Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə21/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

 
 
53 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
4. Aşağıdakı fikirlərlə tanış olun. Müzakirədə onlara münasibət bildirin. 
– İblis xəyalın məhsuludur. İnsan İblisi bəlkə elə ona görə yaratmışdır ki, tö-
rətdiyi qəbahətlərin, cinayətlərin müqabilində özünə bəraət qazandıra bilsin.  
(Məsud Əlioğlu) 
– Cavid insan naqisliyini elə başlanğıcdan insanın nəfsə qul olmasın-
da axtarır. İblis də insanın bu naqisliyindən istifadə edir.  
(Qara Namazov) 
 
5. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Fikrinizi əsaslandır-
maq üçün əsərdən nümunələr göstərin. 
Əsərin ideyasını daha qabarıq əks etdirən 
misralar 
Nə üçün belə düşünürsünüz? 
 
 
6. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün. 
7. Təqdimatlar əsasında fikir  mübadiləsi və müzakirə aparın.
 
 
 
H.Cavidin yaradıcılığında “İblis” (1918) 
faciəsinin xüsusi yeri vardır. Görkəmli  ədib 
bu  əsərində,
 
ilk növbədə,
 
müharibələrin sə-
bəblərini aydınlaşdırmağa çalışmış, insanlara 
ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin 
törətdiyi faciələri əks etdirmişdir. Mələyin müharibələrin səbəbini  bəşəriyyətin 
İblisə uymasında,  İblisin isə insanın özündə, onun mənəviyyatındakı nöqsan-
larda görməsi əsərə fəlsəfi mahiyyət gətirir. Cavid bu ikili münasibəti müxtəlif 
xarakterli insanların və hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun, 
qurşun hərisliyinin yaratdığı  dəhşətli məqamları təsvir etməklə müharibələrə 
nifrət hissi aşılamışdır.  
Araşdırma əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan ya-
radacaqdır. 
Faciənin qəhrəmanı Arif ilk səhnədə həqiqət 
axtarışına çıxan, həyatı  dərk etməyə çalışan, 
mənəvi saflığını qorumağa can atan bir gənc 
kimi diqqəti cəlb edir. Haqq-ədalət axtarışları 
Arifi kamil insana çevirmir. Arif altun və qurşun sınağından çıxa bilmir, mə-
nəviyyatındakı qüsurlar onu cinayətə sövq edir. Əsərdə diqqəti daha çox cəlb edən 
İblis  mifik obrazdır.  İnsanların iradəsizliyi, öz mənfi ehtiraslarının  əsirinə 
çevrilməsi İblisi sevindirir. İblis onu şər əməllər törətməkdə günahlandıran, bü-
tün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır, əsl  təqsirkarın insanın özü 
olduğunu söyləyir.  
Əsərdəki İxtiyar  Şeyx, Rəna, Elxan və başqaları fəlakətləri fərqli şəkildə ya-
şasalar da, onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gə-
tirdiyi qənaətindədir. 
“İblis”də real müharibə  səhnələri, gerçək 
döyüş  vəziyyətləri yoxdur. Müharibənin  ən 
böyük  şər kimi təqdim olunduğu faciədə or-
duların deyil, insanların qarşılaşmasının diq-
qət mərkəzinə çəkilməsi ibrətamizdir. H.Cavid qanlı döyüşlərdə  iştirak edən, 
böyük fəlakətlərin  şahidi və  iştirakçısı olan insanların taleyi timsalında  
müharibəyə münasibəti ön plana çıxarmışdır.  Əsərdə qaldırılan problemlər 
Əsərin mövzusu nədir? Faciədə diq-
qətə çatdırılan mənəvi dəyərlər han-
sılardır? 
Əsərdəki obrazların  xarakter və 
əməlləri üçün səciyyəvi olanlar nədir? 
Əsərdə qaldırılmış problemlər və kon-
flikt    üçün    özəl  olan  cəhətlər  han-
sılardır? Əsərin başlıca ideyası nədir? 
  LAYİHƏ


 
54 
 
sənətkarın yaşadığı dövrdə baş verən faciəli hadisələrin əks-sədasıdır. Faciədə 
konfliktin  mənəvi aləmin  müxtəlif qütbləri arasındakı ziddiyyətlər  əsasında 
qurulması fikrin, mənanın qüvvətli və emosional ifadəsinə xidmət edir.  “İblis” 
müharibələrin əsl mahiyyətini açıb göstərən və müharibə əleyhinə yazılmış fa-
ciədir. Dramaturq hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu 
dəhşətli bəladan xilas olmağa səsləyir.  
“İblis” faciəsi bənzərsiz bədii sənətkarlıq xüsu-
siyyətlərinə malikdir. Ondakı monoloq və dia-
loqların dramaturqun romantik-fəlsəfi üslu-
bunda özünəməxsus yeri var. Əsərdəki orijinal 
bədii təsvir və ifadə vasitələri, aforizmlər, poetik-fəlsəfi ümumiləşdirmələr 
obrazların xarakterini açmaqla yanaşı, fikrin hikmət tutumunu artırmışdır. 
Faciədə lirik ünsürlərdən geniş istifadə olunmuşdur. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
Aşağıdakı mövzulardan birini seçib təqdimata hazırlaşın: 
a)
 Müəllifin faciədəki qəhrəmanlara münasibəti. 
b)
 Çağdaş şər qüvvələr haqqında düşüncələrim. 
 
 
 
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı:  Şərq-
Qərb, 2007, s.13-14. 
2. H.Cavid. Əsərləri. 5 cilddə. I cild, Bakı: Lider n., 2005, səh. 7-9,13, 10-
14, 17-23. 
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
• 
TƏTBİQ 
• 
MÜZAKİRƏ 
• 
YARADICI İŞ
 
1. Mövzulardan birini seçib işləyin:
a)
 “Arifin faciəsinin səbəbini nədə görürəm” mövzusunda inşa.  
b)
 “Faciədəki qadın obrazları haqqında düşüncələrim” mövzusunda 
esse.  
 
2.
 İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşı-
nızla yazılarınızı  dəyişib oxuyun. Uğurlu saydıqlarınızı  və arzu-
nuzu – nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin. 
3.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
 
 
Mövzulardan birini seçib işləyin: 
1. “Hüseyn  Cavid romantik şair kimi”  mövzusunda məruzə  hazırlayın. 
2. “Hüseyn  Cavidin tarixi dramları” mövzusunda məqalə yazın.
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• IV dərs 
• EVDƏ İŞ 
Əsər hansı bədii cəhətləri ilə 
diqqəti daha çox cəlb edir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə