Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

 
 
61 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
... Sara susunca, xaqan
Xırlayıb bağırdı: “Hey,  
Mən Saranın əlindən  
İstərəm bir qədəh mey!..” 
Bir oxla ayrılmışdı 
Sara nişanlısından. 
Düşündü: “İntiqam al  
Gəl onun qanlısından”.  
Arqunu görməmişdi 
Son nəfəsdə gülərkən. 
İndi görmək istədi 
Cəlladını ölərkən. 
Fırlatdı bir qəhqəhə, 
Çılğınca qalxdı birdən:
“Arqun, sən olmadıqda
Yaşayaram necə mən?! 
Arqun, yetiş, hardasan? 
Qaldır mənim qolumdan. 
Qurtarım öz yurdumu 
Həqarətdən, zülümdən!” 
... Sara süzdü bir daha, 
Əlində gülgün qədəh. 
Rəqqasələr də qalxıb 
 Başlayınca süzməyə; 
İti bir hərəkətlə 
Zəhər qatdı qız meyə. 
İndi onun halını 
Gücdür gətirmək dilə;
Ürək çırpıntısından 
Çapqınlandı mey belə. 
Qadınlıq qorxusundan 
Yarıldı gülgün dodaq, 
Yanaşdı titrəyişlə 
Düşmən şaha bir sayaq; 
Qansız dodaqlarilə 
Öpdü şahın əlindən. 
“Buyursun padişahım!” 
Zorla çıxdı dilindən: 
– Sən çoxdan içməliydin 
Bu gülgün zəhri, ey şah. 
Şahmarı sağ buraxmaq, 
Öldürməmək bir günah! 
 
 
... Şahı ölmüş görəndə
Açılan gülgün səhər
Qarışdı məclis bütün, 
Qaçışdı rəqqasələr. 
... Ayaqlandı bütün xalq –
Arvad, uşaq, qocalar...
Çarpışdı son gücüylə,   
Düşmən oldu tari-mar  
Bir qızın hümmətilə... 
Gözəl qız, həmin ölkə
Dustaqdan azad oldu. 
Sara adı xalq üçün 
Ən sevimli ad oldu...  
 
 
 
“Azadlıq” eşidincə
Gülümsəmə belə şad; 
Saranın məmləkəti 
Köhnə mənada azad. 
Orda hər şey asılı  
Qan içən bir kraldan, 
Sor orda hürriyyəti 
Baftalı generaldan. 
Yoxsullar o ölkədə 
Özgəyə can vermədə. 
Hürriyyətin barını 
Tox qarınlar dərmədə. 
Sən ancaq istibdadın
Eşitmişsən adını;
Bax, alnımda izi var 
Görmüşəm mən dadını. 
Bir bu süzgün baxışla 
Gün düşən dağlara bax: 
Mən bu yaşıl dağlardan 
İllərcə düşdüm iraq! 
... O qanlı günlər hara, 
Bugünkü günlər hara. 
Gözəl qız, yaxşı vaxtda 
Başladın gül açmağa; 
Bu gün sənin yurdunda 
Nə qul vardır, nə ağa!
Sən bu sərbəst göylərin 
Sərbəstcə ulduzusan. 
Qayğısız bir ölkənin 
Qayğı bilməz qızısan. 
Sərbəstdir alnındakı 
Qıvrıcıq tellərin də. 
Sərbəstdir sənin kimi 
Gün görmüş ellərin də. 
Elə isə bir də coş, 
Səsin düşsün dağlara. 
Sən kimdən çəkinirsən? 
Qız hara, susmaq hara? 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
1. Kiçik qruplarda birləşərək evdə oxuduğunuz parçalardakı  əsas fikir, 
tanış olmayan söz və məcazlarla bağlı qənaətlərinizi müzakirə edin. 
2.
 Gəldiyiniz nəticə barədə  təqdimatlar  əsasında fikir mübadiləsi və 
müzakirə aparın. 
3.
 Müzakirədə aşağıdakı sualları ətraflı  əhatə etməyə çalışın:  
a)
  Məğlub ölkənin varlı adamları, din xadimləri qalib şahı necə qar-
şılayır? Şairin bu adamlara, qarşılanma mərasiminə, ümumiyyət-
lə, təsvir olunanlara münasibəti əsərdə öz əksini necə tapıb? 
Yüksək təbəqə nümayəndələri 
qalib şahı necə qarşılayır? 
Müəllifin onlara və hadisələrə 
münasibətini əks etdirən nümunələr 
b)
  Saranın oxuduğu mahnıda hansı fikir daha qabarıq ifadə olunub? 
c)
  Sara intiqam barədə düşünməyə bilərdimi? 
d)
  Saranın yaşadığı ölkəni şair nə üçün “köhnə mənada azad” hesab edir? 
4. Oxuduğunuz hissədən seçdiyiniz parçanın məzmununu hazırladığınız 
plan əsasında iki formada – geniş və yaradıcı nağıl etməyə hazırlaşın. 
 
• II dərs 
IV
 
V
 
VI
 
  LAYİHƏ


 
62 
 
 
1. İlkin təəssüratınıza əsasən poemadakı obrazlardan birinin xarakter və 
əməllərindəki başlıca cəhətləri müəyyənləşdirin. 
 
2. Şeirlə bağlı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə yazın.  
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi 
3. Mənasını aydınlaşdırdığınız  sözlərin (beşdən az olmayaraq) alınma, 
yaxud öz sözlərimiz olduğunu əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
Aşağıdakı qaydaya əməl etməklə mətni oxuyun:  
a)
  Bir nəfər ilk mətnkənarı sualın cavabını – dərslikdəki mətni aram-
la oxuyur. 
b)
   O, mətndəki əsas fikri bir neçə cümlə ilə ifadə edir – ümumiləş-
dirir.  
c)
  Sonra şagirdlərə mətnlə bağlı suallar verir.  
d)
  Suallar  əsasında aparılan müzakirədə  çətin, izahına ehtiyac 
duyulan məsələlərə aydınlıq gətirilir. 
e)
   Sonda mətnə hansı məzmunda əlavələrin edilməsinin vacib olması 
barədə nəticə çıxarılır və bəndlərlə yazılır. 
f) Digər mətnkənarı suallarla bağlı cavabların –  mətnin oxusu da bu 
qayda ilə həyata keçirilir.
 
g)  İşin yekunlaşdırılması  və  nəticənin çıxarılması üzrə  təqdimatlar 
dinlənilir və müzakirə edilir.
 
 
Əhməd Cavadın irihəcmli əsərlərindən olan 
“Səsli qız” poemasında toxunulan məsələlər 
çoxdur: vətənə məhəbbət, azad, müstəqil yaşa-
mağın ölkə və vətəndaş üçün hər şeydən vacib 
olması, işğalçılara dərin nifrət və s. əsərin hər 
səhifəsində diqqəti cəlb edir. Ə.Cavadın bir vətəndaş və şair kimi milli azadlığa 
böyük önəm verdiyi də məlumdur. Poemaya bir daha müraciət etməklə, mənbələr 
üzrə işləməklə bu deyilənləri zənginləşdirmək, suallara ətraflı cavab hazırlamaq 
mümkündür. 
Əsərdə epik təsvirlərə geniş yer verilsə  də, 
yaddaqalan insan obrazları da yaradılmışdır. 
Bu obrazların əksəriyyətinin iç dünyası, port-
reti bir neçə  kəlmə ilə ifadə edilmişdir. Bu, 
eləcə  də  əsərdəki yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvürün qaza-
nılmasına imkan verir. Oxucunun diqqətini daha çox cəlb edən obraz isə poema-
nın baş qəhrəmanı olan Saradır. Əsərin ilk səhifələrini baş qəhrəmanın şərəfinə 
yazılmış mədhiyyə adlandırmaq olar: 
 
Sənin səsin, gözəl qız, 
Səslərin ən gözəli. 
Eşitmədim belə səs 
Dünyanı dinləyəli... 
• EVDƏ İŞ 
... 
əməlləri 
... 
xarakteri 
O B R A Z I N   A D I  
• III dərs 
Əsər hansı mövzuda yazılıb? 
Şairin bu mövzuya müraciət 
etməsinə səbəb, sizcə, nədir? 
Poemadakı obrazlar hansı səciy-
yəvi xüsusiyyətləri ilə seçilirlər? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə