Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə39/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

 
 
91 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
hakimiyyətinə, və onun aparıcı simalarına həsr olunan əsərlər təşkil edir. Ma-
raqlıdır ki, ikinci xəttə aid olan əsərlərin çoxunda da vətənə, xalqa məhəbbət, 
adi vətəndaşın taleyi kimi məsələlər bu və ya digər şəkildə öz əksini tapırdı.  
Faşist Almaniyası ilə müharibənin başlan-
ması S.Vurğunun həyatında və yaradıcılığında 
yeni bir səhifə açdı.  Şair öz mövqeyini dərhal 
elan etdi: 
 
Bilsin ana torpaq, eşitsin vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən. 
 
O, müharibənin ilk günündən sonuna kimi təkcə  qələmi ilə deyil, ictimai 
fəaliyyəti ilə  də insanları  qələbəyə ruhlandırdı. Cəbhədə döyüşçülərlə görüşən 
şairin şeirləri əl-əl gəzirdi. Övladlarını yola salan ata-anaların arzuları, hiss və 
həyəcanları (“Ananın öyüdü”, “Qoca qəhrəmanın dedikləri” və s.), döyüşçü 
obrazlarının canlandırılması (“Partizan Babaş”, “Azərbaycan balası” və s.), 
arxa cəbhədəki insanların fədakarlığı (“Qızxanımın hünəri” və s.) şairin daha 
çox müraciət etdiyi mövzulardan idi. Müharibəni insanlıq üçün bəla, şər sayan 
mütəfəkkir  şair onun fəlsəfi  şərhini verməyə  də çalışır. “Dörd söz”, “İstiqbal 
təranəsi” və s. şeirlərində, “İnsan” pyesində oxucunun diqqətini məsələnin məhz 
bu cəhətinə yönəldirdi. 
Şairin müharibə dövründə  qələmə aldığı “Fərhad və  Şirin” mənzum pyesi
“Ayın  əfsanəsi”, “Hürmüz və  Əhrimən”, “Bakının dastanı” poemaları  ədəbiy-
yatımıza qiymətli töhfələr idi. 
S.Vurğun müharibədən sonra ictimai fəaliy-
yətini daha da  genişləndirmişdir. O, 1941-ci il-
dən 1948-ci ilə kimi Azərbaycan Sovet Yazıçı-
ları İttifaqının İdarə Heyətinin sədri vəzifəsin-
də işləmiş, 1945-ci ildə akademiyanın həqiqi üz-
vü, 1954-cü ildə isə vitse-prezidenti seçilmişdir. S.Vurğun dəfələrlə SSRİ Ali 
Sovetinə deputat seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı 
ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. İctimai işlər onun  bədii yaradıcılığına 
mane olmamışdır. “Avropa xatirələri” silsiləsi, “Körpünün həsrəti”, “Bəs-
təkar”, “Şair, nə tez qocaldın sən”, “Yada sal məni”, “Mən tələsmirəm” və s. 
şeirləri fərqli  mövzularda  olsa  da,  poeziyamızı ideya-bədii cəhətdən zəngin-
ləşdirən misilsiz sənət nümunələri kimi dəyərlidir.  Şairin bu illərdə  qələmə 
aldığı “Zəncinin arzuları” (1948), “Muğan” (1948–1949), “Aygün” (1950–1951) 
və s. poemaları hadisələrin, qəhrəmanların taleyinin geniş epik təsviri ilə se-
çilir. 
Fəaliyyətinin coşqun bir dövründə – 1955-ci ildə şair ağır xəstələndi. Sağal-
maz xəstəliyə tutulan böyük sənətkarın 50 illik yubileyi 1956-cı il may ayının 
12-də keçirildi. Bu yubileyi sevinc və təntənə ilə qeyd edən xalq az sonra – mayın 
27-də  şairin vəfatından matəmə batdı. Onu son mənzilə  yola  salmaq  üçün  on 
minlərlə insan paytaxta yığışmışdı. Xatirəsi  əbədiləşdirilmiş, Bakıda heykəli 
ucaldılmışdır. Azərbaycanın xalq şairi fəxri adı  ilk dəfə 1956-cı ildə məhz Sə-
məd Vurğuna verilmişdir. 
 
II Dünya müharibəsi şairin həyat 
və yaradıcılığında hansı izlər 
buraxmışdır? 
Müharibədən sonrakı dövr şairin 
həyat və yaradıcılığı üçün hansı 
cəhətləri ilə əlamətdar olmuşdur? 
  LAYİHƏ


 
92 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi, araşdırılmasına ehtiyac duyduğunuz mə-
sələləri göstərilən mənbələrdən topladığınız məlumat əsasında zən-
ginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını da 
əhatə etməyə çalışın
a)
  S.Vurğunun lirik şeirlərini mövzu baxımından qruplaşdırın. Hər 
qrupun özəlliyini müəyyənləşdirin. 
b)
  Şairin poemalarını mövzu baxımından qruplaşdırın. Hər qrupun 
özəlliyini müəyyənləşdirin. 
3. Yazılı qeydlər əsasında təqdimata hazırlaşın. 
4. Mövzulardan birini seçib işləyin: 
a) “S.Vurğunun dramaturgiyası” mövzusunda məruzə yazın. 
b) “S.Vurğunun ictimai fəaliyyəti” mövzusunda yığcam məqalə yazın.
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. S.Vurğun. Seçilmiş əsərləri. Bakı,: Şərq-Qərb, 2005. səh. 5-7, 10-11.
 
 
 
 
 
 
VAQİF 
(ixtisarla) 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavabları cədvəldə qeyd etdikdən sonra 
fikir mübadiləsi və müzakirə aparın. 

 Həqiqi sənətkarın – şair və yazıçının xalqa bağlılığı, sizcə, özünü nədə 
göstərməlidir? 
Həqiqi xalq sənətkarının xalqın həyatı və taleyi ilə bağlılığını nədə görürəm? 

  Ədəbi qəhrəman kimi hansı yazıçı və şair obrazı ilə tanışsınız? 
Tanış olduğum şair 
və yazıçı obrazları 
Onların xarakter və  əməllərində diqqətimi 
cəlb edənlər 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun: 
 
1. Əsərdən bir səhifə həcmində rollar üzrə oxunur. 
2. Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir. 
Cavablar cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir, 
bu, ortaq məxrəcə gəlincəyə qədər davam edir. 
3. Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da bu 
qayda ilə davam etdirilir. 
4. Nəzərdə tutulan parçanın oxusu başa çatdıqdan sonra seçilmiş hissə-
lərin məzmununu bir neçə şagird yığcam nağıl edir. 
Unutmayın: 
Suallar əsərdəki əsas fikirlərin aydınlaşdırılmasına, fakt-
ların dəqiqləşdirilməsinə, nəticələrin çıxarılmasına imkan 
yaratmalıdır. 
 
Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə danış-
mağa imkan verir?
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• I dərs 
II
I
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə