Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə24/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

 
 
59 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

Şallaqla güldürüldü
Hıçqırıqlı bir diyar. 
Yuyuldu divarlara 
Sıçramış qan ləkəsi. 
Vay səsi susduruldu, 
Əmr edildi toy səsi.
Bəzənib çıxmalıydı
Gələnlər ağlaşmaya. 
Döndü, oldu qəhqəhə 
Qan qusan hıçqırıqlar. 
Çiçək səpəcək oldu 
Bütün qəlbiqırıqlar.
– Çıxmalısan qarşıya 
İstəyir öl, istər qal!.. 
Elə bil olmamışdı 
Dünənki keşməkeş də.   
Çıxdı güləş üzüylə 
O bəxtəvər günəş də... 
 
 
Bütün şəhər silkinib...
Əsər qoymadı pasdan, 
Dünənki matəm hanı? 
Doğrudan, çıxdı yasdan. 
Düşmən şahın gəlişi 
Qanuni bayram oldu. 
Bir çox dərdli ürəklər 
Qanlı sevinclə doldu. 
Qəribədir bu insan; 
Al əlindən canını, 
İstəyirsən ovucla 
Hortlat axan qanını,
Qoparıb əz qəlbini,
Əylən çırpınmasilə, 
Sürüklənsin yerlərdə 
Beyninin bağasilə, 
Heç baxma istəyirsən, 
Saflığa, günaha əs, 
Bir yırtıcı cəllad ol, 
Doğra parça-parça, kəs, 
Qadınsa, tut, boğ onun 
Qan qusan fəryadını, 
Qoy çıxarsın yadından 
Sevdiyinin adını;
Qızsa, atın döşündə  
Ləhlət gün qızmarında. 
Gəlinsə, hərraca qoy 
Əsirlər bazarında. 
Sonra çəkil uzaqdan 
Məğrur baxışla bir bax! 
Görəcəksən ölənlər 
Baldırında bağırsaq: 
Sənin qanlı əlində 
Bitməz qüvvət var deyə, 
Hazırdır bağışlayıb 
Dadsız-dadsız gülməyə... 
 
 
Hazırlandı baş keşiş,
Meçid həyətində də 
Eyni ilə canlandı iş: 
Danışdı şişman xoca  
Üç saatdan yuxarı, 
Hazır qıldı beyətə 
Mömin müsəlmanları. 
Xaçilə keşiş çıxdı 
Müshəfilə şeyxana;   
Çıxdılar istiqbala 
Xaçla məshəf yan-yana... 
Qarnı tox tacirbaşı 
Dingildəyib gedirdi 
Şeyxlərlə yanaşı. 
İnsan əlindən yerə 
Düşməzdi iynə atsan,
Yalnız küçələr deyil,
Evlər gətirdi insan. 
Dırmaşmışdı uşaqlar 
Mazqallı divarlara. 
Boylanıb dururlardı 
Ürkək, zəif, avara!.. 
Dam üstündə qızların 
Solğun dodaqlarında, 
Boylanan gəlinlərin 
İslaq yanaqlarında 
Solan hüznün yerində 
İndi vardır bir maraq. 
Nə çiçəklər yetirir 
Bu qan qoxulu torpaq! 
Sayılırkən əvvəldən 
Bir ölkənin pənahı,
Qarışmışdı xalqına 
Ölkənin məğlub şahı. 
Şahın bu gün ağır daş 
Asılmışdı boynundan, 
Çıxmayırdı əlləri 
Xələtinin qoynundan. 
Keçən gündə edərkən 
Allahlıq iddiası, 
İndi bu son cəlala 
Kəsildi, durdu asi. 
Gir yerə, ey padişah! 
Sənin bu boş başından 
Nələr çəkdi məmləkət 
Bir soruş göz yaşından.  
 
 
Açıldı bayraqlar, çalındı boru, 
Fələk görməmişdi bu vurhavuru. 
Toz ərşə dayandı, göy dumanlandı, 
Torpaq şaxa qalxdı, toz da canlandı. 
Qıvrıla-qıvrıla boz bir əjdaha 
Gəlirdi salama büzülmüş şaha... 
Qaçdı məğlub şahın bəti-bənizi,  
Coşdu, dalğalandı insan dənizi. 
İstidən bayıla, tərdən boğula 
Birdən bütün başlar çevrildi yola, 
Gözlər qıyılaraq qaşlar çatıldı, 
Qələnin bürcündən toplar atıldı...
III
 
IV
 
V
 
  LAYİHƏ


 
60 
 
 
1.Əsərin davamını oxuyun, hər parçadakı  əsas fikirləri ümumiləşdirib  
bir neçə cümlə ilə yazmağa çalışın. 

Oxunmuş parçalar
Onlardakı əsas fikirlər 
 
2.
 Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
3.
 Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma, 
yaxud dilimizə aid olduqlarını əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
4.
  Daha maraqlı hesab etdiyiniz məcazları yazın. 
Maraqlı hesab etdiyim məcazlar 
və onların növü 
Bu məcazları maraqlı hesab 
etməyimə səbəb nədir? 
5.
Şifahi təqdimata hazırlaşın.
 
 
 
Nədənsə, qatilləri 
Boğmayırmış göz yaşı... 
Gəldi uğursuz xan, 
Əyildi xalqın başı; 
Baxaraq azğın-azğın  
Qan daman gözlərilə 
Ürəkdən məğlub şahın 
Əyləndi sözlərilə. 
Qalxdı başlar səcdədən, 
Başladı çirkin hesab: 
Dodaqlar üzəngidə, 
Öpüldü çaxçur, corab. 
Simur kürkün ətəyi 
Öpüldükcə marçamarç 
Ayini-təqdis etdi 
Məshəb ilə qızıl xaç... 
Ağsaqqallı bir qoca 
Bir ehtişam əsiri
Uğursuz hökmdarın 
Beş tuğlu baş vəziri 
Yetirdi məğlub şaha 
Buyruğunu xaqanın: 
“Malın, mülkün bizimdir, 
Amanda ancaq canın. 
Qarşı çıxdın xaqana, 
Tutmadı, söndü baxtın, 
Qılınc çaldıq, qazandıq, 
Bizimdir tac və taxtın”. 
“Yaşasın” bağırtısı 
Qopunca hər bir yandan 
Hərəkət əmri verdi 
Lələkli baş komandan... 
Beləcə əski parça 
Bir çırtmayla atıldı; 
Bütün bu ölkə xalqı 
Çox ucuza satıldı... 
Yoxsullar boğularkən  
Bu qanlı, yaslı vayda, 
Xaqan dalmışdı eyşə 
Bağlardakı sarayda. 
Mərmər sütunlu qəsrin 
Sarmaşıqlı eyvanı 
Çıraqlarla bəzənmiş, 
Nurladırdı hər yanı. 
Çiçəkli köşkü axşam 
Bəzətmişdi əski şah. 
Xaqan demişdi: “İndi 
Kef etməmək bir günah. 
Mənim sadiq vəzirim, 
Gəl, gəl, baxaq hesaba; 
Vəzirimin saqqalı 
Boyansın bir şəraba!” 
 
 
... Göstərdilər xaqana
Kəsmə telli bir qızı,  
Dedilər ki, “ bu Sara –   
Ölkəmizin ulduzu”. 
Fərqi yox, qoy süzülsün, 
Baxsın belə dərindən, 
Nə anlar sərxoş baxış 
Saranın gözlərindən! 
Kim ki Saranı gördü, 
Çəkdi xeyli yanıq ah.
Bir şey qanmadı ondan 
O qəlbi kor padişah... 
Parlayan aləmləri 
Anlarmı qan içənlər?! 
Nə bilir çiçək nədir, 
Kor gəlib, kor keçənlər?!. 
“Oxusun!” – əmri çıxdı. 
Sara coşdu bir daha.
Can verən sərxoş gecə 
Ölürkən yorğun, əzgin, 
Coşdu qızın səsində 
Ölkədə qaynayan kin. 
Boş yerə bir ölkənin 
Haqsızca axan qanı 
Saranın dodağında 
Canlandı, oldu mahnı: 
 
 
Şərqi 
Mən ki səndən doymamışdım, 
Quş qonmağa qoymamışdım,
Bir almanı soymamışdım, 
Kim sənə kəc baxdı, dağlar?!. 
Darğınam mən belə baxta
Ürəyim qan laxta-laxta. 
Bax ki kimlər çıxdı taxta, 
Küsdü kimin baxtı, bağlar! 
Çıxmamış gün, atmamış dan, 
Qanlı bir toz qalxdı yoldan. 
Qoç igidlər oldu qoldan, 
Qanlı kəfən taxdı, bağlar! 
 
• EVDƏ İŞ 
I
 
II
 
III
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə