Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

80  
 
107 
 
                                                                                                        
danışarkən milli birliyimizi daha da möhkəmləndirmək
vətənpərvərlik hissini yüksəltmək, gənc nəsli Azərabaycana 
sədaqət ruhunda tərbiyələndirmək, ümumiyyətlə, azərbaycançılıq 
ruhunun hər bir insanın qəlbində və zehnində möhkəm yer tutması 
məsələsinə xüsusi diqqət yetirir. O, bunları  hələ 1969-cu ildə 
respublikaya rəhbərlik etməyə başlayarkən inhisarçı totalitar 
ideologiya  şəraitində xüsusi qeyd etmiş  və bu ideyanı ardıcıl 
şəkildə həyata keçirmişdir. Yaxşı yadımdadır, biz o vaxtadək ittifaq 
miqyaslı  tədbirlərdə ciddi tənqid və iradlara məruz qalırdıq. 
Ünvanımıza söylənən iradlar xalqımızı məyus edirdi. Mən o illərdə 
əvvəlcə "Kommunist" qəzetinin redaktor müavini, sonra MK-da 
mətbuat bölməsinin müdiri işləyirdim. Həmin illərdə  rəhbərliyin, 
təşkilatçılıq işinin zəif olması üzündən respublika bütün sahələrdə 
geri qalırdı, nizam-intizam çox zəif idi, kadrlarda tapşırılan sahələr 
üçün məsuliyyət hissi çatışmırdı. Məlum olduğu kimi, bu nöqsanlar 
1969-cu ilin avqust plenumunda kəskin tənqid edildi. Plenum 
respublikanın bütün həyatında dönüş nöqtəsi oldu və ardıcıl, 
prinsipial, səmərəli tədbirlər həyata keçirildi. Az vaxt içərisində 
respublika həyatında böyük dönüş başlandı. Heydər  Əliyevin 
respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan SSRİ miqyasında 
hər sahədə ön cərgəyə keçərək böyük uğurlar qazandı. Bunlar yaxşı 
məlumdur. Həyat göstərdi ki, məhz rəhbərdən, dövlətin, xalqın 
müqəddəratı üçün cavabdeh olan şəxsiyyətin bacarıq və 
qabiliyyətindən çox şey asılıdır. Heydər  Əliyevin məhz istedadı, 
bilik və bacarığı  nəzərə alınaraq SSRİ kimi qüdrətli dövlətin 
rəhbərlərindən biri oldu. Orada da o, böyük nüfuz və qabiliyyət 
sahibi olduğunu göstərdi. 
Çox təəssüf ki, Heydər  Əliyevdən sonra respublikamıza 
rəhbərlik edənlər xalqımızı olduqca çətin vəziyyətə saldılar. Səriş- 
 


80  
 
108 
 
 
təsizlik, siyasi rəhbərlikdə təcrübəsizlik bizi ağır nəticələrə gətirib 
çıxardı. Qazanılmış nailiyyətlər itirilməyə başlandı. Özbaşınalıq, 
ayrı-ayrı qruplar arasında hakimiyyət hərisliyi Azərbaycan xalqını 
böyük fəlakətlərə yuvarlandırdı. 
Xalq öz taleyinin çətin vaxtında nicatını yenə Heydər Əliyevdə 
gördü, bütün ümid və inamını ona bağladı. 1993-cü ilin sonlarında 
yenidən respublikaya rəhbərlik etməyə başlayan Heydər  Əliyev 
həm xarici, həm də daxili təxribatları, münaqişələri, müxtəlif 
maneələri aradan qaldıraraq Azərbaycanın həyatında sabitlik 
yaratdı. Həyatımızın bütün sonrakı gedişi onun bu andına tam sadiq 
olduğunu təsdiq etdi: "Mən bütün varlığımı, həyatımı, amalımı öz 
xalqıma sədaqətlə xidmət etməyə həsr etmişəm və bundan sonra da 
edəcəyəm". 
Daim xalq içərisində olmaq, xalqın istək və arzularını dərindən 
öyrənmək, qarşıya çıxan hər bir məsələni operativ həll etmək və 
ayrı-ayrılıqda hər bir insana qayğı göstərmək, yuxarıda qeyd 
etdiyim kimi, Heydər  Əliyevin fəaliyyətinin məhək daşıdır. Mən 
hələ o illərdə  məhz Heydər  Əliyevin rəhbərliyi altında bir sıra 
məsul vəzifələrdə  işləyərkən bu qayğını, bu iş üslubunu yaxından 
müşahidə etmişəm.  Şəki, Bərdə, Cəlilabad, Sabirabad, Ağdam, 
Ağcabədi,  Şamaxı, Kürdəmir rayonlarında və digər bölgələrdə 
onun zəhmətkeşlərlə görüşlərini yaxşı xatırlayıram. O, pambıq 
tarlalarında, taxıl zəmilərində, üzüm plantasiyalarında  əmək 
adamları ilə görüşüb hal-əhval tutur, hər bir rayonun, əmək 
kollektivinin problemlərinin həllinə operativ kömək göstərirdi. 
Mən Zaqatalada işləyərkən bu rayonun bir sıra problemlərinin həlli 
onun köməyi və qayğısı ilə mümkün olmuşdu. Mənim doğma 
yurdum  İsmayıllıya Heydər  Əliyevin dəfələrlə getməsi və bu 
rayonun camaatının işlərinə yüksək qiymət 
 


80  
 
109 
 
 
verməsi qəlbimizdə qürur hissi doğurur. Məhz onun qayğısı 
sayəsində bu rayonda da böyük quruculuq işləri həyata 
keçirilmişdir. Xüsusilə, 1981-ci ildə baş vermiş  zəlzələnin ağır 
nəticələri qısa müddətdə aradan qaldırılmışdır.  İsmayıllı 
zəhmətkeşləri respublikanın inkişafına həmişə öz töhfələrini 
vermişlər. Onlar rayonun adına xələl gətirən heç bir nöqsana yol 
verməmişlər. Daim Heydər  Əliyevin Azərbaycanın tərəqqisi 
naminə apardığı siyasətə bacardıqları  dəstəyi göstərmişlər. Bu 
rayondan yüzlərlə alim, mütəxəssis çıxmışdır.  İsmayıllılar öz 
vətənpərvərliyi, digər yüksək keyfiyyətləri ilə  fərqlənmişlər və 
qarşıdakı prezident seçkilərində yenə də Heydər Əliyevə yekdiliklə 
səs verəcəklərini bildirmişlər. 
Həyat heç də  həmişə bir axarda olmur. Onun eniş-yoxuşu, 
dolanbacları da kifayət qədərdir. Bu gün problemlərimiz az deyil. 
Qarabağ kimi böyük dərdimiz var. İnsanların arzu və istəklərini 
yerinə yetirmək, Azərbaycanı qüdrətli və möhkəm etmək, onun 
şərəfini daim qorumaq üçün səylərimizi qat-qat artırmalıyıq. 
İnam böyük qüvvədir və  qələbəni təmin edən mühüm amildir. 
Bu inam xalqımızın ürəyində artıq möhkəm yer tutmuşdur. 
Hörmətli Prezidentimiz Heydər  Əliyevin müdrik siyasəti, onun 
dünyamiqyaslı nüfuzu, həyata keçirdiyi tədbirlər  əminlik yaradır 
ki, Azərbaycan xalqı müstəqillik və demokratiya yolunda daha 
inamla irəliləyəcək, qarşısına qoyduğu bütün məqsədlərə 
çatacaqdır. 
              
                                                                      Rəşid 
MAHMUDOV,  
Respublikanın əməkdar jurnalisti. 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə