Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə18/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

 
44 
 
A r i f (acı təbəssümlə) 
Bir fəzilətsə öldürüb-ölmək
Canavar bizdən əşrəf olsa gərək. 
 
… İ x t i y a r (onun qolundan tutaraq) 
Arif, oğlum, bıraq  münaqişəyi,  
Gəl, işim var səninlə... 
 
… İ b n  Y ə m i n (dışarıda pəncərə önündə, çavuşa) 
Pək düşündün, nə var? 
Ç a v u ş 
Bəyim, hər şey, 
Bir bəla iştə gördüyün Arif
Çünki Rənayə pək yaqın şu hərif. 
Daha müdhiş bəla bizim əskər, 
Qorqarım, cümlə sirri faş eylər. 
Bizi görmüş də çünki Rənanın  
Babasın qətl edən zaman, xain! 
Arif  sağ tərəfdən daxil olur, onları dinlər. 
 
İ b n  Y ə m i n (qafasını oynataraq istehzalı təbəssümlə) 
Bir böyük ordu, bir yığın insan, 
Bənim uğrumda oldu həp qurban. 
Keyfə sərf eylədim də milyonlar, 
Yenə devlətcə etibarım var. 
Bən kimim, bir ərəb... nə zənn etdin? 
Bir çocuqdanmı qorqar İbn Yəmin? (Gedərlər.) 
İşıq azalır, ağsaqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. 
 
R ə n a (şaşqın və həyəcanlı) 
Ah, babam, bir də anlı-şanlı babam! 
İntiqam almadan, inan, yaşamam. 
 
B a b a s ı n ı n  x ə y a l ı (mühib və ağır bir ahənglə) 
İntiqam! İntiqam!.. (çəkilir.) 
A r i f 
Aman, bu nə hal! ? 
R ə n a 
Babamın kim bulursa qatilini, 
Ona bən səcdə eylərim ələni. 
Bəni çöllərdə gəzdirən duyğu, 
İntiqam eşqi... həp bu, yalnız bu. 
A r i f 
Görünür, sizcə, bəllidir qatil? 
R ə n a 
Xayır, əsla bilinmiyor o səfil, 
Diyor İbn Yəmin: “İnan bana sən,  
Bulurum nerdə olsa qatili bən”. 
A r i f 
Bəncə, bir hiylədir bu, dinləmiyin. 
… Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti 
gətirirlər. 
  LAYİHƏ


 
 
45 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

A r i f (Vasiflə küçük zabitə) 
Ah, nə munis, nə mərhəmətlisiniz; 
Nerdə rast gəldiniz şu zabitə siz? 
V a s i f 
Pək yaqınlarda, yol kənarində
Baqdıq, əhvalı xeyli pəjmürdə. 
 
K ü ç ü k  z a b i t 
Bir əsir iştə, düşman olsa belə,  
Yenə lazım müavinət edilə. 
 
... K ü ç ü k  z a b i t 
Türk ordusu ətrafə bu gün həmlə edərkən, 
İranə və ya Qafqaza imdadə gedərkən
Rus ordusu durmaz, çəkilirkən önümüzdən,  
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən  
Feyz almayaraq biz olalım qəflətə mail,  
Satmaz, satamaz milləti şəxsiyyətə aqil. 
 
V a s i f (ani bir düşüncədən sonra kəskin və şiddətli) 
Turana qılıcdan daha kəskin ulu qüvvət,  
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... 
 
Bu sırada səhnənin işığı azalır. 
 
 
1. Əsərin davamını – ikinci, üçüncü, dördüncü pərdələri (burada onlar-
dan parçalar verilmişdir) nəzərdən keçirin. 
2. Oxuduğunuz pərdələrdə ifadə olunmuş mühüm fikirləri müəyyənləş-
dirməyə çalışın. 
Oxunmuş 
pərdələr 
Onlarda ifadə olunmuş 
mühüm fikirlər 
Bu fikirləri mühüm hesab 
etməyimin səbəbi 
II pərdə
III pərdə
IV pərdə
3. Şifahi təqdimata hazırlaşın. 
 
 
 
İKİNCİ PƏRDƏ 
 
Ərəb zevqinə uyğun süslü bir salon... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi dü-
zəltir. Bu sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə 
büsbütün şaşırır. 
 
... İ b l i s 
Söylə, dərdin nədir, aydın söylə!  
A r i f 
Mərhəmət qıl da, aman, lütf eylə, 
Söylə Rənayə ki, Arif gəlmiş. 
İ b l i s 
Anladım dərdini, lakin bu, zor iş...  
Ona nail olur ancaq onlar  
Ki, avuclar dolusu altını var. 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
46 
 
A r i f 
Bəndə yoq altın, əzizim, zira  
Uymamış sərvətə könlüm əsla. 
İ b l i s (yarımqəhqəhə ilə) 
Altının yoqsa, silahın var ya, 
Bəni öldür də, qavuş sonra ona. 
Nəyə daldın, niçin oldun məyus? 
A r i f 
Çünki yoq bir şeyim, əfsus, əfsus! 
İ b l i s 
Bir şeyin yoqsa da, könlün var ya, 
Bana ver könlünü... 
 
A r i f (masa üzərindəki şərab qədəhini yaqalar) 
Ah, aman! Bir içim olsun, bana su! 
 
İ b l i s (sürahiyi alıb qədəhi raqı ilə doldurur) 
Al, iç! 
 
A r i f (yarıya qədər içər. Yüz-gözünü bürüşdürür) 
Eyvah, nə dəhşət, yahu! 
Su deyil, səmli bir atəşdir bu. 
 
İ b l i s (başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir) 
Bu, fəqət tatlıdır, al iç!  
Rəna əlində bir qaç parça kağız daxil olur.  
 
İ b l i s 
Şu kağızlar nə içindir, yavrum? 
R ə n a 
Onu bunlar edəcəkdir məhkum. 
A r i f 
Əcəba, kimdir o xain, miskin? 
R ə n a 
Səncə, pək bəlli hərif: İbn Yəmin. 
 
A r i f 
Bana ver, şimdi o azğın canavar,  
Bulur, əlbəttə, cəza, qurtulamaz. 
(Kağızları alır, sürətli adımlarla gəldiyi qapıdan çıqar.) 
 
İ b n  Y ə m i n (daxil olur, Rənayə) 
Get, gülüm, sonra məhəbbət edəriz. 
(Ariflə bərabər əlisilahlı iki kanun nəfəri daxil olur. Arif İbn Yəmini göstərir.) 
Tam kəndisi, iştə! Ah, qəddar! 
 
İ b n  Y ə m i n 
Lakin çəkilirmi bu həqarət?(Silah çəkmək istər.) 
A r i f 
Bəllidir etdiyin xəyanət.(İbn Yəmini alıb götürürlər.) 
A r i f 
Xain yaqalandı, ən nihayət. 
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə