Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

-  darəetmə qətiyyətli olmalıdır. Bu mülki müdafiə rəhbərlərinin inamla qərar 
qəbul  etmək  bacarığından  və  bu  qərarın  tabelikdəkilər  tərəfindən  icrasına 
qətiyyət  inadla  nail  olmasından  ibarətdir.  Bu  tələb  -  sərəncam  vermə 
funksiyasını yerinə yetirərkən mülki müdafiə rəhbərinə verilən təkbaşına hərəkət 
etmək hüququndan, yəni mülki müdafiə vahid rəhbərlik prinsipindən irəli gəlir. 
Bu o deməkdir ki, hər bir qərar, onu mülki müdafiə rəhbəri təsdiq edib icra üçün 
sərəncəm verənədək müzakirə oluna bilər. Bundan sonra isə o dəqiq və vaxtında 
həyata keçirilməlidir.  darəetmənin qətiyyətli olması - qəbul edilmiş qərarların, 
planların  icrasına  ciddi  nəzarəti,  tabelikdəki  heyətə  yüksək  tələbkarlıq 
göstərilməsini,  icradar  boyun  qaçırmaq  üçün  subyektiv,  yaxud  obyektiv 
bəhanələr axtarılmasına yol verilməməsini nəzərdə tutur; 
-  idarəetmə  çevik  olmalıdır.  Bu  vəziyyətin  dəyişməsinin  operativ  və  çevik 
surətdə  nəzərə  alınması  deməkdir.  mülki  müdafiə  rəhbəri  vəziyyətin,  şəraitin 
dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəyişib dəqiqləşdirməyə, yaxud yeni 
qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. 
Buna  nail  olmaq  üçün  başlıca  şərt  yaranmış  vəziyyəti  bilmək,  onu  dərhal 
qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır; 
- idarəetmə fasiləsiz və dayanıqlı olmalıdır, yeni bu sistem hər cür fövqəladə 
hallarda  tabelikdəki  qüvvələrin  fəaliyyətinə  fasiləsiz  rəhbərlik  etməyə  imkan 
verməlidir.  darəetmə prosesinə fasilə yaranması, yaxud onun pozulması, adətən 
işdə  nailiyyətsizliklə  nəticələnir.  Buna,  idarəetmə  məntəqələrini,  rabitə 
qovşaqlarını əvvəlcədən yaratmaq, onların xidmətçi heyətlərini işə hazırlamaqla, 
habelə  bütünlükdə  idarəetmə  sisteminin  davamlı  olmasını  tə’min  edən  bir  sıra 
tədbirlər görməklə nail olmaq mümkündür. 
- idarəetmə prosesində məxvilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət 
edilməlidir,  yəni  operativ  sənədləri  işlətmək,  rabitə  xətlərindən,  vasitələrindən 
istifadə etməyin rejim və qaydaları sözsüz gözlənilməlidir; 
- idarəetmə işinə verilən ən əsas tələblərdən biri - onun bütün vəsilələrinin - 
rəhbər  heyətin,  idarəetmə  orqanlarının  digər  heyətlərinin,  rabitə  və  xəbərdarlıq 
vasitələrinin fəaliyyətə daimi hazır saxlanılmasıdır.  
darəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi mülki müdafiə qüvvələrinin 
hazırlıq  dərəcəsindən  bir  səviyyə  yüksək  olmalıdır.  Bu,  lazım  gəldikdə  mülki 
müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.  
Mülki  müdafiənin  idarə  olunmasını  təmin  üçün  onun  idarəetmə  sistemi 
yaradılmalıdır.  Mülki  müdafiənin  idarəetmə  sistemi  –  idarəetmə  orqanlarının, 
idarəetmə  məntəqələrinin,  rabitə  və  xəbərdarlıq  vasitələrinin  vahid  halda 
birliyindən ibarətdir.  darəetmə sistemi idarəetmə prosesinin maddi əsasını təşkil 
edir.  Beləliklə  mülki  müdafiənin  idarə  edilməsi  idarəetmə  orqanlarından 
(qərargahlardan), idarəetmə məntəqələrindən, rabitə və xəbərdarlıq sistemindən 
ibarətdir. 
Ə
razi  üzrə  (respublika-şəhər-rayon-qəsəbə)  mülki  müdafiə  idarəetmə 
orqanlarında müvafiq mülki müdafiə qərargahları, mülki müdafiə xidmətləri və 
köçürmə orqanları, sahə üzrə (nazirlik, şirkət-birlik istehsal və sosial obyektlər) 


idarəetmə  orqanlarına  isə  bunlardan  əlavə  həmçinin  nazirliklərin,  şirkətlərin 
struktur idarələri, şöbə və bölmələri aiddir. 
Bütün hallarda əsas idarəetmə orqanı Mülki müdafiə idarəsidir. Onun başlıca 
funksiyası  -  hər  cür  şəraitdə  fasiləsiz,  idarəetmə  işini,  yeni  mülki  müdafiə 
rəhbərinin  və  yuxarı  mülki  müdafiə  idarəsinin  qərar  və  göstərişlərinin  həyata 
keçirilməsini qətiyyətlə təşkil etməkdir. 
darəetmə  prosesində  rabitə  və  xəbərdarlıq  sisteminin  əhəmiyyəti  olduqca 
böyükdür. 
Mülki  Müdafiənin  rəhbəri  özünə  tabe  olan  qüvvələri  adətən  idarəetmə 
məntəqəsindən idarə edir. 
darəetmə  məntəqələri,  onların  təyinatı,  yerləşdirilməsi,  avadanlığı  və  işçi 
heyəti. 
Yuxarıda  deyildiyi  kimi,  mülki  müdafiəin  idarəetmə  sisteminin  tərkib 
hissələrindən biri idarəetmə məntəqələridir. 
darəetmə  məntəqəsi  ( M)  –  mülki  müdafiəni  hərbi  vəziyyətə  keçirərkən  və 
fövqəladə  hadisələr  dövründə  idarəedici  heyətin  yerləşməsi  və  işləməsi  üçün 
nəzərdə  tutulmuş,  xüsusi  olaraq  avadanlıqla,  texniki  rabitə  və  xəbərdarlıq 
vasitələrilə təchiz edilmiş otaqlardan, yaxud nəqliyyat vasitələrindən ibarətdir. 
Bəzi  hallarda  bu  məntəqələrdən  fövqəladə  hallarda  görülən  tədbirlərə  də 
rəhbərlik etmək mümkündür. 
Təyinatına  və  yerinə  görə  M-nin  əsas  ehtiyat,  yardımçı  -  şəhərlərlərdə  və 
şə
hərkənarı zonada yerləşən stansionar və səyyar növləri ola bilər.  
Qeyd  etmək  lazımdır  ki,  dərəcəli  şəhərlərdə  və  onların  rayonlarında, 
nazirliklərdə (dövlət 
komitələrində,  şirkətlərdə)  idarəetmə  məntəqələrinin  yerləri,  sayı,  onlara 
verilən tələblər respublikada hökumətinin qərarı ilə müəyyən edilmişdir. Bütün 
M  -  ləri  müvafiq  olaraq  nazirliklərin,  yaxud  ərazi  hakimiyyət  orqanlarının 
vəsaiti  hesabına  tikilir,  avadanlaşdırılır  və  qorunub  saxlanılır.  Bu  qurğular 
regional  şöbələrin  deyil,  məhz  müvafiq  mülki  müdafiə  rəhbərlərinin  idarəetmə 
məntəqələridir, onların tabeliyində və məsuliyyətindədir. 
darəetmə  məntəqələri  burada  yerləşən  idarəetmə  heyətin  fövqəladə  hallarda 
fasiləsiz  işini,  normal  həyat  fəaliyyətini,  qidalanma,  növbə  üzrə  dincəlmə  və 
etibarlı müdafiəsini təmin etməlidir.  M adətən aşağıdakı otaqlardan ibarət olur: 
- Mülki müdafiə rəhbərinin iş otağından; 
- digər heyət, yəni operatorlar yerləşən operativ iş otağından; 
- xidmət rəislərinin (mütəxəssislərin) iş otağından; 
- rabitəçilər qrupu yerləşən rabitə qovşağından; 
- növbələrlə dincəlmə yerindən (otağından); 
-  M  heyəti  üçün  fərdi  mühafizə  vasitələri,  ərzaq  su  ehtiyatları  saxlanılan 
yerdən (otaqdan); 
- sanitariya qovşağından. 
darəetmə məntəqəsində mülki müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri 
(baş  mütəxəssislər)  və  mülki  müdafiə  qərargahının  əsas  heyəti  (qərargah  rəisi, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə