Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə35/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   83

 
 
83 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
O q t a y. Heç! Mıx dağıtdı. 
S ə m ə d. Oqtay, dünən anan bizə gəlmişdi. Yalvarıb məni göndərdi, axı belə 
iş olmaz.  
O q t a y. Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını əzbər söyləyim. Ata-
dan sonra dükan bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, 
odun yox. Bunların hamısını bilirəm. Nə etmək! 
S ə m ə d. Dildə demək asandır. Bir ana, bir də naxoş  qız qalmışlar başsız. 
And içir ki, üç gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox... Çox 
da bilirsən, çarə ki etmirsən. 
O q t a y. Doğrudur! O zavallılar da... fəqət edə bilmirəm. Çünki, Səməd bəy, 
mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə 
fəda edə bilmərəm.  
S ə m ə d. İstirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə 
özümü  şəhid edəcəyəm! Qiymət verən kimdir? Hətta doğma  əmin bu gecə 
nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm. 
O q t a y. Mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altun 
taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram. 
S ə m ə d. Mən də xalq üçün çalışıram. Cəmiyyət də... Upravada üzvəm, fəqət 
elə işdir ki, adım-sanım, güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki... 
O q t a y. Xalq və “mən” – bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, 
mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, 
ikincini götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el 
oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır... 
S  ə m ə d. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda yetmiş 
manat donluq verir. Amma kənardan yeddi-səkkiz yüz gəliri var. Həm də ca-
maat içində adın, hörmətin. Düyü, yağ, minnətin də minnət. Mən səni göstər-
dim. Dedim rüşdiyyəni bitirmiş. İdraklı, rusca-azərbaycanca gözəl savadı. Bu-
dur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm. 
O q t a y. Çox razıyam, Səməd bəy! 
S ə m ə d. Sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə rus səhnəsinə 
çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun...O vaxta qədər xalq anlarsa, 
işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən. 
O q t a y. Ha-ha-ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bunu bizimçin kim 
edəcəkmiş! Başqalarında səhnə, mədəniyyət, hər  şey var. Bizdə yox. Yaşamaq 
istəyirsək, yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb 
qaçmağı kim özünə layiq bilirsə bilsin, mən bilmirəm...  
Ş a q q u l u. Oqtay, bir dəstə adam gəldi, iyirmi nəfərədək yaxşı geyinmiş, 
hamısı da bilet aldı. 
S  ə m ə d. Oqtay, mən gedirəm. Ağlını topla. Həm çalışacaq, həm də ac 
qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız, oyunbaz deyəcəklər... 
O q t a y. Səməd bəy, gedin! Mən heç bir zaman sizə  dəyməyəcəm. Mən bir 
mübarizəm, cəbhəm bu! Yolum, görürəm, çox ağır. Qoy mənə gülsünlər. Anla-
masınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, 
sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, 
yoxdan bir var yaradacağam...  
S ə m ə d. Fəqət indilik anan, yazıq bacın!.. 
O q t a y. Bacım da xalqdan biridir. Onları da xalq özü düşünər. 
S ə m ə d. Aldanırsan. Oqtay, hər halda, görüşərik. 
Gedir.   M a z a n d a ra n s k i   gəlir. 
M a z a n d a r a n s k i. Oqtay, Oqtay. Dörd nəfər çadralı müsəlman qadını 
gəlmiş, örtülü lojada oturmuşlar... 
Ş a q q u l u. Yox ha! Bir baxım. (Tələsik qaçır.) 
  LAYİHƏ


 
84 
 
M a z a n d a r a n s k i. Oqtay! Oqtay! Hanı o? Kağız, kağız, hanı o? 
Ş a q q u l u. Kim verdi? Səhnəyə getməyəcəksən ki... 
M a z a n d a r a n s k i. Bir rus qızı, yoldaşı da var. 
Ş a q q u l u. Elə onlardır. Gördün?.. Amma hayıf, onları müsəlman bil-
mişdim. Bir baxsana.  
M a z a n d a r a n s k i. Sən qapıya bax. (Oxuyur.) “Möhtərəm Oqtay əfəndi!.. 
Məharətiniz məni çox sevindirir. Sizinlə görüşməyə müsaidə edəcək olursanız 
məmnun olaram... Firəngiz”. Çıx. Çıx. Daha bura sənin yerin deyildir. (Oqtay 
gəlir.) Bir rus qızı verdi. 
O q t a y (baxaraq). Doğrudanmı? Söylə gəlsinlər. Sən də lütfən bir dəqiqəlik. Ox!.. 
Ş a q q u l u  çıxır, F i r ə n g i z  və  N a d y a  girirlər. 
 
N a d y a. Prostite, çto bespokoili! Ancaq bu qız rahat olmur. 
O q t a y. Buyurun, buyurun. 
F i r ə n g i z. Sağ olun, gedəcəyik. (Anlaşılmaz bir sükut.) 
N a d y a. Biz rus teatrlarına çox gedirik. 
F i r ə n g i z. Mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. 
N a d y a. İndi üç dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl “Qaçaqlar”a gəldik. 
O qədər sevinmiş ki, o gündən adınız dilindən düşmür. Məktəbdə, evdə bir 
aktyor sözü danışıldımı, dərhal bizim də teatrımız var, Oqtay Karlı gözəl oy-
nayır, deyə araya atılır. Özünüzü görmək istəyirdi. Bir aydır rahatlığı yoxdur. 
Ancaq Aslan bəyin qorxusundan gəlmirdik. 
O q t a y. Mən çox şadam. Aslan bəy kimdir? 
F i r ə n g i z. Qardaşım. 
N a d y a. Uprava üzvü. İndi də ondan gizlin gəlmişik. 
O q t a y. Nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən, bizim Azərbaycan 
xanımları teatra gəlmir. Hamısı evlərdə... 
N a d y a. Onu da qoymurlar. Atası qoymur. Qardaşı gizlindən gətirir. Evdən 
çıxarkən çadra örtür. Sonra Aslan bəylə gedir, o, söz demir. Ancaq bura 
gəldiyimizi bilsə, qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik. 
F i r ə n g i z. Siz çox gözəl oynayırsınız. Mən çox sevindim. 
N a d y a. Deyir ki, Oqtay Karlı ruslardan yaxşı oynayır. 
O q t a y. Vallah, xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşı, adətən, 
hər kəsdən töhmət görən zavallıları siz sevindirirsiniz... 
F i r ə n g i z. Sağ olun! Mən həmişə sizin oyunlarınıza gələcəyəm. Bir də 
buraya gəlsək, buraxarlarmı? Mane olmaram ki? 
O q t a y. Nə zaman gəlsəniz... Məni çox sevindirdiniz! 
F i r ə n g i z. Mən sizin üçün çiçək gətirəcəyəm. 
N a d y a. Çiçəkləri ver də, nədən utanırsan? Neçə gündür deyir ki, mən də 
sizin kimi öz aktyorumuz üçün çiçək aparacağam. Gətirmiş, indi də utanır. 
(Firəngizin dirsəyindən itələyir. Firəngiz gözlərini yerə dikərək, çiçəkləri verincə 
həmən çevrilib qaçırmış kimi.) Sağ olun. (Gedir.) 
O q t a y. Allah amanında! 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə