Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

 
 
39 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

problemdən – qadının taleyindən, mövhumatdan, cəhalətdən uzaqlaşması, qəf-
lət yuxusundan ayılmasından söz açır, azad, bəxtiyar bir insan kimi ömür 
sürməsini arzulayır. “Hərb və  fəlakət”  əsərində  ədib dünyada gücün, zorun 
haqqı üstələməsi ilə barışa bilmir, hərb yolunu tutanların bəşəriyyəti fəlakətə 
sürüklədiyini göstərir. 
H.Cavidin “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” 
(1912), “Hübuti-Adəm” (1913) poemalarında epik təsvirlərdən çox, lirik-ro-
mantik düşüncələr öz əksini tapmışdır. “Azər” poemasında Qərbə və Şərqə, eyni 
zamanda Şərq–Qərb müstəvisində Azərbaycana baxışları əks olunmuşdur.  
H.Cavid ədəbiyyatımızda mənzum romantik 
dramaturgiyanın banisidir. Ədibin ilk dram 
əsəri olan “Ana” (1910) mənzum faciəsinin 
mövzusu Dağıstan həyatından alınmışdır. “Ma-
ral” (1912) pyesi pula, sərvətə aludəçiliyin cəmiyyətdə törədə biləcəyi faciələri 
əks etdirir. Bakı mətbəə işçilərinin həyatından bəhs edən “Şeyda” (1916) pye-
sində ədibin digər dram əsərlərindən fərqli olaraq çətin, ağır həyat tərzinin və 
azadlıq düşüncəsinin təqdimi ön plana çəkilmişdir. Dramaturq “Şeyx Sənan” 
(1914) mənzum faciəsində dini-əfsanəvi şəxsiyyət olan Şeyx Sənanın timsalında 
insanın mənəvi ucalığını, əsl eşqin dini etiqad üzərindəki təntənəsini, buxovları 
qırmaq qüdrətini əks etdirmişdir. “Uçurum” (1919) faciəsi ilə Hüseyn Cavidin 
yaradıcılığının birinci mərhələsi başa çatır.  
Sonrakı illərdə qələmə alınmış “Peyğəmbər” və “Topal Teymur” əsərlərində 
tarixi  şəxsiyyətlərə, tarixdən alınmış hadisələrə müraciət olunmuşdur. 
“Knyaz” (1929) dramında Cavid azad sevginin və pak mənəviyyatın təntənəsi 
motivini diqqət mərkəzinə çəkmişdir. 1932-ci ildə yazdığı “Səyavuş” faciəsində 
dramaturq Ə.Firdovsinin “Şahnamə” əsərinin motivlərinə müraciət  edərək öz 
humanist düşüncələrini qələmə almışdır. H.Cavidin dramaturgiyası “Xəyyam”, 
“İblisin intiqamı” əsərləri ilə tamamlanır.  H.Cavid Azərbaycan ədəbiyyatında 
romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biridir. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın. 
3. “İblis” faciəsini oxuyun, əsərin məzmunu üzrə müzakirəyə hazır-
laşın.
 
 
 
1. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. I cild, Bakı: 
Şərq-Qərb, 2007, s.13-14.  
2. Cavid H. Əsərləri. Beş cilddə. I cild, Bakı: Lider Nəşriyyat, 2005, səh. 
7-13, 10-23. 
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Sənətkarın  dramatik əsərlərinin 
mövzu, problem, konflikt özəlliyi 
hansılardır?
 
  LAYİHƏ


 
40 
 
İBLİS 
Faciə – 4 pərdə 
(ixtisarla) 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın. 
Müharibələrin qarşısını 
almaq mümkündürmü? 
Sizcə, ədalətli 
müharibə nədir? 
Ədalətsiz 
müharibə nədir? 
1. Müstəqil oxuduğunuz əsərdən aşağıdakı parçanı nəzərdən keçirin. 
Tapşırıqları fərdi olaraq yerinə yetirin: 
a) Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid 
olduğunu əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir? 
Əsərdən seçilmiş 
məcazlar 
Onların növü
Daha maraqlı hesab 
etməyimin səbəbi? 
c) Oxuduğunuz parçada  diqqətinizi daha çox cəlb edən məsələləri 
ikihissəli gündəlikdə yazın. 
Əsərdə diqqətimi cəlb edənlər
Bunun səbəbi 
d) Oxuduğunuz parça hansı mənəvi dəyərlər barədə danışmağa 
imkan  verir? 
2. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.  
3. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
 
 
 
Əşxas: 
– 
İ b l i s –  . . .  
– 
M ə l ə k –  . . .  
– 
İ x t i y a r   ş e y x – ağsaqqal bir sövməənişin...  
– 
X a v ə r – İxtiyarın torunu 
– 
 A r i f – pərişan saçlı, sadə geyimli bir gənc  
– 
V a s i f – könüllü bir türk zabiti (Arifin küçük qardaşı)  
– 
K ü ç ü k   z a b i t – Vasifin arqadaşı  
– 
R ə n a – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk)  
– 
İ b n  Y ə m i n – qırq beş yaşında qaraşın bir ərəb zabiti  
– 
Y a r a l ı   z a b i t – rus ordusuna mənsub bir gənc 
– 
T e y f – Rənanın məqtul babasının xəyalı  
– 
E l x a n – zabit (əskəri qaçaq)  
– 
Zabitlər, əskərlər, haydutlar və sairə...  
 
İLK PƏRDƏ 
 
Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Pərdə açıldıqda Arif bir tə-
rəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, 
səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək, 
bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) 
• I dərs 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə