hazır durardı,
LAYİHƏ
Dostları ilə paylaş: |