Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə20/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

 
50 
 
 
İ x t i y a r (müztərib) 
Bana imdad edin, eyvah, imdad! Əmr edin, şimdi bulunsun cəllad! 
 
X a v ə r i n  x ə y a l ı (görünür və çəkilib gedər) 
İntiqam!.. 
İ x t i y a r 
İştə o, dilbər mələyim! 
Getmə, dur, bən də bərabər gələyim. 
 
Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu 
iki nəfər başqa haydutla gəlir. 
 
V a s i f (Rənayə) 
Şu zalım xunxar, 
Babanın qatili olmuş... 
 
E l x a n (növbətçiyə) 
Al bunu, söylətmə daha! 
(İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur.)  
 
E l x a n 
Hazır ol! Bir, iki, üç...  
(Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna düzərlər.) 
H ə p s i  
Ah, eyvah!.. 
 
E l x a n (Vasifə, İbn Yəminin cənazəsini göstərir) 
Bana baq, izləməsəydin də dəmin, 
Ələ keçməzdi, inan, İbn Yəmin. 
Xeyli məmnunim, əzizim, səndən, 
Söylə, yavrum, nə dilərsin bəndən? 
İ b l i s (Rənayı göstərir) 
O gözəl afətə məftun şu çocuq. 
 
R ə n a (Arifə) 
Sən bənim əski pərəstişkarım, (Vasifi göstərir.) 
Bu isə ən yeni bir dildarım; 
Haqqı, əfsus, edəməm bən inkar
Çünki Tanrımla bənim əhdim var,  
Bulsa hər kim babamın qatilini, 
Bil ki, məmnun edər ancaq o bəni. 
 
A r i f (Rənayə) 
Nə demək!.. Sən bu çürük lafı bıraq!  
Yoq, bu, mümkün deyil əsla, bana baq!  
Bir düşün, əldə dururkən şu silah,  
Böylə təhqirə dayanmam... 
 
...A r i f  (ətrafa, təhəssür ilə) 
Ah, bir Vasifi görsəm... əfsus!.. (Həyəcanlı və müztərib.) 
Qardaşım, sevgili Vasif, bana gəl! 
Səni görsəm, bəni qorqutmaz əcəl. 
 
 
  LAYİHƏ


 
 
51 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

V a s i f (ətrafa) 
Ah, fəqət, 
Qardaşım Arifə qaldım həsrət. (Yaralı bir ahənglə.) 
Nerdəsin? Gəl bana, Arif!.. Əlan 
Kim bilir, bəlkə, əcəl verməz aman. 
İ b l i s 
Hazır ol! Bir, iki, üç... (Silahlar açılır.) 
V a s i f (düşər) 
Ah!.. 
R ə n a  
Vasif! Eyvah!.. (Cənazə üzərinə qapanıb ağlar.) 
A r i f (şaşqın) 
Nasıl? Vasifmi?! 
 
İ b l i s (acı qəhqəhə ilə) 
Öylə ya, Vasif!.. O Vasif ki, səni  
Eşqi  yıllarca əsir etmişdi, 
Sana qurban oluyor, baq, şimdi. 
A r i f (şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı)  
Qardaşım, ah, o əvət!..  (Qucaqlar.) 
Vasif! Oyan, 
Ah, visalın nə yaman oldu, aman! 
Şu vidain daha müdhiş... Vasif! 
Dur, bərabər gedəlim... (Əlindəki silah ilə intihar etmək istər.) 
R ə n a (mane olur.) 
Of, Arif! 
(Biixtiyar silah Arifin əlindən düşər, Vasifə baqıb qorqar, geri çəkilir. İblisi 
sərsəmcə baqışlarla süzüb durur). 
Ü m u m (coşqun, İblisə
Sənsin bu cinayətlərə bais. 
Qəhr olmalı, məhv olmalı İblis! 
Hər tərəfdən hücum etmək istərlər. 
İ b l i s (gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə) 
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 
Qan püskürən, atəş savuran kinli krallar
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, 
Altın və qadın düşkünü divanə bəbəklər. 
Bin hiylə quran tilki siyasilər, o hər an  
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, 
Onlar duruyorkən bəni təhqirə nə hacət?! 
İblis nədir? 
– Cümlə xəyanətlərə bais... 
Ya hər kəsə xain olan insan nədir? 
– İblis!.. 
(Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə  çəkilir, Arif əlilə saçlarını 
yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq 
dəvam edər). 
 
  LAYİHƏ


 
52 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
1. Tapşırıqları fərdi olaraq yerinə yetirin: 
a) İkinci, üçüncü və dördüncü pərdələri nəzərdən keçirin. 
b) Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid 
olduğunu əsaslandırın.
 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
c) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir? 
Əsərdən seçilmiş 
məcazlar 
Onların növü
Daha maraqlı hesab 
etməyimin səbəbi? 
d) Oxuduğunuz pərdələrdə  diqqətinizi daha çox cəlb edən məsələləri 
ikihissəli gündəlikdə yazın. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi 
e) Suallara cavab hazırlayın: 
Arif qatilə, silah və altun hərisinə necə çevrildi? 
– İblis cinayətlərin baiskarı olmadığını necə ifadə edir?  
– Oxuduğunuz pərdələr hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
2. Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirib ümumiləşdirin. 
3. Təqdimatlar etməklə yerinə yetirdiyiniz bütün işlərlə bağlı fikir 
mübadiləsi və müzakirə aparın. 
 
 
1. İblisin son monoloqunun ifadəli oxusunu hazırlayın.  
2. Dördüncü pərdənin məzmununu yığcam nağıl etməyə hazırlaşın.
 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
MƏTNİ OXUYUN. AŞAĞIDAKI TAPŞIRIQLARI YERİNƏ YETİRİN 
1. “Xarakterlər xəritəsi”ndən istifadə etməklə Arif obrazını  səciyyə-
ləndirin. 
 
 
2. Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu izah edin. 
Bədii təsvir və ifadə vasitəsinin 
işləndiyi cümlə 
Fikrin təsir gücünün  
artmasında onun rolu 
 
3. Digər bir janrla (komediya və ya dramla) müqayisə etməklə  əsərin 
faciə janrında olduğunu əsaslandırın.  
Hansı cəhətlərinə
görə müqayisə 
edilir? 
Faciə
(nümunə göstərməklə 
izah edin) 
Komediya  
(nümunə göstərməklə 
izah edin) 
• II dərs 
• EVDƏ İŞ
 
III dərs 
... 
nitqi 
... 
başqalarına 
münasibəti 
 
... 
xarakteri 
... 
əməlləri 
Obrazın  
adı 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə