Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

 
 
73 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
yazıçılar kommunist rejiminin ədəbiyyatla bağlı məqsədlərini həyata keçirmək 
üçün yaradılmış  ədəbi dərnəklərdə birləşirdi. Onların sovet ədəbiyyatının ilk 
nümunələri sayılan əsərləri “Maarif və mədəniyyət” jurnalında, “Kommunist”, 
“Gənc işçi” qəzetlərində, ədəbi almanaxlarda, məcmuələrdə çap olunurdu. Hə-
min əsərlərdə proletar beynəlmiləlçiliyi, sosialist inqilabı, “böyük qardaş” ide-
yası, “dahi rəhbər” – Lenin tərənnüm olunurdu.  
 Sosialist realizmi sovet ədəbiyyatının  əsas yaradıcılıq metodu kimi qəbul 
olunmuşdu. Başlanğıc mərhələdə, yəni 1920–1930-cu illərdə yeni ideologiya 
realist və romantik ənənə ilə yanaşı fəaliyyət göstərmişdir. Lakin sovet dövlə-
tinin həyata keçirdiyi proletkultçuluq kampaniyası sosializm ruhunda yazan 
cavan nəslin ön mövqeyə çıxmasına imkan yaratdı. Ədəbi mühitdə böyük nüfuz 
sahibi olan sənətkarların 1937-ci il repressiyası zamanı sıradan çıxarılması ilə 
bu proses başa çatmışdır.  
Sovet hakimiyyəti illərində yaranan bədii 
əsərlərdə  qələm sahibləri ideoloji tələblərə uy-
ğun olaraq sinfilik prinsipinə daha çox əməl et-
məli olmuşlar. Nəticədə tarixi keçmişdən bəhs 
edən bədii  əsərlərdə  bəy-xan nəsillərinin nümayəndələri  əksər hallarda düşmən 
obrazı kimi göstərilir, fəhlə-kəndli sinfi ədəbiyyatın əsas qəhrəmanı səviyyəsində 
təqdim edilirdi. Sovet ədəbiyyatşünaslığının əsas götürdüyü xəlqilik prinsipi də 
geniş mənada millilik anlayışını ifadə etmirdi. Xəlqilik dedikdə ədəbiyyatda daha 
çox zəhmətkeş sinfin həyatının və fəaliyyətinin təsviri nəzərdə tutulurdu. Sovet 
ideologiyasının tələb etdiyi zəhmətkeş xalq  fabrik və zavodlarda, kolxoz və sov-
xozlarda çalışan sovet fəhlə və kəndlisi idi. Klassiklərin əsərlərinin əsas mahiy-
yəti, böyük idealları, humanist ideyaları,  ədalətli hökmdar axtarışları nisbətən 
arxa plana keçirilirdi. Nizaminin “İskəndərnamə” poemasında təsvir olunan xə-
yali ideal cəmiyyət kommunizm quruluşu kimi qabardılaraq oxuculara çatdırı-
lırdı. Klassiklərin əsərləri təhrif edilir, onlarda güclü ateizm əlamətləri axtarı-
lırdı. 
Ədəbiyyatın baş mövzusu təsərrüfat və istehsalat sahəsi olsa da, sənətkarlar  
imkan daxilində qəhrəmanlarının mənəvi-insani münasibətlərinə, məhəbbət duy-
ğularına da müəyyən yer ayırırdılar. Bir çox sənətkarlar ölkəsinin və xalqının 
azadlığından söz açmaq üçün xarici ölkələrin, xüsusən Afrika xalqlarının həya-
tından bəhs edən əsərlər yazırdılar. Bu yolla onlar öz  ölkələrinin gələcəyinə işıq 
salırdılar.  İstedadlı  sənətkarlar sovet vətənpərvərliyi ideyasından yararlanıb 
doğma vətən, onun təbii gözəllikləri, tarixi ənənələri barədə ciddi əsərlər yaza 
bilirdilər.  
XX əsrin altmışıncı illərindən sonra ölkədə 
siyasi mühit bir qədər dəyişmiş, sosialist realiz-
mi yaradıcılıq metodu “yaşasa” da, gerçək ədə-
biyyat üstünlük qazana bilmişdir. Beləliklə, sovet dövrü Azərbaycan  ədəbiy-
yatını iki istiqamətə ayırmaq olar:  
1) sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı;  
2) sovet dövründə yaranan, lakin gerçəkliyi  əks etdirməyə üstünlük verən 
Azərbaycan ədəbiyyatı. 
Ədəbiyyatda sinfilik, tarixilik, 
xəlqilik prinsipləri sovet reallığın-
da hansı mahiyyəti daşıyırdı? 
Sovet dövrü ədəbiyyatımızda Azər-
baycan gerçəkliyi necə əks olunurdu? 
  LAYİHƏ


 
74 
 
Sovet dövründə leninizmi, kommunist partiyasını, oktyabr ideallarını, sosia-
lizm quruluşunu vəsf edən xeyli bədii  əsər yazılmışdır. Bir sıra sənətkarların 
əsərlərində sovet həyat tərzi, sosializm uğrunda mübarizənin bədii  əksi  əsas 
mövzu idi. Lakin böyük istedad sahibi olan yazıçı və şairlər sosializm ideyaları-
nın fonunda həyatın dərin qatlarına enə bilirdilər. Xalq yazıçısı Süleyman Rəhi-
movun “Saçlı”, “Mehman” əsərləri,  Əli Vəliyevin “Budağın xatirələri”,  Əbül-
həsənin “Yoxuşlar”, Mehdi Hüseynin “Abşeron” romanları həmin dövrün ruhu-
nu, reallığını və maraqlı insan talelərini əhatəli təsvir edən  əsərlər idi. Səməd 
Vurğunun, Rəsul Rzanın və Mikayıl Müşfiqin yaradıcılığındakı bədiiliyin vü-
səti və millilik amili ədəbiyyatda ideoloji maneələri ötüb-keçmələrinə imkan 
yaratmışdı. Süleyman Rüstəmin məhəbbət lirikası və Cənub şeirləri böyük sənət 
nümunələridir. Mirzə İbrahimov, Mir Cəlal, Əliağa Vahid, Ənvər Məmmədxanlı, 
İlyas Əfəndiyev, İsa Hüseynov, Hüseyn İbrahimov, Manaf Süleymanov, Nigar 
Rəfibəyli, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi və başqalarının yaradıcılığında hə-
yat həqiqəti ideologiyanı üstələmişdir.  
Bu dövrdə yazıb-yaratmış xalq yazıçısı Mirzə  İbrahimov (1911–1993) 
qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, 
tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, 
ana dilinin, milli-mənəvi dəyərlərin qorunması  uğrunda mübarizə aparmış 
vətəndaş yazıçıdır. “Cənub hekayələri” silsiləsi M.İbrahimovun hekayə yaradı-
cılığının zirvəsi sayıla bilər. Bu əsərlərdə yazıçı özünün uşaqlıq illərinin yad-
daqalan təsirli hadisələrindən, Böyük Vətən müharibəsinin ilk illərində İranda 
rastlaşdığı  əhvalat və insanlardan geniş söz açır. Silsiləyə daxil olan “On iki 
dekabr”, “Tonqal başında”, “Azad”, “İztirabın sonu”, “İki həyat” və s. heka-
yələrdən tanıdığımız Mahmud, Kərim kişi, Azad, Fərda, Süsən obrazları milli 
düşüncəyə malik olan azadlıqsevər insanlar kimi yadda qalırlar. “Cənub hekayə-
ləri”  ədibin bir qədər sonra tamamladığı “Gələcək gün” romanının yaranması 
üçün zəmin hazırlamışdır.  
“Gələcək gün” romanının əsas qəhrəmanı olan Firudin İbrahimi İranda Sət-
tarxan – Xiyabani yolunun layiqli davamçısı, milli azadlıq hərəkatına rəhbərlik 
vəzifəsini öz üzərinə götürmüş  vətənpərvər  şəxsiyyətdir. Romandakı  Rza 
Qəhrəmani, Kərimxan Azadi, Xavər, Mübaşir Məmməd, Hüseyn Məhbusi, Ərbab 
Hənəfı, Musa kişi və digər obrazlar həmin tarixi dövrdə ayrı-ayrı qütbləri təm-
sil edirdilər. Bu obrazlar milli azadlıq hərəkatı ilə  bağlı olan dövr haqqında dol-
ğun təsəvvür yaradır. Geniş surətlər silsiləsini əhatə edən, xalqın milli taleyini 
əks etdirən “Gələcək gün” Cənubi Azərbaycandakı xalq həyatı və milli azadlıq 
hərəkatı haqqında güclü ümumiləşdirməyə malik qiymətli romandır.  
Sovet İttifaqında şəxsiyyətə pərəstişin tənqi-
dindən sonra ədəbiyyatda gerçəkliyin təsvir və 
tərənnümünə münasibət dəyişmişdir. Keçən 
yüzilliyin  əllinci illərində  Bəxtiyar Vahabzadə, 
İsmayıl Şıxlı, Məmməd Araz, Xəlil Rza, İsa Hüseynov, Nəbi Xəzri, Hüseyn Arif 
kimi həyat həqiqətlərini  əks etdirən, fəal mövqe tutan istedadlı  sənətkarlar 
meydana çıxmışdır.  
Şəxsiyyətə pərəstişin  tənqidi 
ədəbiyyata necə təsir etdi? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə