Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə19/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

 
 
47 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

İ b l i s (yarımqəhqəhə ilə) 
Eşq olsun, əvət, böyük məharət!  
A r i f 
Rəna hanı? Söylə gəlsin! 
İ b l i s 
Əfsus, 
Bir zabitə uydu getdi... 
 
A r i f (sözünü kəsərək) 
Bildim, yetişir, o bəlli bir yol. (Dərhal dışarı fırlar.) 
İ b l i s 
Get, durma! (istehzalı qəhqəhə) 
Fəqət, yazıq! Əmin ol, 
Bəklər səni bir yığın cinayət, 
İzlər səni bir yığın fəlakət. (Qəhqəhə...) 
 
 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx 
dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş...  Son bahar, öylə, sisli 
hava... Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdən-
birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. 
 
A r i f 
Xavər, bana baq, zavallı Xavər! 
Bir söylə, nədir bu hali-müztər? 
 
X a v ə r 
Qoşdum sana sevdiyimdən, amma 
Baqdım ki, sevilməyənlər əsla 
Layiq deyil olmağa həmağuş, 
Ürkdüm də, çəkildim iştə mədhuş. 
A r i f 
Dur, qəlbimi bir də yaqma artıq, 
Arif fəqət intiharə layiq... 
Bəndən babana səlam edərsin,  
“Gəlmişdi də, şimdi getdi” dersin. (Gedəcək olur.) 
 
X a v ə r (bir az yaqlaşır) 
Yoq, getmə, babam gəlir bu saət, 
Dur bir verəyim xəbər...(Gedər.) 
 
A r i f (cibindən yarıdolu bir raqı şişəsi çıqarır) 
Of! Qəmlərimə təsəlli ol sən
Hər dərdi unutmaq istərim bən. 
Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən 
tabançayı yerdən alır, qurşunlarına diqqət edər.  
 
A r i f (səndələyərək) 
Gəldinmi? 
 
  LAYİHƏ


 
48 
 
X a v ə r 
Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl! Məhv et bəni, olmayım da əngəl. 
 
A r i f (vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və məmnun bir 
qəhqəhə...) 
Al!.. İştə... budur cavabın ancaq... 
Xavər  iztirab və dəhşətlər içində əbədi bir şükutə varır.  
 
İ x t i y a r (gəlir, Xavərin cənazəsini görüncə) 
Ah, o nə, eyvah, nə olmuş ona? 
… (Məyus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz 
edər, titrək və acı bir fəryad ilə.) 
Söylə, aman, söylə, mələk Xavərim! 
Kim?.. Sana kim qıydı, aman, söylə, kim?  
(Qucaqlayıb öpər. Cənazəyə acı fəryad ilə.) 
Yavrum! Aman, nazlı, mələk Xavərim... 
 
Pərdə 
 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
(Ormanda bir cığır...  Ariflə Rəna gəlir. Kənarda ıslıq çalınır, bir qurşun atılır).  
R ə n a (diksinir, təlaş ilə) 
Qurşun səsi!.. 
 
A r i f (laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır) 
Hiç qorqma, yanımda həm silah var, 
Həm altın... Əvət, nasıl da parlar!.. 
Bir avuc altın çıqarır, əlində oynatıb cibinə qoyar. Haydutlar  arqa tərəfdə
ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. 
 
 
R ə n a 
Nerdən sana anlamam şu sərvət? 
 
A r i f (məğrur qəhqəhə ilə) 
Bir arqadaşımdan oldu qismət, 
Pəncəmdə həlak olub boğuldu, 
Sərraf idi, həm də xeyli zəngin... 
Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. 
 
R ə n a 
Sus, bir ləkədir bu söz səninçin; 
Beş altına qarşı bunca vəhşət!? 
Haydutlar ortaya fırlar. 
 
B i r i n c i  h a y d u t (tüfənglə nişan alır) 
Altınları ver!.. 
 
İ k i n c i   h a y d u t (xəncərini Arifin köksünə dayar) 
Ver həpsini! 
  LAYİHƏ


 
 
49 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

(Bu sırada vüqarlı, müsəlləh, zabitqılıqlı, qalınbıyıqlı, gur, qarasaqallı, zində və 
mühib simalı Elxan ağaclar arasından çıqar.  Ətrafda iki qurşun atılır, Elxan 
haydutlara) 
Durmayın, haydı, bir baqın da nə var
Bəkçilər zərrə qəflət eyləməsin. 
Ələ bir av keçərsə, siz gətirin. 
Bana baq, kim dökərsə haqsız qan,(kəndinə işarətlə) 
Ən ağır bir cəza verir Elxan. 
Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. 
Elxan onu görüncə tanır. (İbn Yəminə) 
Söylə, kimsin? Adın nə? 
 
İ b n  Y ə m i n  
... İbn Yəmin. 
 
E l x a n (Ariflə Rənayə yarımqəhqəhə ilə) 
Bəni asdırmaq istəyən şu ləin! 
İştə bir av ki, izlər avçısını. 
 
İ b n Y ə m i n (diz çökər) 
Aman, əfv et! Qüsurluyum, Elxan! 
(İblis ağaclar arasından çıqar).  
E l x a n 
Yahu, səni kim bıraqdı?.. 
 
İ b l i s (məğrur bir tevr ilə əlini köksünə qoyaraq) 
Kəndim! 
A r i f (Elxana) 
Bir mürşid o, sahibi-kəramət. (İblisin əlini öpər) 
Xoş gəldin, aman, nə mutlu saət!.. 
E l x a n 
Kimsin, əcəba, səndə ki var böylə məharət?  
İ b l i s 
Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, 
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah,  
Dünyadə əgər varsa rəqibim, o da: Allah!..(qəhqəhə) 
 
…Bən Şərqdə abid olurum, Qərbdə rahib. 
Bir qazi olub, gah edərim fitnələr icad, 
Bəzən olurum bir çoban, azadə bir insan,  
Bəzən olurum zülmü fəsad aşiqi sultan. 
Bu halda İxtiyar – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə 
bir qiyafətdə ağacların arasından çıqar. 
 
İ x t i y a r (həyəcanlı və çılğınca bir fəryad ilə) 
Ah, Xavər! Sana kim qıydı, gülüm! 
Bən dururkən sana layiqmi ölüm? 
Onlar, eyvah, o səfil insanlar
Qəlbi, vicdanı sönük qaplanlar!.. 
 
E l x a n (sözünü kəsərək) 
Söylə, aç söylə, bilinsin dərdin, 
O sönük qəlbi isındırmaq için, 
Nə dilərsin yaparım, etmə kədər... 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə