Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

 
 
75 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
Həmin mərhələdə Azərbaycan ədəbiyyatında “altmışıncılar” adlanan yeni nə-
sil  ədəbi fikrə  təzə  nəfəs gətirmişdir. Məhz “altmışıncılar”  ədəbi nəsli Azər-
baycan ədəbiyyatında mövcud ideologiyaya qarşı açıq şəkildə çıxmadan ədəbiy-
yatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğıları, ağrıları və sevgisi ilə bir-
likdə əks etdirməklə tədricən mövcud ab-havanı dəyişdirə bilmişlər. Yeni nəslin 
nümayəndələri ədəbi ənənələru qoruyub saxlasalar da, daha çox müstəqil yara-
dıcılıq yolu ilə gedirdilər. Bu sənətkarların  əsərlərində sovet gerçəkliyinin 
tərənnümü, insanın əmək fəaliyyəti deyil, onun daxili aləmi, mənəviyyatı, qar-
şılaşdığı  çətinliklər və həyat mövqeyinin  ifadəsi başlıca yer tuturdu. 
Bu baxımdan sovet dönəmində yaranan ədəbiyyatı yalnız ideoloji mahiyyət 
daşıyan  ədəbiyyat kimi təsəvvür etmək birtərəfli olardı. Bütün maneələrə  və 
çətinliklərə baxmayaraq sovet dövründə  əsl  ədəbiyyat nümunələri də yara-
dılmışdır. Odur ki bu dövrün ədəbiyyatı təhlil və tədqiq edilərkən söz sənətin-
dəki problemlərə və ədəbi şəxsiyyətlərə tarixilik baxımından yanaşılmalıdır.  
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə 
etməyə çalışın: 
a)
  Sovet dövründə yaranan ədəbiyyatın səciyyəvi xüsusiyyətləri han-
sılardır? 
b)
  Sovet dövründə bədii yaradıcılıq sahəsində hansı ideoloji tələblər 
irəli sürülürdü?  
c)
  Bu dövrdə hansı  sənətkarların yaradıcılığında gerçək həyat və 
milli ideallar, mənəvi dəyərlər  öz əksini tapmışdır? Nümunələr 
göstərin. 
 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-
Qərb, 2007, s.12-17. 
2. Azərbyacan nəsri antologiyası. 5 cilddə. II cild. Bakı: Şərq-Qərb, 
2006, s.4-7, 14-15. 
3. Azərbaycan nəsri antologiyası. 5 cilddə. III cild. Bakı: Şərq-Qərb, 
2006, s.  4-7, 14-15. 
4. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
  LAYİHƏ


 
76 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏFƏR CABBARLININ HƏYATI,  
YARADICILIQ YOLU 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. C.Cabbarlı haqqında bildiklərinizi yada salıb yığcam müzakirə 
aparın. 
2.
  Mətni fərdi olaraq oxuyun, məlumatları  aşağıdakı  işarələrlə 
nişanlayıb qruplaşdırın: 
+
        tanış olan məlumatlar; 
      
əvvəl öyrənilmiş bilik və məlumatlara zidd olanlar; 
 !       
maraqlı və yeni olan məlumatlar; 
?       
açıqlanmasına, daha əhatəli öyrənilməsinə ehtiyac 
 
           duyulan məlumatlar. 
3.
  Gəldiyiniz nəticəni aşağıdakı cədvəldə qısaca yazın. 
+
!

Bilirdim
Bildiklərimə 
ziddir 
Mənim üçün 
yeni və maraqlı 
məlumatdır  
Bu barədə daha 
çox bilmək istəyi-
rəm 
4.
 
Kiçik qruplarda birləşərək fikir mübadiləsi və müzakirə aparın. “Bu 
barədə daha çox bilmək istəyirəm” qrafasındakı qeydlərə  əsasən  əlavə 
öyrənilməsinə ehtiyac duyulan məsələləri bəndlər şəklində yazın. 
 
 
Bakının yaxınlığındakı  Xızıda – Qafar Cabbar oğlunun ailəsində dünyaya 
göz açan Cəfər kiçik yaşlarından şəhərdə yaşamalı olmuşdur.  
Qafar kişinin ölümündən sonra ailənin bütün ağırlığını ana çəkməli oldu. 
Cəfəri təhsilli görməyi arzulayan Şahbikə ana onu 
əvvəl məhəllə mollasının yanına, az sonra isə mol-
laxanaya göndərmişdir. Daha sonra rus-tatar 
məktəbini bitirən Cəfər Ali İbtidai Məktəbdə 
 
Cəfər Cabbarlı dramaturgiya sahəsində bizim hamı-
mızın böyük müəllimi olmuşdur. 
Müasir mövzu, müasir insan Cəfər Cabbarlı  sənə-
tinin çarpan ürəyi idi. 
Səməd Vurğun 
 
 
 
 
 
 
 
Cəfər Cabbarlı 
(1899–1934) 
 
C.Cabbarlının  uşaqlığı,  gəncliyi  və 
yaradıcılığının  ilk  dövrü  üçün  daha 
mühüm sayıla bilən məqamlar han-
sılardır? 
  LAYİHƏ


 
 
77 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
təhsilini davam etdirmişdir. Bu məktəbdəki təhsilini o, 1915-ci ildə  başa vur-
muş, Bakı Sənaye Məktəbinə daxil olmuşdur.  
Cəfər Cabbarlı bu dövrdə  bədii yaradıcılıqla ciddi məşğul olmağa başlayır. 
1915–1916-cı illərdə onun müxtəlif jurnallarda (“Babayi-Əmir”,  “Dirilik”                      
və s.), qəzetlərdə (“Bəsirət” və s.) onlarla şeiri çap edilmişdir. Yaradıcılığa lirik 
şeirlərlə başlayan C.Cabbarlıda  maarifçi realizmin  təsiri aydın duyulurdu. Bu 
həm lirikasında, həm də o dövrdə yazdığı hekayələrdə (“Aslan və Fərhad”, “Mən-
sur və Sitarə” və s.) və pyesində (“Vəfalı Səriyyə”) müşahidə olunurdu.  
Gənc  şairin lirik şeirləri müxtəlif mövzularda olsa da, onlarda ictimai mət-
ləblər aparıcı yer tuturdu. O, cəmiyyətdə müşahidə etdiyi ədalətsizliyi, laqeydliyi, 
aclıq çəkən, səfalət içində yaşayan insanların acınacaqlı vəziyyətini təsvir etməklə 
(“Qürub çağı bir yetim”, “Sən də bir”, “Dilənçi”, “Boranlı qış gecəsi” və s.) diqqəti 
ciddi həyati problemlərə yönəldirdi. C.Cabbarlı yaratdığı ürəkparçalayan löv-
hələrlə zəngin adamların qəlbində mərhəmət hissi oyatmaq niyyətini də güdürdü: 
 
Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi
Cahanə lərzə salır yellərin cəfalı səsi... 
Xərabə içrə qaranlıqda sanki var bir kəs, 
İnildəyor, yayılır, titrəyor çəkincə nəfəs. 
Bu bir zəif çocuqdur ki, xəstə, bidərman, 
Soyuq xərabədə yatmış, inildəyor hər an... 
Bu xəstə beş gün olar dəyməyib çörək dilinə, 
Qoca ata bu savuqda nə cür gedib dilənə? 
Nəhayət, oğlunu görcək ölüm yatağında, 
Gedib, yox isə də taqət zəif ayağında... 
 
Millətin ehtiyaclarına göz yuman varlılar, “millət qəmi” çəkməkdən uzaq 
olan ziyalılar, xalqa faydası olmayan cəmiyyəti-xeyriyyələr, ictimai dərdlərə 
göz yumub “nigarına qəzəl yazan” şairlər onun satirik  şeirlərinin (“Görmə-
mişəm, eşitmişəm”, “Dübarə-səbarə”, “Görməkdəyəm”, “İtil get”, “Unudulmaz 
yara” və s.) hədəfləri idi. 
Daha çox ailə-məişət mövzusunda olan ilk hekayələrində və “Vəfalı Səriyyə” 
pyesində qəhrəmanlara maarifçilik mövqeyindən qiymət verən müəllif onları ya 
yaxşı, ya da pis əməl sahibi kimi təqdim edir. Yazıçının həyat və yaradıcılıq təc-
rübəsi artdıqca o, ictimai ziddiyyətlərin səbəbini, kökünü daha dərinlərdə ax-
tarmağa başladı. Bu, “Solğun çiçəklər”(1916), “Nəsrəddin  şah” (1916) pyeslə-
rində özünü aydınca göstərir. C.Cabbarlının az sonra qələmə aldığı “Trablis 
müharibəsi və ya Ulduz” (1917), “Ədirnə fəthi” (1917) pyesləri Türkiyə ilə bağlı 
olub mürəkkəb tarixi-siyasi hadisələrlə  zəngindir. Yazıçının yaradıcılıq axta-
rışları bu əsərlərində də davam edirdi. Onlarda realist və romantik cəhətlərin 
olduğunu təsdiq edən səhnələr vardır. Bu axtarışlar yazıçının sonrakı illərə aid 
yaradıcılığında da müşahidə olunur. 
Azərbaycanda baş verən mürəkkəb ictimai-si-
yasi hadisələr, kapitalist münasibətlərinin dərin-
ləşməsi və bunun doğurduğu fəsadlar C.Cabbar-
lını dərindən düşündürür, dünyagörüşünə və ya-
radıcılığına (“Aydın”, daha sonra yazılmış “Oqtay 
Eloğlu”  əsərlərində olduğu kimi) əhəmiyyətli dərəcədə  təsir edirdi. Azərbaycan 
C.Cabbarlının həyatının və yaradı-
cılığının sonrakı dövrləri üçün sə-
ciyyəvi olanlar hansılardır? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə