91
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
hakimiyyətinə, və onun aparıcı simalarına həsr olunan əsərlər təşkil edir. Ma-
raqlıdır ki, ikinci xəttə aid olan əsərlərin
çoxunda da vətənə, xalqa məhəbbət,
adi vətəndaşın taleyi kimi məsələlər bu və ya digər şəkildə öz əksini tapırdı.
Faşist Almaniyası ilə müharibənin başlan-
ması S.Vurğunun həyatında və yaradıcılığında
yeni bir səhifə açdı. Şair öz mövqeyini dərhal
elan etdi:
Bilsin
ana torpaq, eşitsin vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.
O, müharibənin ilk günündən sonuna kimi təkcə qələmi ilə deyil, ictimai
fəaliyyəti ilə də insanları qələbəyə ruhlandırdı. Cəbhədə döyüşçülərlə görüşən
şairin şeirləri əl-əl gəzirdi. Övladlarını yola salan ata-anaların arzuları, hiss və
həyəcanları (“Ananın öyüdü”, “Qoca qəhrəmanın dedikləri” və s.), döyüşçü
obrazlarının canlandırılması (“Partizan Babaş”, “Azərbaycan balası” və s.),
arxa cəbhədəki insanların fədakarlığı (“Qızxanımın hünəri” və s.) şairin daha
çox müraciət etdiyi mövzulardan idi. Müharibəni insanlıq üçün bəla, şər sayan
mütəfəkkir şair onun fəlsəfi şərhini verməyə də çalışır. “Dörd söz”, “İstiqbal
təranəsi” və s. şeirlərində, “İnsan” pyesində oxucunun diqqətini məsələnin məhz
bu cəhətinə yönəldirdi.
Şairin müharibə dövründə qələmə aldığı “Fərhad və Şirin”
mənzum pyesi,
“Ayın əfsanəsi”, “Hürmüz və Əhrimən”, “Bakının dastanı” poemaları ədəbiy-
yatımıza qiymətli töhfələr idi.
S.Vurğun müharibədən sonra ictimai fəaliy-
yətini daha da genişləndirmişdir. O, 1941-ci il-
dən 1948-ci ilə kimi Azərbaycan Sovet Yazıçı-
ları İttifaqının İdarə Heyətinin sədri vəzifəsin-
də işləmiş, 1945-ci ildə akademiyanın həqiqi üz-
vü, 1954-cü ildə isə vitse-prezidenti seçilmişdir. S.Vurğun dəfələrlə SSRİ Ali
Sovetinə deputat seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı
ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. İctimai işlər onun bədii yaradıcılığına
mane olmamışdır. “Avropa xatirələri” silsiləsi, “Körpünün həsrəti”, “Bəs-
təkar”, “Şair, nə tez qocaldın sən”, “Yada sal məni”, “Mən tələsmirəm” və s.
şeirləri
fərqli mövzularda olsa da, poeziyamızı ideya-bədii cəhətdən zəngin-
ləşdirən misilsiz sənət nümunələri kimi dəyərlidir. Şairin bu illərdə qələmə
aldığı “Zəncinin arzuları” (1948), “Muğan” (1948–1949), “Aygün” (1950–1951)
və s. poemaları hadisələrin, qəhrəmanların taleyinin geniş epik təsviri ilə se-
çilir.
Fəaliyyətinin coşqun bir dövründə – 1955-ci ildə şair ağır xəstələndi. Sağal-
maz xəstəliyə tutulan böyük sənətkarın 50 illik yubileyi 1956-cı il may ayının
12-də keçirildi. Bu yubileyi sevinc və təntənə ilə qeyd edən xalq az sonra – mayın
27-də şairin vəfatından matəmə batdı. Onu son mənzilə yola salmaq üçün on
minlərlə insan paytaxta yığışmışdı.
Xatirəsi əbədiləşdirilmiş, Bakıda heykəli
ucaldılmışdır. Azərbaycanın xalq şairi fəxri adı ilk dəfə 1956-cı ildə məhz Sə-
məd Vurğuna verilmişdir.
II Dünya müharibəsi şairin həyat
və yaradıcılığında hansı izlər
buraxmışdır?
Müharibədən sonrakı dövr şairin
həyat və yaradıcılığı üçün hansı
cəhətləri ilə əlamətdar olmuşdur?
LAYİHƏ
92
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi, araşdırılmasına ehtiyac duyduğunuz mə-
sələləri göstərilən mənbələrdən topladığınız məlumat əsasında zən-
ginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını da
əhatə etməyə çalışın:
a)
S.Vurğunun lirik şeirlərini mövzu baxımından qruplaşdırın. Hər
qrupun özəlliyini müəyyənləşdirin.
b)
Şairin poemalarını mövzu baxımından qruplaşdırın. Hər qrupun
özəlliyini müəyyənləşdirin.
3. Yazılı qeydlər əsasında təqdimata hazırlaşın.
4. Mövzulardan birini seçib işləyin:
a) “S.Vurğunun dramaturgiyası” mövzusunda məruzə yazın.
b) “S.Vurğunun ictimai fəaliyyəti” mövzusunda yığcam məqalə yazın.
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
2. S.Vurğun. Seçilmiş əsərləri. Bakı,: Şərq-Qərb, 2005. səh. 5-7, 10-11.
VAQİF
(ixtisarla)
•
MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavabları cədvəldə qeyd etdikdən sonra
fikir mübadiləsi və müzakirə aparın.
–
Həqiqi sənətkarın – şair və yazıçının xalqa bağlılığı, sizcə, özünü nədə
göstərməlidir?
Həqiqi xalq sənətkarının xalqın həyatı və taleyi ilə bağlılığını nədə görürəm?
–
Ədəbi qəhrəman kimi hansı yazıçı və şair obrazı ilə tanışsınız?
Tanış olduğum şair
və yazıçı obrazları
Onların xarakter və əməllərində diqqətimi
cəlb edənlər
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun:
1. Əsərdən bir səhifə həcmində rollar üzrə oxunur.
2. Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir.
Cavablar cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir,
bu, ortaq məxrəcə gəlincəyə qədər davam edir.
3. Cütlər
və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da bu
qayda ilə davam etdirilir.
4. Nəzərdə tutulan parçanın oxusu başa çatdıqdan sonra seçilmiş hissə-
lərin məzmununu bir neçə şagird yığcam nağıl edir.
Unutmayın:
Suallar əsərdəki əsas fikirlərin aydınlaşdırılmasına, fakt-
ların dəqiqləşdirilməsinə, nəticələrin çıxarılmasına imkan
yaratmalıdır.
Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə danış-
mağa imkan verir?
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
• I dərs
II
I
LAYİHƏ