89
•
Sovet dövrü Azərbaycan ədəbiyyatı
•
SƏMƏD
VURĞUNUN HƏYATI,
YARADICILIQ YOLU
•
ARAŞDIRMAYA
HAZIRLAŞIN
1. S.Vurğun haqqında bildiklərinizi yada salıb yığcam müzakirə apa-
rın. Bildiklərinizi BİBÖ cədvəlinin birinci sütununda (Bilirik) yazın.
Şairin həyatı və yaradıcılığı barədə sizi maraqlandıran sualları, öy-
rənmək istədiklərinizi müzakirənin gedişində cədvəlin ikinci sütu-
nunda (Bilmək istəyirik) qeyd edin.
2. Mətnkənarı sualları və onların cavablarını göstərilən qaydaya
əməl etməklə oxuyun: kiçik qruplara ayrılın, hər bir sualla bağlı
(qrupların sayı çox olarsa, iki qrup eyni bir sualın üzərində işləyə
bilər) mətni oxuyun.
3. Təqdimatlar etməklə öyrəndikləriniz və araşdırılmasına ehtiyac
duyduğunuz məsələlər barədə fikir mübadiləsi və müzakirə apa-
rın.
4. Araşdırılmasını, zənginləşdirilməsini vacib saydığınız məsələləri
bəndlər şəklində yazın.
Səməd Vurğun Qazax mahalında tanınmış
nəsildən olan ailədə dünyaya gəlmişdir. Atası
Yusif ağa müflisləşmiş bəy olsa da, sayılan
adamlardan olmuşdur. Anasını altı yaşında iti-
rən Səmədin qayğısına nənəsi Ayişə xanım qalmışdır. Ana nəvazişindən məh-
rum olan, ailənin maddi sıxıntısını daim hiss
edən həssas Səmədin qəlbində
dərin kədər kök salmışdı. Bunu şair ömrü boyu unutmamışdır:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə, üstümdən bir çovğun əsdi...
Şairin yaradıcılığı xalqımızın keçmişini, bu gü-
nünü və gələcəyini əks etdirən nəhəng güzgüyə
bənzəyir. Bu güzgüdə xalqın sevinci də, kədəri də,
düşüncəsi də, həyatı da,
folkloru da müəyyən
ölçüdə öz əksini tapmışdır.
Bəxtiyar Vahabzadə
Səməd Vurğun
(1906–1956)
S.Vurğunun uşaqlığı, gəncliyi və
yaradıcılığının ilk dövrü üçün
önəmli olanlar nədir?
LAYİHƏ
90
Doğulduğu Yuxarı Salahlı kəndindəki rus-tatar məktəbində oxuyan Səmədin
uşaqlığı fərəhsiz keçsə də, o, zəngin təxəyyüllü,
xəyalpərvər bir gənc kimi ye-
tişirdi. Atasının hər gün sazda səsləndirdiyi el havaları, aşıqlardan müntəzəm
eşitdiyi dastan və nağıllar, yaşadığı bölgənin bənzərsiz təbiəti onun hiss və
duyğularının zənginləşməsinə, düşüncəsinin dərinləşməsinə əhəmiyyətli təsir
edirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin 1918-ci ildə
Qazaxa köçürülməsi, Səmədin elə həmin il ora daxil olması həyatında mühüm
rol oynadı. Əla qiymətlərlə oxuyan bu çəlimsiz gənc seminariyanın ictimai işlə-
rində, dram və musiqi dərnəklərində fəal
iştirak edir, klassik poeziyanı, dünya
ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini həvəslə mütaliə edirdi. O,
seminariyanı bitirdikdən sonra 1924–1928-ci illərdə Qazax, Quba rayonlarında
və Gəncədə müəllimlik etmişdir. Şeir yazmağa tələbəlik illərində başlasa da, o,
müəllim işlədiyi müddətdə bədii yaradıcılıqla daha ardıcıl məşğul olmuşdur.
Onun bu dövrdə yazdığı şeirlərdə nakam məhəbbətinin nisgili, küskünlük, mü-
cərrəd romantika güclü idi:
Başına döndüyüm, əziz Şikəstə,
Dinlə məni, halı yaman olmuşam.
Qəlbdən yaralı,
könüldən xəstə,
Nanı zəhər, ruzu fəğan olmuşam.
1928–1932-ci illər şairin yaradıcılığında cid-
di axtarış mərhələsi, Səməd Vurğunun “özünü ye-
nidən qurmaq” dövrü kimi səciyyəvidir. 1929-cu
ildə Bakıda, az sonra Moskvada təhsil alması
onun dünyagörüşünün inkişafına, yaradıcılığında ictimai məzmunun güclən-
məsinə az təsir etmədi. 1931-ci ildə Bakıya dönən şair təhsilini bir müddət burada
davam etdirsə də, coşqun yaradıcılıq həvəsi onu sənətin qoynuna aldı. Şairin
1930-cu ildə “Şairin andı”, 1932-ci ildə isə “Fanar” adlı şeirlər kitabı çap olundu.
Bu kitablarda toplanmış şeirlərin çoxu müəllifin yeniliyə can atması, ictimai
hadisələrin dərinliklərinə enmək cəhdi özünü göstərir. Bu baxımdan “Şairin
andı”, “Hərəkət”, “Səriyyənin ölümü”, “Şairin səsi” şeirləri daha səciyyəvidir.
Şair 1931-ci ildə çap etdirdiyi “Ölən şeirlərim” əsərində yeni
dövrə qədəm qoy-
duğunu elan etdi. Onun “Fanar”, “Raport” şeirləri, beynəlxalq mövzuda yazdığı
“Qızıl Şərq”, “Rot-Front” əsərləri ciddi irəliləyişdən, ictimai məzmuna dönüşdən
xəbər verirdi.
Şeirlərini bir müddət sərbəst ölçüdə yazan şair 1932-ci ildən sonra yenidən
heca vəzninə dönür, ondan uğurla istifadə etməklə siyasi-ictimai məzmunlu
əsərlərini yaradır.
1933–1941-ci illər Səməd Vurğun yaradıcılığının ən məhsuldar dövrü olur.
Bədii cəhətdən bir-birindən geri qalmayan lirik şeirləri (“Azərbaycan”, “Təbriz
gözəlinə”, Şairin ölümü” və s.), mövzuca rəngarəng poemaları (“Komsomol
poeması”nın əsas hissəsi, “Macəra”, “Muradxan”, “Ölüm kürsüsü”, “Bəsti” və
s.), məşhur pyesləri (“Vaqif”, “Xanlar”), uğurlu tərcümələri (Ş.Rustavelinin
“Pələng dərisi geymiş pəhləvan” əsərindən
bir hissə, A.Puşkinin “Yevgeni One-
gin” mənzum romanı, N.Gəncəvinin “Leyli və Məcnun”u) bu dövrün məhsu-
ludur. Şairin həmin
dövrdə, eləcə də sonrakı illərdə yazdığı əsərlərdə iki xətt
özünü qabarıq göstərir: o, vətənimizi, onun tarixi keçmişini, insanlarını, tə-
biətini sonsuz məhəbbətlə
tərənnüm etməkdən doymur. İkinci xətti isə
sovet
Şairin həyatının və yaradıcılığının
sonrakı
dönəmi üçün daha
mühüm olanlar nədir?
LAYİHƏ