Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

 
 
41 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin 
müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. 
Gurultudan sonra sükut... 
 
İ b l i s (məmnun qəhqəhələrlə) 
Dəryalərə hökm etmədə tufan, 
Səhraları sarsıtmada vulkan, 
 Sellər kibi aqmaqda qızıl qan, 
Canlar yaqar, evlər  yıqar insan...(qəhqəhə) 
 
M ə l ə k 
Ya Rəb, bu nə dəhşət, nə fəlakət? 
Ya Rəb, bu nə vəhşət, nə zəlalət? 
Yoq kimsədə insafü mürüvvət, 
İblisəmi uymuş bəşəriyyət!? 
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər, yenə göy gurultusu, top, 
mitralyoz sədaları başlar. Sonra sükut... 
 
İ b l i s (çılğın qəhqəhələrlə) 
Toplar veriyor aləmə dəhşət
Dəhşət!.. Qopuyor sanki qiyamət, 
Yağmur kibi göydən yağar atəş!.. 
Atəş!.. Qaralar, dalğalar atəş!.. 
 
M ə l ə k 
Ya Rəb, azacıq lütfü inayət! 
Qəhr olmada artıq bəşəriyyət. 
Başdan-başa həp yer yüzü vəhşət, 
İblis ilə həmrəngi-siyasət. 
Gözlər qapanır, səhnə aydınlaşır. 
A r i f (uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, 
göyə doğru) 
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! 
        Ey xaliqi-hikmət! 
… Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! 
        Ruhum səni izlər. 
Lütf et, o gözəl çöhrəni bir an bana göstər, 
        Könlüm səni özlər. 
Uydum da peyğəmbərlərə, qanunə, kitabə, 
         Duydum yenə qəsvət. 
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, 
         Həp zəfə əlamət... 
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, 
         Yoq rəhbəri-vicdan; 
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, 
          Bir şöleyi-irfan. 
En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, 
         Gəzdir qonağında; 
Yerlərdə süründüm, yetişir; göylərə qaldır, 
         Dindir qucağında, 
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi  
         Cənnətdə mələklər? 
Qaldır bəni, ta görməyim insandakı zülmi, 
         Baq, yer üzü inlər. 
  LAYİHƏ


 
42 
 
Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət 
         Bulmazmı nihayət? 
İnsanları xəlq etmədə var bəlkə də hikmət, 
         İblisə nə hacət!? 
Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. 
İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən – alevlər içindən çıqar. Yaldızlı və 
əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. 
 
İ b l i s 
Arif! Bana baq, sən də mi evhamə qapıldın? 
Biçarə çocuq, sən də mi İblisə taqıldın? 
Dahilər, ululəzm nəbilər belə bəndən  
Hiç vəchlə təxlisi-giriban edəməzkən  
Daim bəni təhqir edərək əyləniyorsun... 
Həp söyləniyor, söyləniyor, söyləniyorsun... 
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də  
Baziçə olursun qoca İblisin əlində. 
İblis, o böyük qüdrət, o atəşli müəmma  
Bir gün səni də kəndinə eylər kölə... amma 
Heyhat, olamaz dərdinə bir kimsədən imdad, 
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. 
Ridasının  ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə  çəkilib gedər. 
Səhnə aydınlaşır. 
 
A r i f (şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara 
həyəcanlı bir müztərib) 
Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə! 
 
İ x t i y a r 
Oğlum, mədəni aləmi nifrətlə bıraqdın, 
Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın. 
İnsandakı haqsızlığı, zülmü unut artıq, 
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq. 
Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət  
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət. 
Arif! Unut, oğlum, unut artıq, bəni dinlə, 
Sən kəndini məhv eyləyəcəksin bu gedişlə. 
… Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər, İblisin qəhqəhələri 
eşidilir.  İxtiyar  məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli olaraq 
gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin ışığı azalır.  
 
A r i f (fəsini qoyaraq, şaşqın) 
Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın?  
Nerdən gəliyorsun, nə imiş şöhrətü namın? 
 
İ b l i s (məğrur qəhqəhələrlə) 
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,  
Həp Xaliqə təsbih idi, təhlil idi virdim, 
İlk öncə mələklər bəni təqdis ediyordu, 
Adəm kibi bir sayğısız axır ləkə vurdu.  
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, 
Allah ilə bir zikr edilir namü nişanım. 
 
  LAYİHƏ


 
 
43 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

A r i f 
Artıq yetişir, anladım, izahə nə hacət, 
 Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! 
Həp qəhr oluyorkən şu cihan xain əlinlə, 
 Bilməm nəyə gəldin, nəyə gəldin bana, söylə?! 
 
İblis 
Baqdım, əziyor ruhunu həp qeydi-əsarət,  
Gəldim edəyim ta səni hürriyyətə dəvət.  
Baqdım, səni məhv etmədə bin dürlü xəyalət,  
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət. 
 
… A r i f 
Haydı, çəkil, iştə açıq yol!.. 
(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır.)  
 
X a v ə r  (gəlir, həyəcan və təlaş ilə) 
Söylə, Arif! Aman, nə oldu yenə, 
Yenə kimlər göründü gözlərinə? 
 
A r i f 
Sorma, hiç sorma, nazənin Xavər, 
Bəni məhv etdi iztirabü kədər. (Onu qolları arasına alır.) 
Sən, əvət, sən də olmasan, heyhat! 
Bəni bir gün boğar şu qanlı həyat. 
Ah, o gözlər bilirmisin nə diyor? 
 
X a v ə r 
Nə diyor, söylə... 
 
A r i f 
Ruhu cəzb ediyor, 
Söylüyor əski xatiratı bana.(Ətrafa.) 
Sanki qarşımdadır gözəl Rəna. 
…Bu sırada İxtiyar ilə bərabər, İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində 
ufaq bir çanta daxil olurlar
 
A r i f (diqqət və heyrətlə ətrafa) 
Ah, o, Rəna, nazənin afət! 
 
X a v ə r 
Yenə bir şeymi oldu, Arif? 
A r i f 
Əvət. (Rənayə yaqlaşaraq) 
Söylə, Rənamı isminiz? 
 
R ə n a (Arifin əlini sıqar, heyrət və sevinclə)  
         Arif! 
İ b n  Y ə m i n (Arifi, süzər, ətrafa) 
Bizə bir əngəl olmasın şu hərif?! 
A r i f 
Bu gəliş, əfv edərsiniz, nerədən? 
İ b n Y ə m i n (məğrur və laübali) 
Səhneyi-hərbdən, mücadilədən. 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə