Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə27/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

 
 
65 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN HƏYATI, 
YARADICILIQ YOLU  
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. M.Şəhriyar haqqında bildiklərinizi yada salıb yığcam müzakirə 
aparın.  
2. Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin. 
1.
 
Kiçik qruplara ayrılın. Mətnkənarı suallarla bağlı (iki qrup eyni bir 
sualın üzərində  işləyə bilər) cavabları oxuyun, məzmununu ümu-
miləşdirib  bir neçə cümlə ilə yazın. 
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı 
2.
 
Təqdimatlar etməklə  hər sualla bağlı ümumiləşdirmələrə münasi-
bət bildirin və müzakirə aparın. 
3.
 
Mətnin bütövlükdə oxusunu başa çatdırdıqdan sonra öyrəndiklə-
rinizlə bağlı  gəldiyiniz nəticələri təqdimatlar  əsasında müzakirə 
edin.
 
4.
 
Araşdırılmasını, zənginləşdirilməsini vacib saydığınız məsələləri 
bəndlər şəklində yazın.
 
Məhəmmədhüseyn  Şəhriyar Təbriz  şəhərində tanınmış  məhkəmə  vəkili Hacı 
Mirağanın ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı ata-baba yurdunda – Xoşgi-
nabda, Heydərbaba dağının ətəklərində keçmiş-
dir. Bu yerlərin sadə, səmimi insanları, təkrar-
sız təbii gözəllikləri balaca Şəhriyarın yadda-
 
 
Böyük vətənpərvər şairimiz Məhəmmədhüseyn Şəhriya-
rın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və  ədəbi 
düşüncələrinin  əksidir.  Şair xalq həyatının dərinlik-
lərinə enmiş, zamanın kəskin ictimai təzadlarının, 
şərin, ədalətsizliyin, mənəvi məhkumiyyətin faciələrini 
poeziyasının rəvan, aydın və təsirli dili ilə dünyaya car 
çəkmişdir. 
 
 Ümummilli lider Heydər Əliyev 
 
 
 
 
Məhəmmədhüseyn Şəhriyar 
(1905–1988) 
СƏNUBİ AZƏRBAYCAN  
ƏDƏBİYYATI
M.Şəhriyarın uşaqlığı, gənclik illəri 
və yaradıcılığının ilk dövrü üçün 
daha önəmli olanlar nədir? 

Cənubi Azərbaycan ədəbiyyatı 

  LAYİHƏ


 
66 
 
şında silinməz iz buraxmışdır. O, burada ilk dəfə  məktəbə getmiş, ibtidai təhsil 
almışdır. M.Şəhriyar Təbrizə qayıtdıqdan sonra ibtidai və orta təhsilini davam et-
dirmişdir. Hələ  məktəbdə oxuyarkən ilk qələm təcrübələrini yazan Şəhriyarın 
“Ədəb” adlı dərgidə Behcət təxəllüsü ilə şeirləri çap olunmuşdur. O, təhsilini da-
vam etdirmək üçün Tehrana getmiş, bir müddət darülfünunda oxumuşdur. 
Klassik Azərbaycan və  Şərq  ədəbiyyatını ardıcıl mütaliə edən gənc  Şəhriyar 
bədii yaradıcılığa ürəkdən bağlanmışdır. Tibb Universitetində oxuduğu müd-
dətdə (1924–1929) onun üç kitabı çap olunmuşdur. Gənc şairin 1929-cu ildə işıq 
üzü görən üçüncü kitabı  ədəbiyyata parlaq istedad sahibinin gəldiyini təsdiq 
etdi.  
Təhsilini başa vurmağa bir neçə ay qalmış Şəh-
riyar universiteti tərk etmişdir. Sevdiyi qızla 
bağlı  gənc  şairə  rəqib çıxan arxalı bir adam onu 
həbs etdirmiş, Tehrandan uzaqlaşması  şərti ilə 
azadlığa buraxdırmışdır. Nişapura getməyə məcbur olan şairin bu illərdə qələmə 
aldığı əsərlərdə kədər  motivi güclüdür: 
Ya İlahi, qəribəm, eylə kömək, 
Olmasın kimsə didərgin məni tək! 
Dostlarım düşdü uzaq, getdi Vətən! 
Qaldı bir xəstə ürək, xəstə bədən!   
Onun “Həzin nalələr”, “Odda yanan pərvanə”, “Dəli Pəri” və s. şeirlərində isə na-
kam məhəbbətinin üzüntüləri  əks olunmuşdur. Altı ilə  qədər Xorasan əyalətində 
sürgün ömrü yaşayan şairin “Nişapurda günəş batarkən”, “Kəmalülmülkün ziyarəti” 
kimi maraqlı əsərləri meydana çıxır.  
1935-ci ildə Tehrana gələn M.Şəhriyar bankda işə düzəlir. Atasının vəfatın-
dan sonra böyük bir ailənin qayğısını çəkməli olan şair sıxıntı içində yaşayır. 
Onda tədricən yaranan ruh düşkünlüyü, mənəvi sarsıntı ağır xəstələnməsinə sə-
bəb olur. Bu xəstəlik uzun sürsə də, ana qayğısı onu yenidən həyata qaytarır. 
Oğluna qulluq etməyə gələn Kövkəb xanımın doğma el-obadan, xalq ədəbiyya-
tından təsirli söhbətləri görkəmli sənətkarın həm ruhunu təzələmiş, həm də onu 
ana dilində  yazıb-yaratmağa sövq etmişdir. Şəhriyar bu mərhələdə fars dilində 
yazdığı kamil şeirlərlə ədəbi mühitdə bir daha parlamış, zəmanəsinin Hafizi adı-
nı qazanmışdır.  
Şəhriyar 1940-cı illərin ortalarından sonra İranda Azərbaycan dilinin fəaliyyət 
dairəsinin məhdudlaşdırılmasından, milli ayrı-seçkiliyin qüvvətlənməsindən nara-
zı qalmış, mövqeyini açıq bildirmişdir. Bütün bunlar şairə laqeyd, qısqanc mü-
nasibətin daha da güclənməsinə səbəb olmuşdur. Lakin şair qələmi yerə qoymamış, 
bir-birindən maraqlı sənət əsərləri yaratmaqda davam etmişdir. Mövzu dairəsi ge-
niş olan sənətkarın ən təsirli əsərləri Azərbaycan haqqındadır. Onun Azərbaycana 
həsr olunmuş şeirlərində Vətənin şanlı tarixi və böyük istiqbalı, taleyi və müqəd-
dəratı kamil bədii əksini tapmışdır. Ustadın “Azərbaycan” şeiri otaylı-butaylı Azər-
baycanda həmin mövzuda yazılmış şah əsərlərdən biridir: 
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, 
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! 
... Vətən eşqi məktəbində can verməyi öyrənmişik, 
Ustadımız deyir, heçdir vətənsiz can, Azərbaycan! 
Şəhriyar milli-mənəvi düşüncənin bütövlüyünü, qarşılıqlı əlaqələrin yaran-
ması ideyasını da böyük cəsarətlə  şeirə  gətirmişdir. Bu fikirlər M.Rahimə,                    
Şairin həyat və yaradıcılığının 
sonrakı dönəmini necə 
səciyyələndirmək olar?  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə