Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə37/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   83

 
 
87 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
oxuyan” Oqtayın düşüncəsində,  şüurunda ikiliyin, ziddiyyətin yaranmasına, 
nəticədə “müvazinətini itirməsinə” səbəb olur. 
Oqtayın Firəngizi qətlə yetirməsi  əsər yaranandan bu günə kimi mübahisə 
obyekti olmuşdur. Oqtay özünə belə haqq qazandırır ki, sevdiyi Firəngizi “qara 
torpaqlarda sürünəcək qədər rəzil olan bu həşərat içində görmək” istəmir, onu 
öldürməklə yaramaz mühitdən uzaqlaşdırır, əbədiyyətə qovuşdurur. Əsərin bu 
hissəsinin romantik məntiqlə yazıldığını  nəzərə alsaq, Oqtaya bəraət vermək 
olar. 
Yaşadığı mühitin qurbanı olan Firəngizin taleyi oxucunu dərindən mütəəssir 
edir. Yeniliyi, teatrın yaranması  və inkişafını ürəkdən arzulayan, milli təəs-
sübkeşliyi ilə diqqəti cəlb edən bu qız Oqtayın fəaliyyətini yüksək dəyərləndirir, 
onu dərin məhəbbətlə sevir. Səhnəyə can atsa da, qanadsız quş timsalında olan 
Firəngiz yalnız sonda qətiyyətli addım atır; Aslan bəylərə, Qalaçıxanovlara 
qarşı çıxaraq “zavallı ananın” – səhnənin “doğma yavrusu” – aktrisası olmağa 
razılıq verir... 
Aslan bəylə Danyar bəyin oxşar cəhətləri çoxdur. Pul, vəzifə, şöhrət onların 
həyat idealıdır. Bu bəyləri nə mədəni tərəqqi, nə də milli teatrın inkişafı maraq-
landırır. Teatra getmələri, onunla bağlı üzdə xoş söz demələri “yuxarıların” 
yanında mədəni, inkişaf etmiş adam təsiri bağışlamaq niyyətindən irəli gəlir. 
Əslində, onlar üçün teatr “alçaq yer”, aktyor isə “bədbəxt”, “yazıq”, “ləyaqətsiz” 
adamdır. 
Oqtayı  əhatə edən sənət yoldaşları ona münasibətlərinə, fərdi xarakter və 
əməllərinə görə bir-birindən fərqlənir. Onların, demək olar, hamısı Oqtayın sə-
yi, təkidi sayəsində teatrda qalır, aktyorluq sənətinin sirlərini məhz ondan 
öyrənirlər... 
Oqtayın xarakterinin, həyata baxışının açıqlanmasında Səməd bəylə söhbət-
ləri  əhəmiyyətli rol oynayır. Onlar bir-birinə zidd obrazlardır. Oqtayı rüşvəti 
olan vəzifə sahibi kimi  görmək istəyən, yaxud onun rus teatrına – çoxlu qazanc 
arxasınca getməsində təkid edən Səməd bəy bu sənət fədaisinin  ideallarını başa 
düşməkdən çox uzaqdır. 
Faciənin maraqla oxunmasının, dəfələrlə 
tamaşaya qoyulmasının mühüm səbəblərindən 
biri onun yüksək bədii keyfiyyətə malik olma-
sıdır.  Əsərdə diqqəti ilk cəlb edən isə  qəhrə-
manların fərqli nitqi, danışıq tərzidir. Oqtay danışdıqca səmimi, xeyirxah, 
xırda hislərdən uzaq, böyük ürək sahibi olan bir insan göz önündə canlanır. 
Aslan bəyin nitqi lovğa,  şöhrətpərəst, mənən yoxsul olduğunu dərhal büruzə 
verir. Yaxud Hacı Zamanın elə ilk sözlərindən dini fanatizmin, xurafatın əsiri 
olduğu anlaşılır. 
Konfliktin təbiiliyi  əsərin bədii məziyyətinin artmasına  əhəmiyyətli dərəcədə 
təsir edir. Onun əsasında burjua cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi 
ziyalıların mübarizəsi dayanır. 
Bədii təsvir və ifadə vasitələrinin (bənzətmə, epitet, təkrir və s.) özəlliyi, 
dialoq və monoloqların yığcam, təsirli olması, süjet və kompozisiya mükəm-
məlliyi əsərin bədiiliyini artıran mühüm vasitələrdəndir.  
Mənbələr üzrə aparılan araşdırma əsərin obrazlarının, bədii xüsusiyyətləri-
nin ətraflı aydınlaşdırılmasına imkan yaradır. 
 
 
Əsərin bədii keyfiyyətini artıran 
mühüm vasitələr hansılardır? 
  LAYİHƏ


 
88 
 
Əsərdə  əhatə edilən məsələlər, bədii həlli 
verilən problemlər çoxdur. Bu, faciənin ide-
yaca zəngin olduğunu təsdiq edir. Mədəni ge-
rilik, inkişafa  qənim kəsilənlərin güclü olması, xalq mənafeyini uca tutanların, 
yenilik uğrunda mübarizə aparanların böyük maneələrlə üz-üzə gəlməsi, qadın 
hüququ və s. əsərin ideyasının  əsasında dayanır. Faciənin bütövlükdə ideya-
məzmunu xeyirxahlıq, dostluq, ailə münasibətləri ilə bağlı  mənəvi dəyərlər 
barədə geniş danışmağa imkan verir.  
Mənbələr üzrə aparılan araşdırma əsərin ideyasının, obrazlarının və bədii xü-
susiyyətlərinin ətraflı aydınlaşdırılmasına səbəb olur. 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız mə-
lumat əsasında zənginləşdirin və tamamlayın.  
2.
  Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın: 
a)
  Əsərin ideya-məzmunu hansı mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
b)
  Əsərin dili üçün səciyyəvi olan cəhətlər hansılardır?  
c)
  Obrazların nitqinə  əsasən müəllifin  mövqeyini müəyyənləşdir-
mək mümkündürmü? Fikrinizi nümunələrlə əsaslandırın.               
Obrazların nitqindən 
nümunələr 
Yazıçının bu obrazlarla bağlı 
mövqeyi 
d)
  Faciənin kompozisiya mükəmməlliyini necə əsaslandırarsınız?  
3.
  Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-
Qərb, 2007, səh.14-15. 
2.
  XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com
 
 
 
• 
TƏTBİQ 
• 
MÜZAKİRƏ 
• 
YARADICI İŞ
 
1. Təhlil xarakterli inşa və esse ilə bağlı mənimsədiyiniz bilik və ba-
carıqları yadınıza salıb yığcam müzakirə aparın. 
2.
  Mövzulardan birini seçib işləyin. 
a)
  “Oqtay Eloğlu” əsərinin təhlili” mövzusunda inşa. 
b)
  “Oqtayın Firəngizi qətlə yetirməsinə haqq qazandırmaq olarmı?” 
mövzusunda esse. 
3.
  İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınız-
la yazılarınızı dəyişib oxuyun. Uğurlu saydıqlarınızı və arzunuzu 
– nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin.  
4.
 
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
 
 
1. Yazı işlərinizi təkmilləşdirib təqdimata hazırlaşın.
2.  “C.Cabbarlının hekayə yaradıcılığı” mövzusunda yığcam məqalə yazın.
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• IV dərs 
• EVDƏ İŞ 
Əsərdəki başlıca fikir – ideya nədir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə