Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə40/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   83

 
 
93 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
İ ş t i r a k  e d ə n l ər: 
 
Va q i f – XVIII əsrin məşhur Azərbaycan şairi  
A ğ a  M ə h ə m m ə d  ş a h  Q a c a r – İran hökmdarı 
V i d a d i – Vaqifin müasiri və yaxın şair dostu  
İ b r a h i m  x a n – Qarabağ xanı  
E l d a r – xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı  
K ü r d  M u s a, A r ş ak – Eldarın dəstəsindən  
X u r a m a n – Vaqifin arvadı  
Ə l i  b ə y – Vaqifin oğlu  
G ü l n a r – Əli bəyin sevgilisi  
Ə m i n ə – Gülnarın anası  
T ü k ə z b a n – Vidadinin arvadı  
V ə z i r – Qacarın vəziri  
T ə l x ə k – İbrahim xanın təlxəyi  
Ş a l i k o, T a m a r a, k i ç i k  g ü r c ü – Qacar tərəfindən əsir alınmış gürcülər 
Ş e y x  A l ı – Qarabağ şeyxi  
İ l y a s – Eldarın dəstəsinə soxulmuş casus  
S ə r k ə r d ə – Qacar qoşunlarının sərkərdəsi  
Z ü l f ü q a r, T e y m u r – Qacarın əleyhdarlarından  
Ə h m ə d  k i ş i, Q u r b a n  k i ş i – kəndlilər  
Q a s ı m, M u r a d – çobanlar 
Kəndlilər, qaçaqlar, əsgərlər, elçilər və b. 
 
 
BİRİNCİ PƏRDƏ 
 
Birinci  şəklin qısa məzmunu.  Vidadinin namaz üstündəki sözlərində, arvadı 
Tükəzbanla söhbətində zəmanədən narazı olduğu aydın duyulur. Cavad xanın 
elçiləri Vidadini saraya dəvət edirlər. O, dəvəti qəbul etmir. Qarabağ xanının 
sarayında yaşayan Vaqif gözlənilmədən gəlir.  İki dost səmimi görüşür. Vaqif 
kəndlilərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanın-
dadır. Vaqif gəlişinin səbəbini açıb söyləyir; o, Vidadini və Tükəzbanı Əli bəyin 
toyuna dəvət edir. Vidadi dəvəti qəbul edir.  
 
 
İKİNCİ ŞƏKİL 
 
Şuşa qalası. Xan sarayı. Vaqifin evi. Toy məclisi, oyun. İbrahim  xan yanında da 
adamları gəlir. Hamı qalxıb, xana baş əyir. 
 
İ b r a h i m  x a n.  
Çox gözəl, Vaqifi çağırın görək... 
 
Bəy öz toyunda oynasın gərək! 
Əli bəy oynayır. Vaqif  gəlir. 
İ b r a h i m  x a n.  
Vəzir, xeyir işiniz xeyli mübarək! 
  Ağ günlərə çıxsın sizin Əli bəy! 
 Ancaq çıxarmasın bizi yadından... 
V a q i f.  
 
Görək, bu növrağı pozmasa zaman... 
İ b r a h i m  x a n.  
Yenə də şikayət? Gəl inan ki, sən 
 
 
 
Nə qədər mən sağam kef edəcəksən! 
 
Eşikdə tüfəng atılır və “ura” səsləri ucalır, gəlini gətirirlər. 
  LAYİHƏ


 
94 
 
Y e n g ə.  
 
Anam, bacım, qız gəlin, 
 
 
 
Əli-ayağı düz gəlin, 
   Yeddi 
oğul istərəm, 
 
 
 
Bircə dənə qız, gəlin!.. 
V a q i f.  
 
A qızım, üzündən götür duvağı, 
 
 
 
Qoy açıq görünsün ayın qabağı. 
 
 
 
Açıq yaşamışdır bizim nənələr, 
 
 
 
Kəfəndir, a balam, sərapərdələr... 
Hamıda heyrət, həyəcan görünür; gəlini o biri otağa aparırlar.  
Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. 
V a q i f.  
 
Of... dostum, qardaşım, xoş buyurmusan, 
Səndə dağ havası duyuram, inan! 
Sizdən ayrılmayır könlümün quşu
Ellərdə görürəm hər qurtuluşu. 
E l d a r.  
 
Möhtərəm şairə salamlar olsun, 
 
 
 
Bu dünya durduqca o da var olsun! 
İ b r a h i m  x a n (ətrafa). 
Aha... heç saymayır bu hərif bizi, 
                                           Görünür dadmamış qüvvətimizi... 
Ş e y x (İbrahim xanın qulağına).  
Bir bax gözlərinə... Baxışı qandır, 
                                     Kəndə qarışıqlıq salanlardandır. 
İ b r a h i m  x a n.  
Vəzir, çoban-çoluq məclisidir bu? 
V a q i f.  
 
Düzü, gözləməzdim heç sizdən bunu. 
İ b r a h i m  x a n.  
Necə gözləməzdin, lap yersiz, nahaq, 
   Yox 
bir 
başa keçsin çiynində çomaq... 
V a q i f.  
 
Əziz qonağımdır, dostumdur Eldar. 
İ b r a h i m  x a n.  
Xanın hüzurunda nə ölümü var? 
V a q i f.  
 
Bu mənim evimdir, siz qonaqsınız, 
Qonağı sevərlər, lap nahaqsınız... 
İ b r a h i m  x a n. 
Qonağı, qonağı – qonağa bir bax
Hər yoldan ötəni başa çıxardaq! 
V a q i f.  
 
Onun görkəmindən iyrənməyin siz, 
 
 
 
Bir kəndli babadır, vicdanı təmiz, 
 
 
 
Dilindən düşməyir gözəl nağıllar; 
 
 
 
Ən böyük ürəklər, yetkin ağıllar 
 
 
 
Ellər dünyasında yetişir, bilin! 
 
 
 
Namusu, vicdanı təmizdir elin! 
İ b r a h i m  x a n.  
Doğrusu, yorulub bezikmədin sən 
 
 
 
Elə, durub-durub ellər deməkdən? 
E l d a r (Vaqifə). Canım, dalaşmayın, mən gedim... 
V a q i f.  
 
Dayan! 
 
 
 
Başqadır könlümdə gülən xaniman... 
İ b r a h i m  x a n.  
Getsin gərməsini ayaqlamağa! 
E l d a r.  
 
Buyruq sizinkidir, möhtərəm ağa, 
 
 
 
Ancaq olmasaydı kasıb kəndlilər 
 
 
 
Bunca qudurtmazdı sizi simü-zər... 
Eldar məclisi tərk edir. Onu tutmaq istəyirlər, adamlar arasında iğtişaş düşür. 
 
 
  LAYİHƏ


 
 
95 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
İ b r a h i m  x a n.  
Qoymayın, tez olun, tutun Eldarı! 
   Ona 
da 
göstərin daş zindanları!.. 
(Vaqifə tərəf.) 
Qudurtdun bunları, doğrudan da, sən, 
Bəlkə də, özünsən ona dil verən? 
V a q i f. 
Xeyr, yanıldınız, ona dil verən 
 Göz 
ilə dünyada alovlar görən 
 
Kəndistan yeridir, bəli, kəndistan! 
 
Bəzən tanrıya da ağ olur insan... 
İ b r a h i m  x a n (qəzəblə çıxaraq). 
Yaxşı, danışarıq... 
Toy adamları dağılır. Vaqif gəzinir. Vidadi heyrətdədir. 
V a q i f.  
 
Bu da haqqı-salam, bu da duz-çörək... 
Dünyada dərd varmı mənim dərdimtək?.. 
Bu xan bir ilanmış, saray – yuvası, 
Zəhrimar qoxuyur onun havası. 
V i d a d i.  
 
Vaqif, sabah məni yola sal gedim
 
 
 
Torpaq evciyimi ziyarət edim. 
 
 
 
Ordadır dünyanın zövqü, ləzzəti. 
 
 
 
Sən də öz boynundan at bu minnəti. 
 
 
 
Kəndimizə qayıt!.. 
V a q i f.  
 
Yox, qayıtmaram! 
İş ki belə düşdü – meydanda varam! 
V i d a d i.  
 
Əl çək bu tərslikdən, qulaq as mana! 
V a q i f.  
 
Ölsəm də, ölməyim xoşdur mərdana! 
V i d a d i.  
 
Sən öz dediyindən dönməyəcəksən, 
 
 
 
Səni yalqız qoyub gedəmmərəm mən. 
   Ə l i  b ə y (gəlir). Ata, 
həbs etdilər yazıq Eldarı! 
   V a q i f (mənalı). 
İnsan uçuracaq daş zindanları, 
 
 
 
Zəncirsiz, zindansız günlər gələcək
 
 
 
Bizə təsəllidir böyük gələcək... 
 Ə l i  b ə y.  
 
Bəs Eldar nə olsun? 
 V a q i f.  
 
Heç, nə dərdi var, 
 
 
 
Vaqif ölməmişdir, onu qurtarar. 
(Vaqif qolunu oğlunun boynuna dolayaraq.) 
Oğlum, xeyir işin olsun mübarək, 
Dünyanın kefini, ləzzətini çək! 
Mənim də ürəyim hələ cavandır, 
Yaşayaq birtəhər, bu da zamandır... 
Vaqif   Əli   bəyin  alnından, Əli  bəy də Vaqifin əlindən öpür, o, eləcə də, Vidadi 
ilə öpüşüb gedir. 
V i d a d i.  
 
Ağıllı baladır, Allah saxlasın. 
V a q i f.  
 
Könlümdə dünyanın min sirri vardır, 
Ah, duyan, düşünən nə bəxtiyardır... 
Dəryalar üstündə süzən sonalar! 
Siz, ey göy üzündə uçan durnalar! 
Deyin, xoşbəxtəmmi?.. 
Xuraman  gəlir. 
X u r a m a n.    
Kişi, bu nə işdir? Küsüb getdi xan?! 
V a q i f.  
 
Qoy küssün özünün qanacağından! (Gedir.) 
X u r a m a n.    
Bir el ağasıydı əvvəlki ərim: 
Öz qapım, öz evim, öz nökərlərim; 
Hamısı qulluğumda hazır durardı, 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə