Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə29/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

 
 
69 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
• MƏZMUN 
ÜZRƏ İŞ
 
 
“Şeirdə  əksini tapmış milli-mənəvi dəyərlər” mövzusunda təqdimata 
hazırlaşın.          
Şeirdə əksini tapmış milli-mənəvi 
dəyərlər 
Bunu təsdiq edən 
nümunələr 
 
Türkün dilitək sevgili, istəkli dil olmaz, 
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz. 
 
Öz ləfzini farsa, ərəbə qatmasa şair, 
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz. 
 
Şeirin gərək ehsas ilə riqqətlə qarışsın, 
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. 
 
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, 
Bir dəfə bunu anla: ipəkdən qəzil olmaz. 
 
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, 
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. 
 
Sözlər də cəvahir kimidir, əsli bədəldən  
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz ... 
 
Şair ola bilməzsən, anan doğmasa şair
Missən, a balam, hər sarıköynək qızıl olmaz. 
 
İnsan odu, tutsun bu zəlil xalqın əlindən, 
Allahı sevərsənsə, bu insan zəlil olmaz. 
 
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, 
Ərbablarımızdan da qarınlar təbil olmaz.  
 
Fars şairi çox sözlərini bizdən aparmış, 
Sabir kimi bir süfrəli şair pəxil olmaz. 
 
Türkün məsəli, folkloru dünyada təkdi, 
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz. 
 
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə 
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz. 
 
 
 
1. Ana dilimizə  həsr olunmuş bir şeirlə (məsələn, B.Vahabzadənin 
“Ana dili”, yaxud X.Ulutürkün “Mənim dilim” şeirini seçə bilərsi-
niz) “Türkün dili” əsərinin məzmunu arasındakı oxşarlığı müəy-
yənləşdirib təqdimata hazırlaşın.  

Müqayisə olunanlar
Onların oxşar cəhətləri 
 
 
2. “Türkün dili” şeiri ilə bağlı hiss və düşüncələrinizi ikihissəli gün-
dəlikdə qeyd edin, təqdimata hazırlaşın.     
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi 
 
• I dərs 
II
• EVDƏ İŞ 

Cənubi Azərbaycan ədəbiyyatı 

  LAYİHƏ


 
70 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
KİÇİK QRUPLAR YARADARAQ TAPŞIRIĞI YERİNƏ YETİRİN 
1. Mətnkənarı sualları qrupların arasında bölün. Qrupların sayı çox 
olarsa, iki qrup bir sualın üzərində işləyə bilər. 
2. Suallara yığcam cavab yazın. Bədii əsərin məzmunu ilə bağlı öyrən-
diklərinizdən bəhrələnin. 
Mətnkənarı suallar
Onlara hazırlanan cavablar 
3.  İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra mətnkənarı sualların 
dərslikdəki cavablarını oxuyun və yazdıqlarınızla müqayisə edin.     

Müqayisə olunanlar
 
Müqayisə üçün əsaslar 
 
 
4. Gəldiyiniz nəticələri və əlavə olaraq nələri öyrənməyin vacib oldu-
ğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində yazın.
 
 
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın 
təzyiqlərə, basqılara məruz qalmaları halları az 
olmamışdır. Mənəvi varlığımız, adət-ənənələri-
miz, dilimiz barədə şovinist dairələrin böhtanları 
cavabsız qalmamışdır.  Şah dövründə ana dilimi-
zin sıxışdırılması, bu dildə danışmağın qadağan
 
edilməsi M.Şəhriyar kimi sənətkarları hiddətləndirməyə bilməzdi. “Türkün dili” 
şeirinin yaranmasının bir səbəbi də bu idi. Şair bu dildən, bu dildə yaranan kamil 
sənət  əsərlərindən digər xalqların, onların sənətkarlarının bəhrələndiyini özünə-
məxsus məntiqlə diqqətə çatdırır. 
 
Mənbələrin araşdırılması şeirin yaranma səbəbləri, mövzusu barədə əhatəli məlumat 
mənimsəməyə, doğru nəticə çıxarmağa imkan verir.  
Şairin qənaətinə görə, Azərbaycan dili əsil ana 
dili kimi bu dildə danışanlar üçün əziz və istək-
lidir. Bu dil calaq sevmir, başqa bir dilə qatılmaq 
onun təbiətinə yaddır. O elə qüdrətlidir ki, belə bir 
cəhd onun əsilliyində, varlığında özünü dərhal göstərər və qəbul edilməz. Bu dildə 
yazıb-yaradanlar onun təmizliyini, saflığını qoruyub saxlamağa borcludurlar.  
Şairin fikrincə, dilə qadağa qoymaq onun inkişafının qarşısına sədd çəkmək de-
məkdir. Azərbaycan dili zəngin olduğu kimi, xalqımızın folkloru, ədəbiyyatı da 
zəngindir, bunu danmaq, onun inkişafını ləngitmək qeyri-mümkündür...  
Mənbələri öyrənməklə, mətnə yenidən müraciət etməklə  şeirdə  əksini tapmış 
digər mətləbləri aydınlaşdırmaq və dəyərləndirmək mümkündür.  
M.Şəhriyarın ana dilində yazdığı  əsərlərinin 
içərisində “Türkün dili” şeirinin xüsusi yeri var. 
Bu təkcə o dövrdə dövlətin yeritdiyi ədalətsiz 
siyasətə  cəsarətli etirazla bağlı deyildir. Bunun 
bir mühüm səbəbi də  şeirin yüksək sənətkarlıqla yazılmasıdır.  Əsər, ilk növbədə, 
dilinin aydınlığı, yerinə düşən sözlərin seçimi ilə diqqəti çəkir. Şeirdə eyni bir sözün 
təkrarı fikrin daha qabarıq ifadəsinə imkan yaratdığı kimi, güclü ahəngə də səbəb 
olur. Birinci beytdəki “dil”, “əsil”, sonrakı beytlərdə işlədilən “şair”, “insan”, “zəlil” 
və  s.  bu  qəbildəndir.  Şeirdə yaxınmənalı sözlərin (ötməz, oxumaz), eləcə  də  fərqli 
leksik mənalı kəlmələrin (oxuyanlar, eşidənlər) işlənməsi ona həm məna dərinliyi
həm də təkrarsız ahəng gözəlliyi gətirmişdir.  
• II dərs 
Şeir hansı mövzuda yazılmışdır? 
Şairin bu mövzuya müraciət et-
məsinin səbəbini nə ilə izah 
edərsiniz?
 
Şeirdə daha çox önəm verilən 
məsələlər hansılardır? 
Şeirdə bədiiliyin artmasına hansı 
vasitələrlə nail olunmuşdur? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə