85
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
1. Əsərin ardını – ikinci, üçüncü və dördüncü pərdələri oxuyun, onlarda
əksini tapmış mühüm fikirləri müəyyənləşdirib qısaca yazın.
2. Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə ça-
lışın.
3. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid oldu-
ğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma
sözdür
4. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
•
MƏZMUN
ÜZRƏ İŞ
1. Kiçik qruplarda birləşərək evdə oxuduğunuz pərdələrin məzmunu,
tanış olmayan sözlər və məcazlarla bağlı qənaətlərinzi bölüşün.
Maraqlı hesab
etdiyim məcazlar və
onların növü
Bu məcazları maraqlı hesab
etməyimə səbəb nədir?
2.
Gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və
müzakirə aparın.
3.
Müzakirədə aşağıdakı sualları da əhatə etməyə çalışın.
–
Tamaşa ilə bağlı məqalə aktyorlar haqqındakı təsəvvürünüzə nə əlavə
etdi?
–
Səhnə yoldaşlarının Oqtay barədə fikirləri düşüncələrinizdə hansı
dəyişiklik yaratdı?
–
Səməd–Oqtay dialoqu bildiklərinizə yeni nə əlavə etdi?
–
Firəngizin Oqtaya münasibətini və bu qızın ailəsindəki vəziyyəti necə
təsvir edərsiniz?
– Firəngizin “xəyanəti” barədə Oqtayda hansı düşüncələr yaranır?
– Qardaşı sürgün edilən Sevər hansı taleyi yaşayır, onun taleyi fərqli ola
bilərdimi?
– Oqtay “dostları” ilə – Səməd və Xaspolatla,
eləcə də Muxanla söhbə-
tində daha çox hansı niyyətini vurğulayır, buna səbəb nə idi?
4. Üzərində işlədiyiniz pərdələrin birindən seçdiyiniz hissənin məzmu-
nunu hazırladığınız plan əsasında yaradıcı nağıl edin.
1. Əsərin ardını – beşinci, altıncı pərdələri oxuyun. Onların məzmunu-
nu ümumiləşdirib bir neçə cümlə ilə yazın.
2. Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə
çalışın.
3. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid ol-
duğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
4. Beşinci pərdənin məzmununu yaradıcı danışmağı öyrənin.
• EVDƏ İŞ
• II dərs
• EVDƏ İŞ
LAYİHƏ
86
•
TƏHLİL
ÜZRƏ İŞ
Aşağıdakı qaydalara əməl etməklə tapşırıqları yerinə yetirin.
1.
Mətni oxuyun (bunu səssiz oxu, səsli oxunun dinlənilməsi və s.
şəklində yerinə yetirə bilərsiniz). Sizi düşündürən suallarla bağlı
parta yoldaşınızla fikir mübadiləsi aparın.
2.
Mətnkənarı sualların cavablarını ümumiləşdirib bir neçə cümlə ilə yazın.
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı
3.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, gəldiyiniz nəti-
cələr barədə təqdimatlar əsasında müzakirə aparın.
4. Aşağıdakı sualla bağlı mövqeyinizi müəyyənləşdirib diskussiya
aparın: Oqtayın əsl faciəsi nədir?
5. Aşağıdakı suallarla bağlı fikrinizi dəqiqləşdirib debata qoşulun: Müəllif
Oqtay obrazı ilə oxuculara nə təlqin edir? Oqtay örnək ola bilərmi?
(Debatın gedişində mövqeyinizi dəyişib fərqli fikirdə olan
tərəfə keçə
bilərsiniz.)
6. Öyrəndiklərinizə hansı məzmunda əlavələr etməyin lazım olduğunu
bəndlər şəklində yazın.
Mədəni tərəqqi, inkişaf etmiş xalqlarla bir
cərgədə dayanmaq arzusu C.Cabbarlının, demək
olar, bütün əsərlərində bu və ya digər dərəcədə
ifadə olunmuşdur. Yazıçının bu məsələyə
xüsusi önəm
verməsi təsadüfi deyildi; düşüncə-
lərdə geriliyin güclü olduğu, “yüksək” təbəqə nümayəndələrinin əksəriyyətini
yalnız mənsəb, var-dövlət maraqlandırdığı bir zəmanədə xalqın həqiqi mənafeyi
uğrunda çarpışan insanların sayı az, qarşılaşdıqları maneələr çox idi. “Oqtay
Eloğlu” (1922) əsərində bir sıra ciddi problemlərin bədii həlli ilə yanaşı, müəl-
lifin mədəni inkişafla bağlı arzusu da qabarıq əks olunmuşdur.
Araşdırma əsə-
rin mövzusu, yazıçının məhz bu mövzuda əsər yazmasının səbəbləri barədə
dolğun təsəvvür qazanmağa imkan verir.
Faciədə diqqəti daha çox cəlb edən,
oxucunu
– tamaşaçını dərindən düşündürən
Oqtay, onun
fəaliyyəti və uğursuz sonluqla bitən taleyidir.
Milli teatr yaratmağı qarşısına məqsəd qoyan
Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun
həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-
tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruh-
dan salmır. Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oqtay xalqın mənafeyi
uğrunda hər kəsin bacardığını etməsini vacib sayır,
gələcəyin tələb etdiyi inki-
şafın qarşısında “bu yazıq xalqı tək buraxıb qaçmağı” özünə layiq bilmir...
Firəngizlə tanışlığı, bu səmimi qızı sevməsi Oqtaya yeni güc, yaradıcılıq həvəsi
verir, onu daha qətiyyətli edir. Yeniliyi sözdə qəbul edən, Oqtay kimi namuslu
sənət adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət, şöhrət qulu olan
Aslan bəy
Firəngizi Oqtaydan ayırır, özünün mənsəb məqsədlərinə qurban verir.
Oqtay sarsılır, lakin bunun səbəbini Firəngizin “xəyanəti” ilə izah
etmək doğ-
ru olmaz. Bunun dərin ictimai səbəbləri var; pul, “altun dünyasındakı” yalan və
sünilik, həqiqət axtarışı və həqiqətsizliyə nifrət “yatmış xalqına bahar nəğməsi
• III dərs
Faciə hansı mövzuda yazılmışdır?
C.Cabbarlının
bu mövzuya müra-
ciət etməsinə səbəb nədir?
Faciədəki obrazlar hansı səciyyəvi
xüsusiyyətləri ilə diqqəti cəlb edir?
LAYİHƏ