Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

_______________ Milli Kitabxana _______________ 
229 
 
Dostunun halından verirdi xəbər. 
Sözlərin qabığı əriydi yalnız, 
Məğzində dostunu oxşardı o qız. 
Ərəb qaydasınca, əri ölən şəxs 
Matəm saxlayaraq gözə görünməz. 
Iki il qapalı evdə əyləşər, 
Qadının üzünü görməz bir bəşər. 
Bacardığı kimi oxşayıb ağlar, 
Şerlər deyərək, qəlbini dağlar. 
Bu bəhanə ilə fürsət taparaq, 
Çadrını xəlvətə çəkdi Leyli, bax. 
Ərinə el dəbi yas tutmaq üçün, 
Qəm ilə üz-üzə oturdu hər gün 
Artıq, fürsət tapdı o ağlamağa, 
Səbrini ellərə verdi sadağa. 
Yas bəhanəsiylə yüksəldi səsi, 
Yeddinci fələyə qalxdı naləsi. 
Qəlbində hicranın tükənməz dərdi
Üzünü, gözünü sillələyərdi. 
Artıq nə qorxusu, nə qeydi vardı, 
Istədiyi kimi nəfəs alardı. 
 
 
ZEYDİN, İBN-SƏLAMIN ÖLÜM XƏBƏRİNİ 
 GƏTİRMƏSİ 
 
Bu gözəl dastanı bizə nəql edən, 
O iliyə qədər çürümüş bədən 
Dedi ki: canandan uzaq düşən Zeyd, 
Qəlbinin başında min ağrı, min qeyd, 
Səbr ilə udardı bu ağır dərdi, 
Yazıq su yerinə qanlar içərdi. 
Onun bu sirrinə bələd qohumlar 
Bir çarə tapmağı vermişdi qərar. 
Zorla alınmışdı o sevdiyi yar, 
Zeydə yoldaşları kömək durdular. 
Səbriylə gəldi Zeyd o dərdə üstün


_______________ Milli Kitabxana _______________ 
230 
 
İşinin düyümü açıldı bir gün. 
Aşkar olmasa da, gizli, bir təhər 
Zeyd ilə o Zeynəb görüşürdülər. 
O, canan yanına getdikcə az-az, 
Qəlbin aynasından silinirdi pas. 
O təzə qönçəylə görüşən zaman 
Açıb söyləyirdi dərdini pünhan. 
Mehribanlıq dolu şirin dodaqlar 
Gizli nəvazişlər elərdi izhar. 
Elin qaydasına uyğunlaşaraq, 
Quruca hal-əhval sorardı ancaq. 
Könüllər pak idi, saflıq duyardı, 
Ortada həyalı baxışlar vardı. 
Çarə tapmışdısa Zeyd öz dərdinə, 
Məcnunun qeydinə qalırdı yenə. 
Məcnunun dərdinə qalıb ürəklə, 
Çarə axtarardı min bir diləklə. 
Öz dərdi başından aşıb daşardı, 
Lakin Məcnun üçün çox çalışardı. 
Elə iş gördü ki, durduqca cahan, 
Afərin söyləyər hər xatırlayan. 
Səndən də yaxşılıq qalsa yadigar
O camal sənin də üzündə parlar, 
Bir çox sifətlər var insanda hələ, 
Almasan yaxşıdır onları dilə. 
Pis sözü ağzına alınca insan, 
Qarnında öldürsə yaxşıdır, inan. 
Bu dünya dolanıb, döndükcə ruzgar, 
Qoy səndən yaxşı söz qalsın yadigar. 
Səndən də, məndən də nə qalsa ancaq, 
Bil ki, kəndxudaya qismət olacaq
Köçdü Ibn-Səlam, getdi dünyadan. 
O quş bu qəfəsdən qurtaran zaman 
Zeyd baş götürüb, yola çıxdı tək, 
Məcnunun yanına gəldi sevincək
Ölümün verdiyi acı qədəhdən 
Məcnuna tez xəbər yetirdi həmən 


_______________ Milli Kitabxana _______________ 
231 
 
"Arzu karvanıyın o yol vuranı 
Sənin sağlığına tapşırdı canı. 
Artıq ölüb getdi bil Ibn-Səlam, 
Ömrə sən layiqsən, sən yaşa müdam" 
Məcnun bu löqməni ağzına aldı. 
Fələyin dövrünə bir nəzər saldı 
Bir fəryad qopardı, nərə çəkərək 
Çəkdiyi nərədən titrədi fələk. 
Gah rəqsə gətirdi onu həyəcan, 
Gah da öz şəklini gördü məzardan. 
Sevindi bu işə o bir cəhətdən 
Gülün ətəyindən kəsildi tikən. 
O biri cəhətdən duyurdu ürək: 
Rəqibi öldüsə, o da öləcək 
Odur ki, gülməyib, ağladı dərhal, 
Ağlamaq əmr etdi bu dəmdə kamal. 
Ağlayıb, ağlayıb, ağrılar uddu, 
Sonra Zeydə baxıb, acığı tutdu: 
"Sən, ey ürəyində bir nalə, min qəm, 
Baş ağrımı çəkmiş vəfalı həmdəm! 
Könüldə bir mətləb ummuşam səndən
Qulaq as, bu sirri açıq deyim mən: 
Bu günki varağı sən açıq, aydın 
Oxuyub, ortada xəta buraxdın. 
Dedin ki: filankəs dünyadan getdi, 
Sənə öz canını sadağa etdi. 
Sevsəydin dostluğun düz peymanını, 
Deyərdin "Leyliyə verdi canını". 
Ona qismət olan bir tikə, inan, 
Mənim boğazımdan keçməz heç zaman", 
Zeyd ona dedi ki: "Ay canım, burax; 
Leylini sevmisən sən ondan qabaq. 
O bərabər olan iki nəqşdən, 
Birini əksiltdin öz əlinlə sən. 
Aradaki fərqi sildin ortadan
Varağın birindən qoymadın nişan. 
Madam ki, nə mənlik, nə də sənlik var, 


_______________ Milli Kitabxana _______________ 
232 
 
İkilik rəqəmi mənasız olar. 
Mən də qaydalara aldanıb bu dəm, 
Mənə yaraşmayan bir söz demişəm. 
Yaxşı düşmədisə söhbətim, sözüm, 
Mən gedə bilərəm, incimə, gözüm!" 
Məcnun bu cavaba asdıqca qulaq, 
Zeydi qucaqlayıb dedi: - Sözə bax! 
Dedi: "Ey müsahib, dilinə əhsən! 
Ən xoş nəsimlərin ən gözəlisən! 
Nə gözəl danışdın, nə xoş söylədin, 
Mənə layıq oldu cavabın sənin. 
Nə gözəl, nə dürüst cavabların var, 
Bax belə danışar həmdərd olanlar! 
Cahanda hal əhli olsa bir nəfər
Onunla danışmaq dünyaya dəgər. 
Mən əhd etmişəm ki, nə qədər sağam, 
Səninlə daima dost olacağam. 
Nə qədər ömrüm var, səninlə varam, 
Neyləsən yolundan baş qaçırmaram. 
Daima dərs alıb dediklərindən, 
Səndən sirr saxlasam, kafir olum mən". 
Məcnunun qəlbində ayrılıq dərdi, 
Əmr tək Zeyd ilə ömür sürərdi, 
Aradan bir həftə gəlib ötüşdü 
Bir gün ayrılığa bəhanə düşdü. 
Məcnun yuvasına yollandı yenə, 
Zeyd də qayıdıb getdi evinə. 
 
 
LEYLİNİN ALLAHA YALVARMASI 
 
Vaxtın buxağından, qulaqlarından 
Gecə, incisini asdığı zaman 
Leyli göy üzündə Sürəyya kimi, 
Gözündən dənizə səpirdi inci. 
Bir oydu, bir gecə, bir dərd, bir də dağ, 
Onun həmdəmiydi yalnız bir çiraq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə